Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
14/07 | 22:00 “Barselona” yeni mövsüm üçün əsas formasını təqdim edib
14/07 | 20:31 Dünya Güləş Birliyinin növbəti vebinarı keçirilib
14/07 | 19:33 Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində liderliyi ələ alıb
14/07 | 19:16 Azərbaycan triatlon federasiyası Ali Baş Komandan İlham Əliyevə müraciət edib
14/07 | 18:16 Voleybol millimiz beynəlxalq reytinqdə mövqeyini qoruyub
14/07 | 17:14 Azərbaycan komandası Gürcüstan şahmatçılarını böyük hesabla məğlub edib
14/07 | 16:30 “Mercedes” komandası Bottasla anlaşmağa yaxındır
14/07 | 15:53 “Zirə” klubu daha 6 futbolçu ilə yollarını ayırıb
14/07 | 14:52 Millimizin sabiq üzvü “Elazığspor” ilə anlaşıb
14/07 | 14:06 AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb
14/07 | 13:11 Yaponiya Tokio Olimpiadası iştirakçılarının ölkəyə giriş prosedurunu asanlaşdırmağı planlaşdırır
14/07 | 12:18 “Real Madrid” səfərdə minimal hesabla qələbə qazanıb
14/07 | 11:00 “İnter” klubu “Torino”nu məğlub edərək yenidən ikinci pilləyə yüksəlib
14/07 | 10:08 "Başakşəhər" və "Trabzonspor" səfərdə uduzublar
14/07 | 09:47 Bakı 2025-ci ildə karate üzrə Avropa çempionatına ev sahibliyi edəcək
13/07 | 21:49 “Kadiz” klubu La Liqaya yüksəlib
13/07 | 20:25 Yaponiyada sumo üzrə İmperator kuboku yenidən tamaşaçıların iştirakı ilə keçiriləcək
13/07 | 20:19 Karate üzrə böyüklər arasında Avropa çempionatı Bakıda keçiriləcək
13/07 | 19:44 “Parma” klubunun bir üzvü koronavirusa yoluxub
13/07 | 19:01 MHL-də boş tribunalarda səs effektini hokkeyçilər özləri təşkil etmək istəyirlər
13/07 | 18:16 Millimizin rəqibi Çexiya və Yunanıstan yığmaları ilə qarşılaşacaq
13/07 | 17:41 Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirinə heç-heçə ilə başlayıb
13/07 | 16:52 “Zirə” kapitanı Cavid Hüseynov ilə yollarını ayırıb
13/07 | 15:38 London derbisində “Tottenhem” klubu “Arsenal”dan güclü olub
13/07 | 13:34 “Sivasspor” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib
13/07 | 12:58 ATP ABŞ-dakı turnirlərlə bağlı tennisçilərlə videomüşavirə keçirəcək
13/07 | 12:36 Bəzi MHL oyunçuları meydana çıxmaqdan imtina edirlər
13/07 | 11:18 “Napoli”-“Milan” oyunu heç-heçə başa çatıb
13/07 | 10:23 "Sabah" klubunda yeni təyinatlar həyata keçirilib
13/07 | 10:06 Rusiya şahmatçısı Yekaterina Laqno Qran-Pri turnirinin üçüncü mərhələsinin qalibi olub
13/07 | 09:50 Levis Hemilton Formula 1 üzrə dünya çempionatının növbəti Qran-Prisinin qalibi olub
12/07 | 19:01 “Barselona” səfərdə “Real Vallyadolid"ə qalib qəlib
12/07 | 15:33 “Çelsi” səfərdə “Şeffild Yunayted”ə böyük hesabla məğlub olub
12/07 | 13:05 Formula 1 üzrə dünya çempionatının iki yarışı dalbadal eyni trasda keçiriləcək
12/07 | 12:01 Kamaru Usman çempionluq titulunu qoruyub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Moskvada futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Tarix: 15.06.2018 | Saat: 10:27:00 | E-mail | Çapa göndər
İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasiminin proqramı zənginliyi və əvvəlki dünya çempionatlarının açılış mərasimlərinin proqramlarından fərqli formatı ilə əsaslı şəkildə seçildi. Budəfəki tədbir daha qısa vaxt ərzində və yığcam oldu, məşq ərəfəsində deyil, birbaşa Rusiya-Səudiyyə Ərəbistanı matçından əvvəl keçirildi.

Britaniyalı müğənni Robbi Uilyamsın və Vyana Operasının solisti, tanınmış opera müğənnisi Aida Qarifullinanın ifası mundialın açılış mərasiminə əlavə əzəmət qatdı.

Açılış mərasiminin prodüseri Rusiyanın Birinci kanalıdır. Bu əzəmətli şounun konsepsiyasının müəllifi isə rejissor Feliks Mixaylovdur. Bu işdə ona İlya Averbux da kömək göstərib. İkiqat dünya çempionu, braziliyalı futbolçu Ronaldo da açılış mərasiminə qatılıb.

Dünya çempionatına ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə çıxış etdi.

Rusiya dövlətinin başçısı bütün qonaqları Moskvanın əfsanəvi “Lujniki” stadionunda salamlayaraq, dünyanın mehriban futbol ailəsini çempionatın açılışı münasibətilə təbrik etdi. Bu möhtəşəm idman hadisəsinin ilk dəfədir ki, Rusiyada keçirildiyini deyən Vladimir Putin ölkəsində bu idman növünə xüsusi sevginin bəslənildiyini də əlavə etdi. O, bu idman bayramını Rusiyada qəbul etmək üçün dünya çempionatına məsuliyyətlə hazırlaşdıqlarını bildirdi. “Harada yaşamağımızdan, hansı ənənələrə riayət etdiyimizdən asılı olmayaraq bizim hamımızı bu parlaq idman növü - futbola sevgi birləşdirir. Futbolun gücünün əsasını humanizm təşkil edir. Çünki bu, birlikdir”, - deyən Rusiya Prezidenti bu birliyi gələcək nəsillər üçün qoruyub saxlamağın vacibliyini vurğuladı.

FIFA-nın prezidenti Canni İnfantino da çıxışında Rusiyada başlayan futbol üzrə dünya çempionatının idmanın bu növünün həvəskarlarına maraqlı anlar yaşadacağını söylədi.

Otuz iki ölkənin yığma komandalarının mübarizə apardığı budəfəki futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Çempionat Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

Xatırladaq ki, açılış mərasimini “Lujniki” stadionunda 80 min, televiziya ilə birbaşa yayımla isə təqribən 1 milyard nəfərə qədər tamaşaçı izləyib.

Rusiyada təşkil olunan futbol üzrə növbəti dünya çempionatı meydan sahiblərinin oyunu ilə başladı.

Açılış mərasimindən dərhal sonra “A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü başladı.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın da baxdıqları qarşılaşmada Rusiya yığma komandası 5:0 hesabı ilə qalib gəldi. Qolları futbolçular Yuri Qazinski, Dmitri Çerışev, Artyom Dzyuba və Aleksandr Qolovin vurdular.

Xatırladaq ki, dünya çempionatında 32 komanda əvvəlcə 8 qrupda mübarizə aparır. Qruplarda birinci və ikinci yer tutan komandalar səkkizdəbir finala çıxacaqlar. Səkkizdəbir final mərhələsindən başlayaraq yarışlar Olimpiya sistemi ilə keçiriləcək, yəni, uduzan komanda mübarizəni dayandıracaq.

Final görüşü iyulun 15-də Moskvada “Lujniki” stadionunda baş tutacaq.

Üçüncü yer uğrunda matç isə iyulun 14-də Sankt-Peterburqda keçiriləcək.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2344 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.02.2020 Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə komandamızı Avropa çempionatındakı tarixi uğuru münasibətilə təbrik edib
13.02.2019 Beyləqan Olimpiya İdman Kompleksi istifadəyə verilib
22.11.2018 Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub
17.11.2017 Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
08.09.2017 Prezident İlham Əliyev “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışında iştirak edib
11.08.2016 İsmayıllı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanışlıq
01.07.2015 Avropa Oyunları Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.
26.12.2012 Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm
29.03.2012 Prezident İlham Əliyev “İdman ili” ilə bağlı Tədbirlər Planını təsdiq edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru