Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
27/05 | 15:02 Stiven Jozef-Monroz "Neftçi"dən ayrıla bilər
27/05 | 12:59 “İpək yolu kuboku” turnirinin ilk 7 turunun oyunları keçirilib
27/05 | 11:40 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
27/05 | 09:35 Deymon Hill: Valtteri Bottas “Mersedes”ə layiq pilot deyil
27/05 | 09:19 Ukrayna hökuməti ölkədə futbol matçlarının bərpasına icazə verib
27/05 | 08:45 Almaniya Bundersliqasının 28-ci turun mərkəzi qarşılaşması minimal hesabla başa çatıb
26/05 | 16:17 FIBA milli federasiyalara pandemiyadan sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib
26/05 | 15:55 Zlatan İbrahimoviç məşq zamanı zədələnib
26/05 | 15:23 Duqlas Kosta zədə səbəbindən karyerasını başa vura bilər
26/05 | 14:42 Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
26/05 | 13:51 Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək
26/05 | 13:31 Fiqurlu konkisürmə üzrə Kanadada keçirilməli olan Qran-Pri ləğv edilib
26/05 | 10:20 Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə blits üzrə “İpək Yolu Kuboku” turniri start götürür
25/05 | 19:23 Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib
25/05 | 16:25 Şahmatçılarımız blits üzrə onlayn “İpək Yolu Kuboku” turnirində mübarizə aparacaqlar
25/05 | 14:03 Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib
25/05 | 13:43 Redaktor olmaq asan deyil
25/05 | 12:19 Şahmat üzrə onlayn Avropa çempionatının D qrupunun seçmə yarışları start götürür
25/05 | 11:30 Necə UFC çempionu olmaq olar
24/05 | 21:32 Şahmat üzrə yeniyetmələr arasında dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb
24/05 | 09:36 Yaponiyalı tennisçi Naomi Osaka yeni rekord müəyyənləşdirib
23/05 | 15:10 Avropa çempionatının C qrupunun final yarışında 11 şahmatçımız mübarizə aparacaq
23/05 | 14:09 Veteran idmançılara dəstək
23/05 | 10:10 “Herta” - “Union” oyunu ilə Almaniya Bundesliqasının 27-ci turuna start verilib
23/05 | 09:51 "IndyCar" təqvimə düzəliş edir, lakin mövsüm iyunun 6-da başlayır
23/05 | 09:20 Şahmatın blits növü üzrə Azərbaycan-Türkiyə dostluq görüşü keçirilib
22/05 | 21:11 Dünya karatesində bir sıra dəyişikliklər baş verib
22/05 | 19:38 Ostində Formula 1 ABŞ Qran-Prisinin keçirilməsi sual altındadır
22/05 | 18:01 Denni Hemlin Darlinqtondakı NASCAR yürüşünün qalibi olub
22/05 | 17:42 Valtteri Bottas növbəti mövsüm “Reno” komandasında çıxış edə bilər
22/05 | 17:38 “Milan” klubu “Real Madrid”in futbolçusuna görə danışıqlar aparır
22/05 | 17:22 “Zirə” klubu Emil Balayevi heyətində saxlamaq istəyir
22/05 | 17:10 “Reno” Formula 1-dəki komandasını sata bilər
22/05 | 17:00 Ölkəmizdə futbol üzrə aşağı liqalarda mövsüm başa çatdırılıb
22/05 | 16:24 Formula 1 İtaliya Qran-Prisi azarkeşlərin iştirakı ilə keçirilə bilər
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Madriddə təşkil etdiyi seminar başa çatıb
Tarix: 06.12.2019 | Saat: 14:17:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Olimpiya Kanalının İspaniyanın paytaxtı Madriddə təşkil etdiyi ikinci rəqəmsal kommunikasiya və media seminarı başa çatıb.

Seminar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə və texniki dəstəyi ilə təşkil edilib.

Seminara Azərbaycan da daxil olmaqla, Avropanın 10 ölkəsi - Albaniya, Sloveniya, Slovakiya, Serbiya, Polşa, Çexiya, Xorvatiya, Belarus və Türkiyənin Milli Olimpiya komitələrinin müvafiq sahədə çalışan əməkdaşları qatılıblar.

Seminarın əsas məqsədi BOK-un “Olimpiya Gündəliyi 2020” sənədinə uyğun olaraq milli Olimpiya komitələri arasında əməkdaşlığın gücləndirilməsi, sosial media platformaları vasitəsilə hazırkı trendlərin istifadəsi, hər bir platformaya uyğun strategiyanın hazırlanması və effektiv həyata keçirilməsi, 2020-ci ildə Lozannada baş tutacaq Yeniyetmələrin Qış Olimpiya Oyunlarına və “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq işlərindən ibarət olub.

MOK-un marketinq direktoru Mehman Kərimovun sözlərinə görə, Olimpiya Kanalının baş qərargahında təşkil edilmiş ilk belə regional seminar MOK və Olimpiya Kanalı arasında 2016-cı ildən yaranmış sıx əməkdaşlıq nəticəsində baş tutub. Məzmun və formatına görə ilk belə seminarın keçirilməsində BOK Olimpiya Həmrəyliyi Fondunun misilsiz rolunu qeyd edən M.Kərimov bunun da MOK üçün böyük etimad olduğunu vurğulayıb.

Olimpiya Kanalının baş meneceri Mark Parkman MOK-un tarixi əhəmiyyətli belə bir seminarın qurumun Madriddəki baş qərargahında təşkil edilməsi təşəbbüsünü yüksək qiymətləndirib və uğurlu əməkdaşlığa görə komitəyə dərin minnətdarlığını bildirib. M.Parkman seminarın təkcə milli Olimpiya komitələri arasında deyil, həm də üzv komitələr ilə Olimpiya Kanalı arasında fərdi və qrup əməkdaşlığının güclənməsinə təkan verəcəyini vurğulayaraq qurum üçün 2020-ci ildə baş tutacaq Oyunlar öncəsi xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Üç gün davam edən seminarda iştirakçılara Olimpiya Kanalının mütəxəssisləri tərəfindən rəqəmsal kommunikasiya və sosial media sahəsində baş verən son trendlər, müvafiq sahədə 2020-ci ildə Lozannada baş tutacaq Yeniyetmələrin Qış Olimpiya Oyunları və “Tokio 2020” üçün planlaşdırılmış fəaliyyətlər haqqında ətraflı məlumat verilib. Mövzuya dair effektiv strategiyanın qurulması və idarə edilməsi, geniş auditoriyaya hesablanmış məzmunun yaradılması, böyük idman tədbirləri, xüsusilə Olimpiya Oyunları zamanı sosial mediadan daha düzgün istifadəyə dair təqdimatlar və praktik müzakirələr də seminarın proqramına daxil idi. Təcrübə mübadiləsi məqsədi ilə Azərbaycan, Çexiya və Albaniya Milli Olimpiya komitələri seminar iştirakçılarına mövzuya dair həyata keçirilmiş işlər, əldə edilmiş nailiyyətlər və 2020-ci ildə baş tutacaq Olimpiya Oyunlarına hazırlıq planlarını təqdim ediblər.

Seminarın sonunda tədbir iştirakçılarına təşkilatçı və dəstəkçi qurumların sertifikat və hədiyyələri ilə təqdim olunub.

AZƏRTAC
Xəbər 390 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.05.2020 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22.05.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
18.05.2020 Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
03.05.2020 MOK yeni layihəyə start verdi
03.05.2020 MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib
01.05.2020 "Ədalətli oyunlar və koronovirusla mübarizə” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub
29.04.2020 Azərbaycan Milli Olimpiya Komitəsinin iclası keçirilib
21.04.2020 MOK-un əməkdaşları #evdeqalidmandanqalma çağırışına qoşulublar-VİDEO


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru