Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən tamblinq üzrə Bakı şəhər birinciliyi keçirilib.
Birincilikdə fərdi yarışlarda balacalar arasında Rəsul Rəhimli (BGM) I yerə, Nicat Süleymanlı (İOEUGİM) II yerə, Fərid Sadıqov (BGM) III yerə, yeniyetmələr arasında Adil Hacızadə (BGM) I yerə, Bilal Qurbanov (BGM) II yerə, Aleksey Karataşov (BGM) III yerə, gənclər arasında Tofiq Əliyev (BGM) I yerə, Fərid Mustafayev (BGM) II yerə, Nəcməddin Hacıyev (BGM) III yerə layiq görülüblər.
|