Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
15/08 | 13:53 "Sivasspor" klubu baş məşqçisi ilə müqaviləni yeniləyəcək
15/08 | 12:40 Uqandalı atlet 5000 metr məsafəyə qaçış yarışında yeni dünya rekordu müəyyənləşdirib
15/08 | 11:34 “Səbail”-“Keşlə” matçında qapılara qol vurulmayıb
15/08 | 11:17 “Sumqayıt” futbol klubu heyətinə yeni futbolçu cəlb edib
15/08 | 10:11 Sumqayıt” Əli Qurbanini heyətinə cəlb edib
15/08 | 09:57 Ümumdünya Şahmat Olimpiadası: İkinci divizionda ilk günün oyunları keçirilib
14/08 | 22:23 Serbiyalı tennisçi Novak Cokoviç “US Open” turnirində iştirakını təsdiqləyib
14/08 | 20:37 Moldova çempionatında müvəqqəti fasilə elan olunub
14/08 | 19:03 “Qarabağ” klubu Serbiya millisinin hücumçusunu transfer etmək istəyir
14/08 | 18:45 Şüvəlanda açıq havada keçirilən şahmat turnirinin qalibləri müəyyənləşib
14/08 | 18:11 Həbib Nurməhəmmədov 2021-ci ilin yazında Jorj Sen-Pyer ilə döyüşmək istədiyini bildirib
14/08 | 17:26 “Sumqayıt” klubu üç futbolçu ilə vidalaşıb
14/08 | 16:23 “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
14/08 | 15:15 Formula 1 İspaniya Qran-Prisi start götürür
14/08 | 14:56 “Keşlə” növbəti transferini reallaşdırıb
14/08 | 14:22 Stolüstü tennis üzrə Avropa çempionatı təxirə salınıb
14/08 | 13:40 “Neftçi” öndə, “Qarabağ” bir addımlığında
14/08 | 13:09 FIDE veteran şahmatçılara maliyyə dəstəyi göstərib
14/08 | 12:24 Ümumdünya Şahmat Olimpiadasında ikinci divizionun oyunları start götürüb
14/08 | 11:35 Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi qarşılaşması oynanılacaq
14/08 | 10:08 UEFA Çempionlar Liqasının ikinci yarımfinalçısı məlum olub
14/08 | 09:56 "Qarabağ" komandasının keçmiş qapıçısı "Konyaspor" klubuna transfer olub
13/08 | 21:52 Blez Matyuidinin “İnter Mayami” komandasına keçidi rəsmiləşib
13/08 | 21:19 Millimizin baş məşqçisi Canni De Byazi “Neftçi”nin məşqini izləyib
13/08 | 20:34 "Səbail" klubu qapıçısı Aleksandr Rıbka ilə yollarını ayırıb
13/08 | 19:03 MHL-də həlledici mərhələnin görüşləri davam edir
13/08 | 18:39 “Zirə” klubu Seneqal millisinin sabiq üzvünü transfer edə bilər
13/08 | 18:04 Millimizin sabiq voleybolçusu Braziliya klubu müqaviləsini yeniləyib
13/08 | 17:40 “Qarabağ”–“Sileks” matçını idarə edəcək hakimlər müəyyənləşib
13/08 | 16:44 “Trabzonspor” heyətinə braziliyalı müdafiəçi cəlb edib
13/08 | 16:10 Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb
13/08 | 15:45 Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunun oyunları keçiriləcək
13/08 | 15:24 Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandırıldı
13/08 | 15:17 Belçikalı velosipedçi Fransada qələbə qazanıb
13/08 | 14:32 İsveçrə millisinin sabiq müdafiəçisi Stefan Lixtştayner karyerasını bitirib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Bakı Formula-1 həyəcanına yüksək səviyyədə ev sahibliyi etdi
Tarix: 20.06.2016 | Saat: 15:11:00 | E-mail | Çapa göndər
İyunun 19-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinə yekun vurulub.

Əsas yarışdan əvvəl GP2 pilotları cari ildə sonuncu dəfə Bakı trekinə çıxıblar. Onlar Formula-1-ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini keçiriblər.

Yarışda bolidlərin start düzülüşü iyunun 18-də keçirilən yürüşdə müəyyənləşib. Belə ki, dünənki yarışda 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər.

Pilotlar bolidləri ilə 45 dəqiqə ərzində 120 kilometr məsafə qət ediblər. İkinci yarış da italiyalı pilot Antonio Covinatsinin qələbəsi ilə başa çatıb. Birinci yarışda olduğu kimi, bu dəfə də “Prema Racing” komandasının pilotu 1 dəqiqə 56,439 saniyə nəticə ilə qalib gəlib. Onun komanda yoldaşı Pyer Qasli ikinci, “ART Grand Prix” kollektivinin pilotu Sergey Sirotkin isə üçüncü olub.

Qaliblərə kuboklar təqdim edilib.

GP2 iştirakçılarının ilk yürüşündə “Prema Racing” komandasından Antonio Covinatsi finişə birinci çatmışdı. “ART Grand Prix” komandasının üzvü Sergey Sirotkin ikinci, “Russian Time” komandasının pilotu Rafael Marçello isə üçüncü olmuşdu.

Sonra Avropa Qran-prisinin pilotlarının paradı və möhtəşəm açılış mərasimi keçirilib.

Daha sonra Formula-1 Avropa Qran-prisinə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Formula-1 Avropa Qran-pri yarışına baxıblar.

Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib.

Formula-1 Avropa Qran-prisində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın “Mercedes”in pilotu Niko Rosberq dayanıb. Ondan sonra “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo və “Ferrari”nin sürücüsü Sebastian Fettel yer alıblar.

“Toro Rosso” komandasının pilotu Daniil Kvyat texniki problemlərə görə yarışda iştirakını vaxtından əvvəl başa vurub. “Toro Rosso” komandasının digər pilotu Karlos Saynz da mübarizəni dayandırıb. Onun mübarizədən kənarlaşmasına səbəb asqıdakı problem olub. Ondan başqa, “Manor”un pilotu Paskal Verlyayn da əyləcdə problem üzündən yarışda iştiraka son verib. “McLaren”in pilotu Fernando Alonso da bolidində nasazlıq olduğundan yarışı erkən başa vurub.

Formula-1 Avropa Qran-prisi “Mercedes”in almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. O, 1 dəqiqə 48,942 saniyəlik nəticə ilə birinci olub. İkinci yeri “Ferrari”nin pilotu Sebastian Fettel, üçüncü yeri isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub.

Yarış 1 saat 32 dəqiqə 52 saniyə davam edib. Bolidlər Bakı trasında 6,003 kilometr məsafədə 51 dövrə vurublar.

Qaliblərin mükafatlandırılması mərasimində birinci yeri tutan pilotun – Niko Rosberqin şərəfinə Almaniyanın dövlət himni səsləndirilib.

Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim edib.

Kuboklar ikinci yerin sahibi Sebastian Fettelə gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olunub.

Formula-1 Avropa Qan-prisində ilk 18 yerin sahibi olan pilotlar aşağıdakılardır:

1. Niko Rosberq (Mercedes), 2. Sebastian Fettel (Ferrari), 3. Serxio Peres (Force İndia), 4. Kimi Raykonnen (Ferrari), 5. Luis Hamilton (Mercedes), 6. Valtteri Bottas (Williams), 7. Daniel Rikkardo (Red Bull Racing), 8. Maks Ferstappen (Red Bull Racing), 9. Niko Hulkenberq (Force İndia), 10. Felipe Massa (Williams), 11. Censon Batton (McLaren), 12. Felipe Nasr (Sauber), 13. Roman Qrojan (Haas), 14. Kevin Maqnussen (Renualt), 15. Colion Palmer (Renault), 16. Estaban Qutyerres (Haas), 17. Markus Erikson (Sauber) və 18. Rio Haryanto (Manor).

Formula-1 Avropa Qran-prisindəki qələbədən sonra “Mercedes”in pilotu Niko Rosberq 141 xalla cari çempionatda liderliyini davam etdirir. O, indiyədək keçirilən yeddi mərhələnin dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya Qran-priləri) qalib gəlib.

Avropa Qran-prisində ən yüksək sürət “Mercedes”in pilotu Luis Hamiltona məxsusdur. O, bolidini saatda 364 kilometr sürətlə idarə edib. İyunun 18-də test yürüşündə isə “Williams” komandasının pilotu Valtteri Bottas bolidini saatda 377 kilometr sürətlə idarə etmişdi.

Çempionatın növbəti – doqquzuncu yarışı olan Avstriya Qran-prisi iyulun 1-3-də keçiriləcək.
Xəbər 488 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.08.2020 Formula 1 İspaniya Qran-Prisi start götürür
10.08.2020 Maks Ferstappen Formula 1-in 70-ci ildönümü Qran-Prisinin qalibi olub
07.08.2020 Niko Hülkenberq 70 illik yubiley Qran-Prisində Serxio Peresi əvəz edəcək
07.08.2020 Dördqat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib
04.08.2020 Formula 1: İmolada yalnız bir məşq yürüşü keçiriləcək
31.07.2020 Formula 1: “Racing Point” komandasının pilotu koronavirusa yoluxub
28.07.2020 Formula 1 yenidən Türkiyəyə qayıda bilər
27.07.2020 MotoGP: Fransalı motosikletçi liderliyini qoruyub
24.07.2020 Bu il ABŞ, Meksika və Braziliya Qran-priləri ləğv oluna bilər
20.07.2020 Luis Hamilton Formula 1 Macarıstan Qran-Prisinin qalibi olub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
50 gündən sonra yenidən açıq havada idman yarışlarına icazə verildi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru