Birləşmiş Ərəb Əmirliklərində Xüsusi Yay Olimpiya Oyunları davam edir.
Pauerliftinqçimiz Aytac Səmədova Xüsusi Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb. İdmançımız 47 kiloqram çəki dərəcəsində toplam 152,5 kiloqram ağırlıq qaldıraraq 4 hərəkətin cəmində ikinci pillədə qərarlaşıb.
Azərbaycan bu nüfuzlu yarışda 54 idmançı ilə təmsil olunur. İdmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük yarışlarında çıxış edirlər.
|