Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
Tarix: 17.12.2017 | Saat: 12:46:00 | E-mail | Çapa göndər
Aqşin Kazımzadəni keçən əsrin 80-90-cı illərindən tanıyırdım. Daha doğrusu, şəxsi tanışlığım yox idi, imzasından tanıyırdım. “İdman” qəzetində elə bir məqaləsi olmazdı ki, oxumayım. Həm də, necə deyərlər, “acgözlüklə” oxuyurdum. Onun jurnalist məharətinə, hadisələrə obyektiv yanaşmasına, doğru-düzgün qiymət verməsinə heyran olurdum. Xüsusilə, “Neftçi”nin oyunları ilə bağlı yazdığı reportajlar nə qədər oxunaqlı idi. Qəzeti əlimə alan kimi, ilk növbədə komandaların turnir cədvəlini və növbəti oyunların tarixini nəzərdən keçirdikdən sonra gözüm “Aqşin Kazımzadə” imzasını axtarırdı. Beləcə, bu imza məni hələ orta məktəb illərimdən ovsunlamışdı...

Müstəqilliyin ilk illərində - ötən əsrin 90-cı illərinin əvvəllərində bütün sahələrdə, o cümlədən mətbuatda mühüm dəyişikliklər baş verdi. Zaman və vəziyyət dəyişdi... İdman mətbuatı tarixinə adı qızıl hərflərlə həkk olunmuş Aqşin Kazımzadə bir sıra səbəblərdən “idman”çı karyerasını başa vursa da, digər nəşrlərdə yazmağa davam etdi - həmin dövrdə o, dövlət qurumlarından birində mətbuat xidmətinə rəhbərlik etməklə yanaşı, qələmini də yerə qoymamışdı və hər zaman idman mətbuatını izləməkdə davam edirdi.

2000-ci ildə ölkənin idman mətbuatının ən qocaman nəşrinə - “İdman”a rəhbərliyin mənə həvalə olunması (o dövrədək qəzetdə bir neçə dəfə baş redaktor dəyişmişdi) Aqşin müəllim tərəfindən birmənalı qarşılanmadı. 23 yaşlı gəncin böyük tarixi olan qəzetə baş redaktor təyin edilməsi ilə bağlı fikirlərini bildirərkən yaş və təcrübə baxımından bu seçimlə bağlı narahatlığını da bildirmişdi. Lakin bir müddət sonra – ikinci kitabım işıq üzü görəndə başqa qəzetdə məni hətta tərifləmişdi...

Aqşin Kazımzadə səhhətinə görə işindən ayrılıb, jurnalistlik fəaliyyətini dayandırsa da, hərdən bir imzası mətbuatda görünürdü. Zaman keçdikcə idman mətbuatımızda onun yoxluğu özünü daha çox büruzə verirdi. Elə buna görə də, Aqşin müəllimlə görüşmək, ona idman mətbuatına dönməyi təklif etmək arzusunda idim. Görüşdük, tanış olduq. Daha doğrusu, o mənimlə tanış oldu. Çünki mən onu çoxdan tanıyırdım, oxucusu olduğum lap uşaqlıq illərimdən. Yeni tanışlığımız tədricən dostluğa çevrilirdi...

Ona öz doğma “İdman”ı ilə yenidən əməkdaşlıq etməsini təklif edəndə, bunu böyük həvəs və məmnuniyyətlə qəbul etdi. Bu, böyük jurnalistin öz doğma ocağına qayıdışı idi. “Jurnalistin bloknotundan” rubrikasını bərpa edəndə sevincinin həddi-hüdudu yox idi. Özü seçdiyi mövzuları böyük həvəslə yazıb, əlyazmasını gətirərdi redaksiyaya. Hər dəfə gələndə, növbəti yazacağı mövzunu müzakirə edərdik. Futbolumuzun tarixi ilə bağlı yazıları, eləcə də öz xatirələri böyük maraqla oxunurdu və qısa müddət ərzində yeni oxucu auditoriyası toplamağa müvəffəq olmuşdu.

“İdman” qəzetinin 70 və 75 illik yubileyləri ərəfəsində idman mətbuatımızın problemlərinə həsr etdiyimiz ümumrespublika konfranslarında həvəslə iştirak edir, dəyərli tövsiyələrini verirdi. Gənc nəslə qarşı nə qədər tələbkar idisə, öyrətməyə ondan da çox meyilli idi. Yeni imzaları diqqətlə izləyirdi. Jurnalistika, eləcə də mətbuat tariximizlə bağlı verilən istənilən suala həvəslə cavab verirdi.

Aqşin Kazımzadə əsl jurnalist idi. Tələbəlik illərindən, 19 yaşından ömrünün son gününədək qələmini yerə qoymamışdı. Onun ən böyük qazancı oxucuları idi. On minlərlə oxucusu hər gün onun yazısını gözləyirdi. Hələ sovet dövründə Olimpiya oyunlarına, dünya və Avropa çempionatlarına Azərbaycandan ezam edilən azsaylı jurnalistlərdən biri idi, Aqşin müəllim.

Futbolun Azərbaycana gəlişi barədə yazdığı və “İdman”ın arxivində olan silsilə məqaləsini dərc edib bitirənədək yeni yazısını da gətirəcəyini demişdi. Amma...
2011-ci il iyunun 10-u səhər tezdən nəşriyyata gəlirdim. Onun son yazılarını qəzetimizdə daim izləyən, şəxsi əlaqələri olan oxucularından biri zəng edib, salamlaşandan sonra dəfnin saat neçədə olacağını soruşdu. Donub qaldım. Xəbərsiz olduğumu anlayıb, Aqşin müəllimin rəhmətə getdiyini dedi. Bir anda üzərimə çökən kədərlə yolumu dəyişib, Axundov bağı tərəfdə yerləşən evlərinə tərəf yollandım. Həmin gün Aqşin Kazımzadəni son mənzilə yola saldıq.

“İdman”ın keşməkeşli günlərinin şahidi, ötən əsrin 60-cı illərindən qəzetin yol yoldaşı olmuş Aqşin müəllimi son mənzilə yola salanda onunla sonuncu söhbətimiz yadıma düşdü. İş vaxtı bitmişdi, redaksiyada ikimiz qalmışdıq. Sağollaşıb çıxmağa hazırlaşırdı ki, birdən ayaq saxladı və geri qayıdıb dedi: “Səndən bir xahişim olacaq. Rəhmətlik Mirpaşa müəllimin qızı Ulduz xanım atası haqda kitab yazmaq istəyir. Bu işdə ona kömək edəcəyimə söz vermişəm. Qorxuram, Mirpaşa Miriyev haqda bütün materialları toplamağa imkanım olmasın və vədimi yerinə yetirə bilməyəm. Bu işdə mənə kömək edərsən?”, - deyə sınayıcı və narahat nəzərlərlə məndən cavab gözlədi. “Əlbəttə, Aqşin müəllim, nə lazımdırsa edərik”, – cavabından sonra sanki sakitləşdi. Gülümsəyərək, sağollaşıb getdi. Bu Aqşin Kazımzadənin redaksiyadan son gedişi idi...

Aqşin müəllimin futbol mövzusunda olan sonuncu yazısı ölümündən bir ay sonra – 2011-ci il iyulun 12-də dərc olundu və son qonorarı ailəsinə verildi. Aqşin müəllimin verdiyi vədi yerinə yetirmək üçün Mirpaşa Miriyevin qızı Ulduz xanımla görüşdüm və kitabın nəşrinə əlimdən gələn köməyi etdim. Redaktorluğumla nəşrə hazırladığımız kitabın təqdimatı Mətbuat Şurasında Aqşin Kazımzadəsiz təşkil edilsə də, onun vəd etdiyi kimi yüksək səviyyədə keçdi. Ruhun şad olsun ustad!

“İdman”ın yaşı çox olduğu üçün arxivi də böyükdür. Bir-neçə il bundan qabaq sənəd qovluqlarında təsadüfən Aqşin müəllimin imzaladığı məktuba rast gəldim. 90-cı illərin əvvəlində yazılmışdı. Qəzetin maliyyə vəziyyətinin çətin olduğu həmin vaxt baş redaktor Aqşin Kazımzadə Bakı şəhər rəhbərliyinə müraciət etmış və bir nömrənin çapı üçün ofset kağızı almağa yardım istəmişdi. Həmin məktubun saralmış sətirlərində bir vaxtlar 120 min tirajla satılan və 5 mərtəbəli yaşayış binası tikdirməyə qadir redaksiyanın birdən-birə düşdüyü acınacaqlı vəziyyətdən çırpınan jurnalistin ürək ağrıları, sarsıntılarını hiss etdim.

Aqşin Kazımzadə artıq altı ildir, aramızda yoxdur. Bu gün ustadın anadan olmasının 80-ci ildönümü tamam olur. Mətbuatımızı geniş yaradıcılığı ilə zənginləşdirən bu böyük jurnalistə sələfi kimi tale borcum var. Azərbaycan mətbuatı tarixində imzası ilə özünəməxsus cığır açmış böyük jurnalistin həyat və yaradıcılığı ilə bağlı kitab hazırlayıb gələcək nəsil yazarlara təqdim etməyi planlaşdırıram. Ümid edirəm ki, böyük ustada həsr edəcəyim kitabın təqdimatı ilə onun növbəti yubileyini qeyd edəcəyik.

Allah rəhmət eləsin!

Qabil Mehdiyev
Əməkdar jurnalist

Xəbər 3279 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.07.2022 Şəfəq Hüseynli: Maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir
18.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
21.12.2012 80 yaşın mübarək, 100 yaşa, «İdman»!
10.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
13.07.2012 Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib
15.05.2012 İdman iliniz mübarək!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru