Futzal üzrə Azərbaycan çempionu “Araz” bu gün UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirib. Təmsilçimiz Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində Gürcüstanın "Tiflis Dövlət Universiteti" komandası ilə qarşılaşıb.
8 qolun vurulduğu görüşdə təmsilçimiz rəqibini darmadağınla məğlub edib.
2-ci qrupun digər oyununda "Feniks" (Kosovo) yerli "Jelezarets" (Makedoniya) ilə qarşılaşacaq.
UEFA Kubokunun əsas mərhələsi
2-ci qrup
11 oktyabr
"Araz" - TDU - 7:1 (2:0)
Qollar: Everton, 4 (1:0). Everton, 12 (2:0). Sozaşvili, 24 (2:1). Vassura, 30-pen. (3:1). Vassura, 36 (4:1). Bolinya, 38 (5:1). Bolinya, 39 (6:1). X.Bağırov, 39 (7:1).
Qırmızı vərəqə: Kobaidze, 30 (TDU).
"Araz" bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Rövşən Hüseynli, Everton, Eduardo, Tyaqu, Vassura - Anar Məmmədov, Fabio Poletto, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Xətai Bağırov, İsa Atayev, Oqtay Rüstəmli.
|