Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Koronavirus GÜNDƏLİYİ - YENİLƏNDİ
Tarix: 02.05.2020 | Saat: 17:02:00 | E-mail | Çapa göndər
“İdman” qəzeti COVID-19 pandemiyasının idman dünyası ilə bağlı günbəgün baş vermiş əsas hadisələrini ardıcıllığı ilə təqdim edir.


May

2 may: “Formula E”nin London və Nyu York mərhələləri ləğv edilib.

2 may: NBA 2020-ci ilin draftını qeyri-müəyyən müddətə təxirə salıb.

1 may: Rusiya Biatlonçular İttifaqının vitse-prezidenti Aleksey Nujdov koronavirusa yoluxub.

1 may: Almaniyanın “Köln” futbol klubunda keçirilmiş testlər 3 nəfərdə “müsbət” olub. Onlar iki həftəlik karantinə yerləşdiriliblər.

1 may: Almaniya futbol çempionatı bərpa olunanda, klublar 3 avtobusla stadiona gələcəklər, əllə salamlaşma olmayacaq. Mehmanxanalarda yemək otağa gətiriləcək. Futbolçular həftə ərzində iki dəfə test verəcəklər.

1 may: İtaliya “A” Seriyasının bütün klubları çempionatın bərpa olunmasına səs veriblər.

1 may: Portuqaliyanın Baş naziri Antoniu Koşta milli futbol mövsümünün mayın sonuncu həftəsonu başlanacağını elan edib.


Aprel

30 aprel: Rusiyanın Baş naziri, Rusiya Hokkey Federasiyasının İdarə Heyətinin üzvü Mixail Mişustin koronavirusa yoluxub.

30 aprel: Fransada 1-ci və 2-ci peşəkar futbol liqalarında mövsümün başa çatdığı elan edilib. Liqa 1-də “Pari Sen Jermen” çempion elan olunub. 2-3-cü yerlər, uyğun olaraq, Marsel “Olimpik”inə və “Renn”ə verilib. “Amyen” və “Tuluza” aşağı diviziona keçir. Aşağı divizionun çempionu “Loryan” və “Lans” elitaya yüksəlirlər.

30 aprel: Amerika NASCAR avtoyürüş seriyasının mayın 17-si və 20-də Darlinqtonda başlayacağı, daha sonra Şarlottada keçiriləcəyi (24 və 27 may) elan edilib.

29 aprel: İspaniyada məşhur çoxgünlük “Vuelta” veloyürüşünün (14 avqust-6 sentyabr) mərhələlərinin sayı 21-dən 18-ə salınıb. Onun oktyabrın 24-ü başlanması nəzərdə tutulub.

29 aprel: NHL-də klub rəhbərləri mövsümün iyulun 1-də bərpa olunmasına razılıq veriblər. Məsələ baxılmaq üçün həmkarlara təqdim edilib. 15 may – hokkeyçilər kiçik qruplarla məşqlərə başlayırlar; 1 iyun – 3-həftəlik təlim-məşq başlanır; 21 iyun – klublar təyin edilmiş 4 şəhərdə toplaşırlar; 1 iyul – çempionat başlanır və hər klub tamaşaçısız olmaqla ümumilikdə 76 oyun keçirir; 21 iyul – pley-off mərhələsi başlanır. Sentyabrın sonunda Stenli kuboku sahibinə qovuşur. Növbəti mövsüm dekabrın ortaları start götürür.

28 aprel: Fransanın Baş naziri Eduar Filip 5 min nəfərdən artıq iştirakçısı olan kütləvi idman yarışlarının sentyabra qədər ləğv olunduğunu bəyan edib.

28 aprel: UEFA milli assosiasiyalara daxili çempionatlarla bağlı may ayının 25-nə qədər mövsümün bərpası planını təqdim etməyi tapşırıb.

28 aprel: Argentinada futbol mövsümünün başa çatdığı elan edilib. Qərara görə 2 il ərzində aşağı diviziona enən klub olmayacaq.

26 aprel: İtaliya hökuməti karantinin qismən yumşaldılacağını elan edib. Siyahıda idmanla bağlı bənd də var. Mayın 4-dən açıq havada və parklarda fərdi qaydada, ayın 18-dən sosial məsafəni gözləməklə komanda şəklində məşqlərə başlamaq olar.

27 aprel: UEFA koronavirusla mübarizə məqsədilə 55 milli assosiasiyaya 236,5 milyon avro yardım ayırıb.

27 aprel: “Liverpul” futbol klubu “Enfild” stadionunda təmir işlərini bir il təxirə salıb. Stadionun tutumunun 54 min 74 yerdən 61 minə qaldırılması nəzərdə tutulmuşdu. Bu məqsədlə klub 60 milyon funt sterlinq xərcləyəcəkdi. İşlərin 2023-cü ilin yayında yekunlaşdırılması planlaşdırılır.

27 aprel: İyunun 27-də keçirilməsi nəzərdə tutulmuş “Formula 1” Fransa qran-prisi ləğv edilib.

26 aprel: Meksikada futbol mövsümü (1-ci liqada cəmi 10 tur keçirilib) ləğv edilib. Qərara əsasən, 6 il ərzində 1-ci və 2-ci liqalardan bir-birinə keçid olmayacaq. İkinci divizion klublarına 60 milyon peso (2.3 milyon avro) yardım ediləcək və klublar arasında bərabər bölünəcək.

26 aprel: Amerikada Milli Basketbol Assosiasiyası (NBA) karantin və özünütəcrid rejiminin yumşaldıldığı şəhərlərdə klublara mayın 1-dən məşqlərə başlamağa icazə verib.

26 aprel: Amerikada Milli Hokkey Liqası (NHL) və Oyunçular Assosiasiyası mövsümün bərpa olunması ilə bağlı danışıqları bərpa ediblər.

25 aprel: Polşa hökuməti ölkə futbol çempionatının mayın 29-da bərpa olunacağını elan edib. Futbolçular mayın 4-də fərdi, 10-da komanda halında məşqlərə başlaya bilərlər.

25 aprel: İngiltərənin “Aston Villa” futbol klubunun əsas heyət məşqçiləri və oyunçuları, eləcə də rəhbər heyəti 4 aylıq məvacibin 25 faizinin daha sonralar ödənilməsinə razılıq veriblər.

25 aprel: İngiltərənin “Çelsi” futbol klubu qəbul edilmiş dövlət proqramına rəğmən, bütün heyətin məvaciblərini ödəmək qərarını açıqlayıb. Həmçinin martın 18-də “Bavariya” ilə Çempionlar liqası matçına getmək istəyən 3800 azarkeşin hamısının gözlənilən xərclərini (350 funt sterlinq) ödəyəcək. Mövsüm bərpa olunmasa, “Stəmford Bric”də keçirilməli olan oyunların bütün abunıçilərinin ödənişləri geri qaytarılacaq.

24 aprel: Cənubi Koreya fevralın 28-də start götürməli olan futbol üzrə ölkə çempionatı mayın 8-də tamaşaçısız başlanacaq. Məşqçilər maskada olmalı, futbolçular isə hətta həmkarları ilə əllə görüşə bilməzlər.

24 aprel: Niderlandda yüksək futbol divizionu – Eredivizidə mövsüm ləğv olunub. Qalib elan edilməyib.

24 aprel: FİFA 211 milli futbol assosiasiyasına cəmi 121 milyon funt sterlinq yardım edəcəyini bildirib.

24 aprel: Çimərlik voleybolu üzrə dünya çempionatı 2021-ci ildən 2022-ci ilin iyununa keçirilib.

23 aprel: Atletika üzrə Avropa çempionatı (Paris, 25-30 avqust) ləğv olunub.

23 aprel: Qadınlar arasında Avropa çempionatı 2021-ci ildən 2022-ci ilin iyuluna keçirilib.

23 aprel: Almaniya hökumətinin razılığı olacağı təqdirdə, Bundesliqa yarışı mayın 9-da bərpa olunacaq.

23 aprel: Basketbol üzrə Avroliqanın səhmdarları və oyunçuların həmkarlar təşkilatı arasında əldə olunmuş razılığa əsasən, mövsüm bərpa olunacağı təqdirdə müqavilələr iyulun 31-dək qüvvədə olacaq və basketbolçulara məvaciblərinin 85 faizi avqustun 15-dək olmaqla ödəniləcək. Mövsüm ləğv olunarsa, həmin tarixə qədər maaşların 80 faizi veriləcək.

23 aprel: İspaniya milli futbol komandasının baş məşqçisi Luis Enrike məvacibinin 25 faiz azaldılmasına razılıq verib. Onun illik müqaviləsi 1,5 milyon avro idi.

22 aprel: Snuker növü üzrə dünya çempionatının iyulun 31-də başlanması qərara alınıb.

21 aprel: Fransa “Monpelye”sinin futbolçusu Cunyor Sambia koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

21 aprel: Niderlandda bütün kütləvi tədbirlər, o cümlədən idman yarışları sentyabrın 1-nə qədər ləğv olunub.

21 aprel: İtaliyada futbol üzrə “A” Seriyası hökumətin razılığı olacağı təqdirdə cari mövsümü keçirmək qərarını açıqlayıb.

21 aprel: FİA Beynəlxalq Avtoidman Oyunlarının 2020-ci ildən (23-25 oktyabr) 2021-ci ilə (22-24 oktyabr) keçirildiyini elan edib.

19 aprel: Meksikada futbol üzrə yüksək liqada Liqa MX və Assenso MX divizionlarında 5 il ərzində klubların bir liqadana digərinə düşməsi olmayacaq. Cari mövsüm qalibsiz başa çatacaq. Klublara 60 milyon peso (2.3 milyon avro) yardım ediləcək.

19 aprel: “Brayton” futbol klubu arenasını koronavirus testlərinin yoxlanılması mərkəzi kimi fəaliyyət göstərməsi üçün müvafiq icra strukturunun ixtiyarına verib.

18 aprel: Niderland Kral Futbol İttifaqı kişi, qadın və gənclər millilərinin üzvləri və sponsorlardan biri ölkənin peşəkar və həvəskar futbol klublarına dəstək üçün 11 milyon avro ayırıblar.

18 aprel: Stolüstü tennis üzrə olimpiya təsnifat turnirləri 2021-ci ilə keçirilib.

18 aprel: İtaliyada “Roma” futbol klubunun məşqçi və oyunçu heyəti 4 aylıq məvacibdən imtina edib.

18 aprel: İspaniyada La liqa klubları mövsümü davam etdirmək barədə qərar qəbul ediblər.

18 aprel: Koronavirus pandemiyasının başladığı Vuhan şəhərinin eyniadlı futbol klubunun üzvləri 3 aydan sonra geri qayıdıblar.

17 aprel: “Lids” futbol klubunun əfsanəsi Norman Hanter 76 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.

17 aprel: İşveç xizəksürəni Yenni Eberq koronavirus infeksiyasına yoluxub.

17 aprel: NBA və oyunçuların həmkarlar təşkilatı basketbolçuların məvaciblərinin 25 faiz azaldılması barədə razılaşma əldə ediblər.

17 aprel: Boks hakimi olmuş amerikalı Eddi Kotton 72 yaşında koronavirusdan dünyasını dəyişib.

17 aprel: İngiltərədə Assosiasiyanın klub rəhbərləri ilə videokonfransında mövsümü başa çatdırmaq barədə razılıq əldə olunub.

17 aprel: İspaniya “Valensiya”sının futbolçuları məvaciblərinin aşağı salınmasına razılıq veriblər: mövsümün başa çatmayacağı təqdir isə 18 faiz, mövsüm azarkeşsiz keçəcəyi təqdirdə 9 faiz.

16 aprel: Fiqurlu konkisürmə üzrə 2020-ci ilin dünya çempionatı keçirilməyəcək.

16 aprel: Qılıncoynadanların Minskdə keçirilməli olan Avropa çempionatı (16-21 iyun) qeyri-müəyyən müddətə təxirə salınıb.

15 aprel: Məşhur “Tur de Frans” çoxgünlük veloyürüşünün yeni tarixi müəyyən olunub. Yürüş avqustun 29-da başlanacaq və sentyabrın 20-si yekunlaşdırılacaq. Bu qərar da qəti deyil və Fransada koronavirusla bağlı ümumi vəziyyətdən asılı olacaq.

15 aprel: İtaliyada “Parma” futbol klubunun üzvləri bir aylıq məvaciblərindən imtina ediblər.

15 aprel: Londonda təsnifat turnirində koronavirusa yoluxmuş Rusiya boks millisinin məşqçisi Anton Kaduşinin sağaldığı barədə məlumat yayılıb.

14 aprel: Beynəlxalq Qılıncoynatma Federasiyası iyuna qədər olan bütün turnirləri ləğv edib.

14 aprel: “Mançester Yunayted”in keçmiş üzvü, Çinin “Şandun Lünen” klubunun futbolçusu Maruane Fellaininin 3 həftəlik koronavirus mübarizəsi uğurla başa çatıb və o sağalaraq evə buraxılıb.

14 aprel: “Nyu York Post” qəzetinin idman fotomüxbiri Əntoni Kauzi koronavirus (COVID-19) infeksiyasından 48 yaşında dünyasını dəyişib.

13 aprel: İngiltərədə “Tottenhem” futbol klubunun arenasından koronovirus diaqnostikası mərkəzi kimi istifadə olunmasına başlanılıb.

11 aprel: 2012-ci il olimpiadasının gümüş mükafatçısı, iranlı Ehsan Hədadi koronavirusdan sağaldığını deyib.

11 aprel: “Neapol”da baş məşqçi Cennaro Qattuzo və idman direktoru Kristiano Cuntoli bir aylıq məvaciblərindən imtina ediblər.

11 aprel: Almaniya Bundesliqasında yarışın mayın əvvəlində bərpa olunacağı və mövsümün azarkeşsiz başa vurulacağı bildirilib.

11 aprel: İspaniyada “Real Sosyedad” La liqa klubları arasında məşqlərə başlayacağını elan edən və aprelin 14-də futbolçuların yaşıl meydana çıxacağını bəyan edən ilk klub olub.

11 aprel: “Şeffild Yunayted” işçi heyətinin bir qismini işdən azad edəcəyini bildirib.

10 aprel: “Uest Hem” İngiltərədə bütün heyətin məvaciblərini 30 faiz kəsilməsinə razılıq verdiyi ikinci klub olub.

10 aprel: İtaliya basketbolunun “A” Seriyası elan edib ki, məşqçilər və futbolçular assosiasiyaları ilə məvaciblərin kəsilməsi ilə bağlı anlaşma əldə olunub. Maaşı müqavilə ilə 50 min avrodan artıq olanlarda 20 faiz, 30-50 min arası olanlarda 7,5 faiz azalacaq. Lakin 30 min avrodan az qazananların əməkhaqqısına toxunulmayacaq. Mükafatların təyin edilməsi və ya verilməməsində klublar sərbəstdirlər.

10 aprel: “Liverpul”un əfsanəsi Kenni Dalqliş koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib. 2 gün sonra o, xəstəliyin simptomları olmadığı üçün evə buraxılıb.

10 aprel: “Seltik” elan edib ki, klubun icraçı və digər direktorları, əsas komandanın oyunçuları, baş məşqçi Neil Lennon və heyətin digər üzvləri “məvaciblərin əsaslı şəkildə azaldılmasına” razılıq veriblər.

9 aprel: İngiltərə Futbol Assosiasiyası cari mövsümdə Milli Liqadan aşağı olan bütün futbol turnirlərini ləğv edib.

8 aprel: 2022-ci ilin atletika üzrə dünya çenpionatının vaxtı 3 həftə əvvələ çəkilib. Buna səbəb 2020-ci ilin Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi və buna görə Birmingemdə keçiriləcək Həmrəylik Oyunları ilə üst-üstə düşməsi səbəb olub.

8 aprel: İtaliyalı keçmiş atlet, qaçış ustası Donato Sabia 56 yaşında koronavirusdan dünyasını dəyişib.

7 aprel: Kanada qran-prisi “Formula 1”in mövsüm ərzində ləğv edilən 9-cu yarışı olub.

7 aprel: Mövsümün atçılıq klassikasından olan 4 yarışdan biri “Epsom derbisi” təxirə salınıb.

7 aprel: “Tokio-2020”nin təşkilatçıları Olimpiya məşəlinin Fukusimada nümayişini aprelin sonuna qədər təxirə salıblar.

7 aprel: Stolüstü tennis üzrə dünya çempionatı 2020-ci il sentyabrın 27-dən oktyabrın 4-dək Cənubi Koreyaya təyin edilib.

6 aprel: Almaniyanın “Bavariya” klubu martın 13-dən bu yana ilk dəfə məşqə çıxıb. Çempionat aprelin 30-dək təxirə salınıb.

6 aprel: Futbol mövsümündə transfer pəncərəsinin açılması ertələnə bilər.

5 aprel: UEFA prezidenti Aleksander Çeferin sentyabra qədər koronavirus problemi həll olunmayacağı təqdirdə qitə klub kuboku yarışlarının ləğv ediləcəyini deyib.

5 aprel: Amerika futbolu növünün əfasənəsi Tom Dempsi 74 yaşında koronavirusdan dünyasını dəyişib.

4 aprel: “Barselona” futbol klubunun birinci vitse-prezidenti Xordi Kardoner koronavirusa yoluxub.

3 aprel: İngiltərə Premyer liqa klubları məvaciblərinin 30 faiz azaldılması xahişi ilə futbolçulara müraciət ediblər.

3 aprel: UEFA üzvü assosiasiyalara müraciət edərək, milli mövsümləri erkən başa vurmamağı tövsiyə edib.

2 aprel: NHL-də "Ottava Senatorz" 3 hokkeyçisinin və bir əməkdaşının koronavirusa yoluxduğunu bildirib.

2 aprel: Serbiya xizəksürmə federasiyasının rəhbəri koronavirusa yoluxub.

2 aprel: Madrid "Real"ının keçmiş futbolçusu Qreqorio Benito taclı bəladan dünyasını dəyişib.

2 aprel: Madrid “Atletiko”sunun futbolçuları məvaciblərinin 70 faiz kəsilməsinə razılıq veriblər.

1 aprel: Macarıstanlı üzgüçü, olimpiya mükafatçısı Bolqarka Kapaş koronavirusa yoluxub.

1 aprel: İkinci Dünya müharibəsindən sonra ilk dəfə 4 “Böyük dəbilqə” turnirindən biri olan “Uimbldon” ləğv olunub.

1 aprel: MLS futbol çempionatında ilk koronavirus yoluxması “Filadelfiya” klubunda qeydə alınıb.

1 aprel: FİFA koronavirusla bağlı fond təsis edib. Bütün məbləğ dünya futboluna dəyəcək zərərin qarşılanmasına yönəldiləcək.
1 aprel: Belçika çempionatı ləğv edilib və turnir cədvəlinə uyğun olaraq “Brügge” ölkə çempionu elan edilib.

1 aprel: Braziliyanın “Kruzeyru” futbol klubunun prezidenti səlahiyyətini icra edən Joze Dalay Roşa koronavirus infeksiyasına yoluxub.


Mart

31 mart: ABŞ milli tennis komandasının keçmiş kapitanı Patrik Makinroy və qardaşı Conda yoluxma faktı qeydə alınıb.

31 mart: Fransada Marsel “Olimpik”inin keçmiş prezidenti, əslən seneqallı Pape Dyuf 69 yaşında vətəni Dakarda xəstəxanada keçinib.

31 mart: Şotlandiya milli futbol komandasının baş məşqçisi Stiv Klark və milli assosiasiyanın rəhbəri İan Maksvel məvaciblərinin 10 faiz kəsilməsinə razılıq veriblər.

30 mart: Fiqurlu konkisürmə üzrə olimpiya çempionu və məşqçi Oleq Vasilyev koronavirusa yoluxub.

30 mart: “Tokio 2020” Yay Olimpiya Oyunlarının 2021-ci il iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi qərara alınıb.

29 mart: Avstraliyalı peşəkar darts ustası Kayl Andersonkoronavirusa yoluxub. Aprelin 30-da o, tam sağaldığını bildirib.

29 mart: Məşhur türkiyəli futbol qapıçısı, 46 yaşlı Rüşdü Rəcbər koronavirus xəstəsi kimi müalicəyə başlayıb.

29 mart: NBA-nın “Nyu York Niks” klubunun sahibi Ceymz L.Dolanın analizi müsbət olub.

28 mart: Rusiyalı 21 yaşlı biatlonçu Anastasiya Xaliullina, anası və məşqçisi Yekaterina Xaliullina koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər. Anastasiyanın müalicəsi aprelin 13-də uğurla başa çatıb.

28 mart: “Yuventus”un oyunçuları və baş məşqçi Maurisio Sarri 4 aylıq məvacibdən imtina edərək, klubun bir aylıq - 90 min avro itkisinin qarşısını alıblar.

28 mart: “Mançester Siti” klubu ev oyunlarını keçirdiyi arenanı Milli Səhiyyə Xidmətinin ehtiyacları üçün ayırıb.

27 mart: NBA-nın “Yuta Cazz” klubunun üzvləri Donovan Mitçell və Rudi Qobertdə koronavirus aşkarlandığından bütün heyət və rəhbərlik tibbi nəzarətə götürülüb.

27 mart: Ukraynada ilk dəfə idmançı – milli basketbol komandasının və İspaniya “Fuenlabrada”sının üzvü Vyaçeslav Bobrovun koronavirus testi müsbət nəticə verib.

26 mart: Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə ənənəvi şahmat turniri təxirə salınıb.

26 mart: İtaliyalı keçmiş veloyürüşçü Danilo Barossi və Niderlandda “Vitess” futbol klubunun keçmiş prezidenti Kes Bakker COVID-19-dan haqq dünyasına qovuşublar.

26 mart: Braziliyalı tennisçi Tyaqu Seybot koronavirusa yoluxub.

26 mart: Xorvatiyalı boksçu Toni Filipin koronavirusa Londonda olimpiya təsnifat turnirinin gedişi zamanı yoluxduğu elan edilib. İki türkiyəli boksçuda da virus tapıldığı bildirilib.

24 mart: “Tokio-2020” Yay Olimpiya Oyunları 2021-ci ilə keçirilib.

23 mart: İspaniyada “Espanyol” futbol klubunun oyunçusu və məşqçisi olmuş Benito Hoaneqa 84 yaşında dünyasını dəyişib.

23 mart: Türkiyədə “Qalatasaray”ın baş məşqçisi Fatih Terim, vitse-prezident Əbdürrəhim Albayraq və onun xanımı Şükran koronavirusa yoluxublar. 7 gün sonra Terimin müalicəsinin uğurla başa çatdığı elan edilib.

23 mart: “Formula 1” Azərbaycan qran-prisi təxirə salınıb.

23 mart: UEFA qitə klub kuboku yarışlarının final matçlarını təxirə salıb.

21 mart: İtaliyada “Milan” futbol klubunun texniki direktoru, əfsanəvi futbolçu Paolo Maldini və oğlu Danieldə, İngiltərədə “Portsmut”un oyunçuları Ceyms Bolton, Əndi Kənnon və Şon Reggettdə, Çin “Şandonq Lünenq”in üzvü Mariane Fellainidə yoluxma aşkarlanıb.

21 mart: İspaniya futbol La Liqasında Madrid “Real”ının keçmiş prezidenti Lorenso Sans 76 yaşında COVID-19-dan dünyasını dəyişib. Onun oğlu, “Malyorka”nın oyunçusu olmuş Pako Sans bundan 8 gün sonra sağalıb.

21 mart: Dostu aktyor İdris Elbada koronavirus aşkarlandığı üçün “Formula 1” çempionu Lyuis Həmilton yarıizolyasiya şəraitinə keçirilib.

20 mart: Avropa su idman növləri çempionatı təxirə salınıb.

20 mart: Milli Basketbol Assosiasiyasında (NBA) “Boston Seltiks”in müdafiəçisi Markus Smartın və “Los Anceles Leykers”in iki basketbolçusunun “COVID-19” virusuna yoluxduğu məlum olub.

19 mart: Türkiyə Superliqasının matçları – Qərbi Avropada sonuncu olaraq təxirə salınıb.

18 mart: Milli hokkey liqası – NHL-də ilk yoluxma qeydə alınıb: “Ottava Senatorz”un oyunçusudur.

18 mart: NBA-da “Bruklin Nets”in 4 oyunçusunda, o cümlədən məşhur forvardı Kevin Dürantda koronavirus tapılıb.

18 mart: İyunun əvvəlinə qədər təyin olunmuş tennis turnirləri ləğv olunub.

18 mart: Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın göstərişi rəhbər tutularaq, futbol üzrə Azərbaycan Premyer liqası və I divizionu 14 aprel tarixinə, daha sonra hökumətin müvafiq icazəsinə qədər təxirə salınıb.

17 mart: Braziliyada “Flamenqu” klubunun məşqçisi Jorje Jezuşun koronovirusa yoluxduğu məlum olub, onun dostu, massajçı Mariu Verissimu dünyasını dəyişib.

17 mart: 4 “Böyük dəbilqə” turnirindən biri olan Fransanın açıq tennis yarışı sentyabra qədər təxirə salınıb.

17 mart: Yaponiya Futbol Assosiasiyasının rəhbəri və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Kodzo Tasima, Almaniyda “Herta” futbol klubunun üzvü Maksimilian Mittelştedt koronavirusa yoluxublar.

17 mart: “Avro-2020” futbol çempionatı 2021-ci ilə keçirilib.

16 mart: İspaniya və İranda 2 futbol məşqçisinin dünyasını dəyişdiyi elan olunub.

16 mart: Rusiyada bütün beynəlxalq idman tədbirləri ləğv edilib.

15 mart: İspaniyada “Valensiya”nın oyunçusu Esekyel Qaray koronavirusa yoluxub. 2 gün sonra klubun bir çox üzvü xəstələnib.

15 mart: İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blanın koronavirus testi müsbət nəticələnib.

15 mart: Olimpiya məşəli yürüş-səyahətinin izləyicisiz təşkil edilməsi qərara alınıb.

15 mart: Braziliyada futbol yarışları təxirə salınıb.

14 mart: Bakıda aprelin 17-19-da keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib.

14 mart: Dünyada bütün triatlon yarışları təxirə salınıb.

14 mart: Patrik Kutronenin (“Fiorentina” FK) koronavirus testi müsbət nəticə verib.

13 mart: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərini elan edib: bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir.

13 mart: Dünyada bütün badminton görüşləri təxirə salınıb.

13 mart: İngiltərədə “Çelsi”nin hücumçusu Kallum Hadsona-Odoi yoluxub, martın 28-də sağaldığı elan olunub, “Everton” və “Burnmaut” belə şübhə olduğu üçün yarıizolyasiya şəraitinə keçiriliblər.

13 mart: İngiltərə, Fransa, Şotlandiya və Uelsdə futbol matçları təxirə salınıb.

12 mart: ATP aprelin sonuna qədər olan tennis yarışlarını ləğv edib.

12 mart: Bosniya və Herseqovina martın 26-da Şimali İrlandiya ilə keçirməli olduğu “Avro-2020”nin seçmə pley-off matçını təxirə salmağı UEFA-dan xahiş edib.

12 mart: İspaniyada, Danimarkada milli çempionatların, Amerikada MLS-in, Cənubi Amerikada milli komandaların futbol turnirləri təxirə salınıb.

12 mart: Avropa klub futbolu matçlarının təxirə salınmasına başlanılıb.

12 mart: Avropada basketbol turnirləri ləğv edilib.

12 mart: BƏƏ-də çıxış edən kolumbiyalı veloyürüşçü Fernando Qaviria və rusiyalı həmkarı Dmitri Straxov koronavirusa yoluxublar.

12 mart: Madrid “Real”ının basketbolçusu Trey Tomkins COVID-19-a tutulub və bundan sonra klubun basketbol və futbol komandaları karantinə göndərilib.

12 mart: İngiltərədə “Leyster” futbol klubunun 3 üzvündə koronavirus şübhəsi olduğundan kollektiv yarıizolyasiya şəraitinə keçirilib.

11 mart: İtaliyada “Yuventus” futbol klubunun oyunçusu Daniele Ruqanidə, ertəsi inzibati heyət və komandalar nəzərə alınmaqla, daha 119 üzvündə, 6 gün sonra Blez Matyuididə, daha 3 gün keçmiş Paulo Dibala və nişanlısında koronavirus aşkarlanıb. Aprelin 15-də Ruqani və Matyuidinin sağaldıqları elan edilib.

11 mart: Taekvondo üzrə Avropa çempionatı, gimnastların dünya kuboku turnirləri təxirə salınıb, fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv edilib.

11 mart: “Haas F-1”in iki və “Maklaren”in bir üzvündə koronavirus aşkarlandığından hər iki komanda “Formula 1” Avstraliya qran-prisindən özünü təcrid edib. Ertəsi gün yarış ləğv olunub.

11 mart: Almaniyada “Hannover” futbol klubunun üzvü Timo Hubersdə koronavirus analizi müsbət çıxıb.

11 mart: Argentina hökuməti bu ölkədə keçiriləcək beynəlxalq yarışları ləğv edib.

10 mart: Azərbaycan Peşəkar Futbol Liqası Premyer liqanın 21-ci və 22-ci, I divizionun 19-cu və 20-ci turlarının azarkeşsiz keçirilməsini qərara alıb.

10 mart: İngiltərədə “Nottingem Forest” futbol klubunun sahibkarı Evangelos Marinakisin koronavirusa yoluxduğu elan edilib.

10 mart: İtaliya Futbol Federasiyası “A” Seriyası yarışlarının vaxtında başa çatdırılmasının qeyri-mümkünlüyünü, çempionatın pley-off formatında davam etdiriləcəyini, yaxud hazırkı vəziyyətə uyğun nəticələrin elan ediləcəyini bildirib.

10 mart: Avropa klub kuboku yarışlarının tamaşaçısız keçirilməsi barədə qərarların verilməsinə başlanılıb.

9 mart: “Böyük dəbilqə” yarışlarından sonra ən məşhur tennis turniri olan “İndian Uels” ləğv edilib.

9 mart: İJF aprelin sonuna qədər cüdo üzrə bütün dünya turlarını ləğv edib.

9 mart: İtaliyada idman yarışlarının keçirilməsi qadağan olunub, idman arenaları və zallarının fəaliyyəti dayandırılıb.

8 mart: UEFA futbolçuların əllə salamlaşması mərasimini ləğv edib.

7 mart: Qadınların Kanadada keçirilməsi nəzərdə tutulmuş buz hokkeyi üzrə dünya çempionatı ləğv edilib.

5 mart: İngiltərə Premyer liqasında oyunlar başlamazdan əvvəl əllə salamlaşma mərasimi ləğv edilib.


Fevral

29 fevral: İtaliya “A” Seriyasında futbol oyunları təxirə salınıb.

28 fevral: Koronavirusdan dünyasını dəyişən ilk idman adamı kimi 23 yaşlı iranlı futbolçu qadın İlhami Şeyxi olub.

27 fevral: İtaliyada COVID-19 infeksiyasına yoluxmuş ilk peşəkar futbolçu (“C” Seriyası) xəstəxanaya yerləşdirilib.

26 fevral: Şort trek üzrə dünya çempionatı ləğv edilib.

25 fevral: Cənubi Koreyada keçirilməli olan stolüstü tennis üzrə dünya çempionatı mart ayından iyuna təxirə salınıb.

25 fevral: İtaliya “A” Seriyasında futbol oyunlarının tamaşaçısız, bağlı qapılar arxasında keçirilməsi qərara alınıb.

23 fevral: İtaliya “A” və “B” seriyalarının Lombardiya və Veneto əyalətlərinin şəhərlərində keçirilən bir sıra futbol matçları təxirə salınıb.

12 fevral: Aprelin 19-na təyin edilmiş “Formula 1” avtoyürüş qran-prisi təxirə salınıb.


Yanvar

30 yanvar: Çin ölkə futbol çempionatını təxirə salan ilk ölkə olub.

29 yanvar: Nanjinqdə keçirilməli olan atletika üzrə qapalı zallarda dünya çempionatı martın 13-15-nə, daha sonra növbəti ilə təxirə salınıb.

27 yanvar: FİBA qadın basketbolçuların olimpiya təsnifat turnirini Çinin Foşan şəhərindən Serbiya paytaxtı Belqrada keçirib.

26 yanvar: Tennisdə “Fed Cup” turnirinin Donqqandan Nursultana, daha sonra Qazaxıstan ev sahibliyindən imtina etdiyi üçün Dubaya keçirilib.

22 yanvar: COVID-19 infeksiyasının yayılmağa başladığı Vuhan şəhərinə təyin edimiş “Tokio 2020”nin olimpiya boks təsnifat turniri martın 3-dən 11-nə təyin edilib və İordaniyanın Amman şəhərinə keçirilməsi qərara alınıb.

22 yanvar: Qadınların olimpiya futbol turniri Vuhandan Nanjinqə, daha sonra Sidneyə keçirilib.
Xəbər 670 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.04.2024 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24.04.2024 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24.04.2024 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24.04.2024 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24.04.2024 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24.04.2024 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24.04.2024 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23.04.2024 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru