Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
13/08 | 21:52 Blez Matyuidinin “İnter Mayami” komandasına keçidi rəsmiləşib
13/08 | 21:19 Millimizin baş məşqçisi Canni De Byazi “Neftçi”nin məşqini izləyib
13/08 | 20:34 "Səbail" klubu qapıçısı Aleksandr Rıbka ilə yollarını ayırıb
13/08 | 19:03 MHL-də həlledici mərhələnin görüşləri davam edir
13/08 | 18:39 “Zirə” klubu Seneqal millisinin sabiq üzvünü transfer edə bilər
13/08 | 18:04 Millimizin sabiq voleybolçusu Braziliya klubu müqaviləsini yeniləyib
13/08 | 17:40 “Qarabağ”–“Sileks” matçını idarə edəcək hakimlər müəyyənləşib
13/08 | 16:44 “Trabzonspor” heyətinə braziliyalı müdafiəçi cəlb edib
13/08 | 16:10 Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb
13/08 | 15:45 Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunun oyunları keçiriləcək
13/08 | 15:24 Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandırıldı
13/08 | 15:17 Belçikalı velosipedçi Fransada qələbə qazanıb
13/08 | 14:32 İsveçrə millisinin sabiq müdafiəçisi Stefan Lixtştayner karyerasını bitirib
13/08 | 13:23 Kikboksçularımızın hazırlıq səviyyəsinin artırılması diqqət mərkəzində saxlanılır
13/08 | 12:12 “Sumqayıt” cari mövsümün ilk turuna hazırlaşır
13/08 | 11:15 “Beşiktaş” birinci transferini reallaşdırıb
13/08 | 10:04 İdman ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində əsgərlərlə görüşüblər
13/08 | 09:48 Tovuzda velosipedçilərimizin təlim-məşq toplanışına start verilib
12/08 | 21:08 “Williams” komandası İspaniyada Roy Nissaniyə şans verəcək
12/08 | 20:35 Millimizin baş məşqçisi Canni De Byazi yığmaların məşqini izləyib
12/08 | 20:07 Həbib Nurməhəmmədov Castin Getji ilə qarşılaşmasının ilin ən yaxşı döyüşü olacağına ümid edir
12/08 | 19:29 Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi müəyyənləşib
12/08 | 19:08 “Qarabağ” klubu “Sampdoriya”nın qapıçısını heyətinə qata bilər
12/08 | 18:04 Millimizin futbolçusu Ukrayna klubu ilə müqaviləsini yeniləyib
12/08 | 17:43 “Neftçi”nin rəqibi Albaniyanın “Vlazniya” klubunun müdafiəçisini transfer edib
12/08 | 16:54 Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edilib
12/08 | 16:42 AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının rəhbərliyinə seçkilər keçirilib
12/08 | 16:00 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atılıb
12/08 | 15:52 ABŞ-da qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
12/08 | 15:32 FIFA iki turniri təxirə salıb
12/08 | 15:00 Mayk Tayson və Roy Cons arasında keçiriləcək döyüş titul xarakterli olacaq
12/08 | 14:53 MBA-nın müntəzəm çempionatında mübarizə davam edir
12/08 | 14:13 “Neftçi” hazırlığı bərpa edib
12/08 | 12:20 XXXII Ümumdünya Yay Universiadasının Atletlər kəndinin inşasına oktyabrda başlanılacaq
12/08 | 10:43 UEFA Avropa Liqasının son iki yarımmfinalçısı məlum olub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
“Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı fəaliyyətə başlayıb
Tarix: 18.02.2017 | Saat: 16:06:00 | E-mail | Çapa göndər
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə fevralın 18-də “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramının açılış mərasimi keçirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən tədbirdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) korporativ direktoru Elçin Səfərov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və könüllülər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, proqram üç istiqamətdə həyata keçiriləcək. “Bakı-2017 Könüllülərinin IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı”, “Bakı-2017” Könüllülərinin şəxsi və peşəkar inkişafı” və “Bakı-2017 Könüllülərinin sosial fəaliyyəti” istiqamətində təlimlər təşkil ediləcək. Proqramın əsas məqsədi “Bakı-2017” könüllülərinin gələcək iş həyatında uğur qazanmasına şərait yaratmaq, eyni zamanda, hədəflərinə doğru gedən yolda gənclərə dəstək olmaqdır.

BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramını elan etməkdən məmnunluğunu bildirib. O, Azərbaycanda 25 illiyini qeyd edən bir şirkət kimi ölkənin təkcə neft və qaz sənayesinin inkişafında yox, həm də bir çox digər sahələrində yaxından iştirak etdiklərinə görə qürur duyduğunu söyləyib. “İdmanın inkişafına göstərdiyimiz dəstək çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla ölkənin idman potensialının yüksəlməsinə dəstək vermək və yaşanacaq idman həyəcanını bölüşmək istəyirik. Bu gün açılışını elan etdiyimiz Könüllülərin İnkişaf Proqramı da məhz yüksək potensialı olan gənclərin inkişafına imkan yaradan bir layihədir. Düşünürük ki, biz bu imkanı yaratmaqla ölkənin uğurlu gələciyinin qurulmasında iştirak edirik və bundan çox məmnunuq”, - deyə o əlavə edib.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov könüllülərin Oyunlara xüsusi bayram ab-havası bəxş edəcəyini qeyd edib: “Bakı-2017” könüllüləri IV İslam Həmrəyliyi Oyunlarının ayrılmaz hissəsidir. Məhz könüllülərin uğurlu gələcəyi, onların parlaq sabahı üçün təşkil olunan təlimlərin çox böyük önəmi və əhəmiyyəti var. Könüllülər bu təlimlərdə yeni təcrübə, bilik qazanmaqla bərabər, Oyunlar zamanı Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək imkanı da qazanacaqlar. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının uğurlu keçirilməsində könüllülərin danılmaz rolunu vurğulayıb.

Sonra “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı “Bakı-2017” könüllülərinin şəxsi və peşəkar inkişafı istiqaməti üzrə “Effektiv Kommunikasiya” təliminə başlanılıb. Televiziya və Radio aparıcısı Dj Fateh, həmçinin “Hyundai” markasının marketinq meneceri Rauf Cahangirovun apardığı təlimin əsas istiqaməti könüllülərə ünsiyyət sahəsində həm effektiv məlumatların çatdırılması, həm də bu sahədə adıçəkilən təlimçilər tərəfindən təcrübənin bölüşdürülməsi olub.

Qeyd edək ki, “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı çərçivəsində “Effektiv Kommunikasiya” təlimi üçün qeydiyyatdan keçən ilk 400 könüllü təlimdə iştirak imkanı əldə edib. Təlimin sonunda könüllülərə iştiraka dair sertifikat təqdim olunacaq.

Proqram qarşıdakı günlərdə yuxarıda sadalanan digər istiqamətlər üzrə keçiriləcək növbəti tədbirlər və təlimlərlə könüllüləri məlumatlandırmağa davam edəcək.
Xəbər 248 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.06.2020 V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix müəyyənləşib
20.12.2019 Azərbaycan Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub
28.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin həlledici yürüşü başladı
24.11.2017 “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
10.07.2017 "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
20.06.2017 “Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb
15.06.2017 İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
06.06.2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib
06.06.2017 Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
02.06.2017 İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
50 gündən sonra yenidən açıq havada idman yarışlarına icazə verildi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru