Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/03 | 20:22 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
17/03 | 19:24 Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazanıb
17/03 | 16:25 Azərbaycan Basketbol Liqası: "Sumqayıt" səfərdə qələbə qazanıb
17/03 | 16:06 Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar
17/03 | 11:37 Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bəlli olub
17/03 | 09:29 Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq
16/03 | 17:36 Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə “Cəlilabad”ı məğlub edib
16/03 | 16:30 Azərbaycan idmançısı Dünya Seriyasında şəxsi rekordunu yeniləyib
15/03 | 22:54 Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
15/03 | 14:08 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib
15/03 | 10:57 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
15/03 | 10:01 U-15 Azərbaycan çempionatında sərbəst güləş üzrə qaliblər müəyyənləşib
15/03 | 08:37 Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb
14/03 | 22:05 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
14/03 | 21:11 Yüksək Liqa: “Murov Az Terminal” “Neftçi”ni məğlub edib
14/03 | 14:43 Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək
14/03 | 13:13 Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar
14/03 | 12:26 Voleybol üzrə Azərbaycan millisinin təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub
14/03 | 11:29 Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək
14/03 | 09:52 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
14/03 | 09:49 Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
13/03 | 21:55 "Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb
13/03 | 20:08 Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək
13/03 | 18:00 Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar
13/03 | 13:02 Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib
13/03 | 10:18 Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb
13/03 | 09:11 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
12/03 | 16:26 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
12/03 | 16:21 Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək
12/03 | 14:28 Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
12/03 | 12:50 Azərbaycanın boks millisi Paris-2024-ə ən çox lisenziya qazanan ölkələrin siyahısında yer alıb
16/02 | 18:45 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
16/02 | 15:06 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
16/02 | 14:05 “Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
16/02 | 12:52 Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 25 19 3 3 65-21 60
2 Sumqayıt 26 10 9 7 25-30 39
3 Sabah 26 10 7 9 37-31 37
4 Neftçi 26 10 7 9 31-29 37
5 Səbail 26 10 7 9 39-38 37
6 Zirə 25 9 9 7 18-14 36
7 Turan 25 8 8 9 38-35 32
8 Araz 25 8 7 10 26-33 31
9 Kəpəz 26 7 6 13 28-45 27
10 Qəbələ 26 4 3 19 19-50 15
Beynəlxalq Avtomobil Federasiyasının rəsmi veb-səhifəsində yayımlanan analitik yazının tərcüməsi:
Tarix: 26.04.2019 | Saat: 18:46:00 | E-mail | Çapa göndər
Komandalar və hazırkı mövqeləri

Bakı Şəhər Halqası birinci mərhələsi Bəhreynin Saxir avtodromunda keçirilən FIA Formula 2 Çempionatının ikinci mərhələsinə evsahibliyi edəcək.

Birinci mərhələdə yarışı dörd podiumla bitirən “DAMS” ilə poul mövqeyi və iki podiuma nail olan “UNI-Virtuosi Racing” komandalarının liderliyi ilə yadda qaldı. Birinci Sərbəst Yürüşdə Serxio Sette Kamara öz komanda yoldaşı Nikolas Latifini qabaqlayarkən, Luka Qiotto Sıralanma Turunda ilk F2 poul mövqeyini əldə edib komandaya 4 bonus xal qazandırdı. “DAMS” komandasının kanadalı pilotu Latifi şənbə günü keçirilən ilk yarışda finiş xəttində Qiotto və Sette Kamaranı ötərək birinci yerə çıxmağı bacardı. “UNI-Virtuosi Racing” komandasının italyan pilotu isə bazar günü keçirilən ikinci yarışda 7-ci mövqedən 1-ci mövqeyə yüksələrək DAMS komandasını geridə qoydu. Beləliklə, Sette Kamara və Latifi, müvafiq olaraq, birinci və ikinci yerə çıxdı.

Beləliklə, Qiotto birinci mərhələnin sonunda 37 xalla çempion sıralanmasında birinci yerə yüksələrkən Latifi 35 xal, Sette Kamera isə 27 xalla birinci və ikinci yerdə qərar tutub. Luis Deletraz 16, Nik Vries və Antuan Über 12 xalla ilk üçlüyü izləyən pilotlar sırasında daxil olub. Ümumi komanda mövqeyində isə 62 xal qazanan “DAMS” 48 xal toplamış “UNI-Virtuosi Racing” üzərində üstünlük qazanıb. “Carlin” 12, “ART Grand Prix” və “BWT Arden” komandaları isə hər ikisi 12 xal toplayıb.

F2 bolidləri üçün Medium və Supersoft tərkibli təkərlər Pirelli tərəfindən təchiz ediləcək. Bu trekdə tez-tez Təhlükəsizlik Maşını görürük. Bu isə o deməkdir ki, komandaların strategiyası və məcburi pit-stop üçün düzgün vaxtın seçilməsi həlledici rol oynayır. İnanırıq, F2 azarkeşlərini yenə həyəcan dolu anlar gözləyir!

İsinmə mərhələsi // Nikolas Latifi – “Dams”

“Bakı trekinin şəhər treki olması özü ilə müəyyən çətinliklər gətirir. Burada hər hansı bir səhvə yer yoxdur. Elə bu özü də həyəcan yaratmağa bəs edir! Yarış zamanı isə 330 km/s-a yaxın sürət yığırıq. Bakıda keçən yarış ilin ən həyəcanlı yarışlarından biridir: burada hər şey baş verə bilər. Sıralanma turunu birinci və ya ötən il mənim vəziyyətimdə olduğu kimi sonuncu yerdə bitirməyin elə bir əhəmiyyəti yoxdur. Ötən il Sıralanma turunu sonuncu yerdə bitirməyimə baxmayaraq, birinci və ikinci mərhələdə, müvafiq olaraq, beşinci və üçüncü yerə yüksəldim. Buna görə də, yarışın nəticələri ilə bağlı proqnoz vermək mümkün deyil.

“Trekin qala qapılarından keçən nöqtəsi təqvimin ən bənzərsiz, eləcə də, ən dar döngələrindən biridir. Bu nöqtə yarışda olduqca həlledici rol oynayır. Burada qəza baş verəndə bütün yarış dayanır.

“Bolidi trekə uyğunlaşdırmaq da asan deyil, çünki bir yandan sürətlənmə düzlüyü üçün maksimum sürət yığmağa çalışır, digər təfədən aşağı sürətli döngələrə hazırlaşmağa çalışırıq. İki müxtəlif şərt altında iki müxtəlif quraşdırma tələb olunur.

“Birinci və üçüncü döngələrdə ötmə əməliyyatı ən bariz fürsətlərdir. Digər tərəfdən, F2-də istənilən döngə ötmə əməliyyatı üçün fürsətə çevrilə bilər. Bu da F2 çempionatının özünəməxsus xüsusiyyətlərindən biridir. Eyni zamanda bir qədər riskə getmək də lazım gəlir. Bu, artıq pilotarın təqdirinə qalır!

“Aydındır ki, ilin ikinci yarış həftəsonudur və hamı yaxşı mövqe qazanmağa çalışır. Ötən iki il ərzində, Bakıda yaxşı nəticələrim olub. Balansı qoruya bilmişəm. Burada bir qədər məntiqli davranmaq lazım gəlir. Çox problemlər yarana bilər, buna görə də, səhvə yol verməkdən yayınmalıyıq. Bakı treki yarışmaq üçün səbrsizliklə gözlədiyim treklərdən biridir!”

Mario Isola, Pirellinin F1 və avtomobil yarışları üzrə rəhbəri

"Bakıda pilotları gözləyən əsas çətinlik ön və arxa təkərlərin düzgün istiqamətdə işləməsini təmin edən oxların balansını saxlamaqdır. Olduqca uzun sürətlənmə düzlüyü, eləcə də, trekin ətrafındakı binaların saldığı kölgə nəticəsində trekin temperaturuna təsir göstərərək təkərlərin bir dövrə ərzində tez soyumasına gətirib çıxarır. Bakı trekində tez-tez təhlükəsizlik maşınını görürük. Buna görə də, elə bir strategiya seçilməlidir ki, komandalar yarana biləcək müxtəlif vəziyyətlərə uyğunlaşa bilsinlər. Ötmə əməliyyatları mümkündür. Bütün bu şərtlər altında təkər strategiyasının düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir.”

Mövsüm üzrə statistika

Çempion sıralamasında lider Luka Qiottonun topladığı xal – 37

Birinci mərhələdə ən azı 1 xal toplaya bilmiş komanda sayı – 8

“DAMS” komandasının nail olduğu podium sayı – 4

İlk F2 yarışında xal toplaya bilmiş pilot sayı – 3 (Antuan Über, Quan Çjou və Mik Şumaxer)

Qeydə dəyər məsələlər

F2-nin bazar günü keçiriləcək ikinci yarış 2017-ci ildə başlayan FIA Formula 2-nin 50-ci yarışı olacaq.

Birinci mərhələdə həm şənbə, həm də bazar günü podium 3 eyni pilot podiuma çıxıb: Nikolas Latifi, Luka Qiotto və Sercio Sette Kamara.

Birinci mərhələdə Luka Qiotto ilk F2 poulunu qazanıb.

“UNI-Virtuosi Racing” komandasının italyan pilotu Qiotto 2017-ci ildən bu yana ən çox xal toplamış pilotdur.

İlk dəfə F2-də yarışan Quan Çjou birinci mərhələnin çənbə günü keçirilən ilk yarışında 17-ci mövqedən 10-cu mövqeyə yüksələrək ilk xalını qazanan və ən çox pillə yüksəlmiş pilot olub.

Birinci mərhələnin ikinci yarışına 20-ci mövqedən başlayan Şan Qelael finiş xəttini 10-cu mövqedə bitirib.

Birinci mərhələnin hər iki yarışında xal toplaya bilən pilot sayı 7 olub: DAMS komandasından Latifi və Sette Kamera (DAMS), Qiotto və Çjou (UNI-Virtuosi), Luis Deletraz (Carlin), Nik Vries (ART Grand Prix) və Mik Şumaxer (PREMA Racing).

Bəhreyni xal toplamadan tərk edən yalnız iki komanda olub: “Trident” və “Sauber Junior Team by Charouz”.

“MP Motorsport” komandasından Mahavir Raqhunathan Saxirdə ikinci yarışın sonunda finiş xəttini iki dəfə keçdiyinə görə bu həftə Bakıda birinci yarışda qrid mövqeyi 10 mövqe aşağı salınacaq.
Xəbər 734 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru