Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
09/08 | 14:45 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum olub
09/08 | 13:00 Andrea Pirlo “Yuventus”un yeni baş məqçisi təyin olunub
09/08 | 11:47 UEFA Çempionlar Liqasının dörddəbir finalçıları məlum olub
09/08 | 10:22 Ümumdünya Şahmat Olimpiadası: 3-cü divizionun oyunları davam edir
09/08 | 09:00 Türkiyə ilə dostluq görüşündə Azərbaycan komandası üstünlüyü ələ alıb
08/08 | 21:35 Azərbaycan və Türkiyə şahmatçıları yoldaşlıq görüşü keçirəcək - VİDEO
08/08 | 18:26 Şahmat üzrə şirkətlərarası ilk dünya çempionatı keçiriləcək
08/08 | 17:42 “Rally Estonia” avtomobil yarışları sentyabr ayında baş tutacaq
08/08 | 16:50 Sədərək rayonunda ümumtəhsil məktəbliləri arasında velosiped idman yarışı üzrə birincilik keçirilib
08/08 | 15:20 Avqustun 12-də futbol üzrə Azərbaycan çempionatının püşkü atılacaq
08/08 | 14:36 Karateçilərimizin birinci MDB Oyunlarında böyük uğurlar qazanacaqlarına inanırıq
08/08 | 13:32 Azərbaycan Premyer Liqasında transfer pəncərələrinin vaxtı müəyyənləşib
08/08 | 12:53 Şahmatçımız Qədir Hüseynov “World Open” beynəlxalq turnirində uğurla mübarizə aparır
08/08 | 12:04 Xanlar Kazım oğlu Qurbanov
08/08 | 11:18 Bu gün Azərbaycan və Türkiyə milli komandaları arasında şahmat üzrə dostluq görüşü start götürəcək
08/08 | 10:40 Ümumdünya Şahmat Olimpiadası: üçüncü divizionda ilk günün qarşılaşmaları keçirilib
07/08 | 21:13 “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüşün qonağı beşqat dünya çempionu Rafael Ağayev olub
07/08 | 20:04 “Sent-Etyen”in futbolçusunda koronavirus aşkarlanıb
07/08 | 19:13 “Keşlə” ukraynalı futbolçu ilə müqavilə imzalayıb
07/08 | 18:30 “Səbail” klubu braziliyalı müdafiəçisi ilə yollarını ayırıb
07/08 | 17:32 Lənkəran və Sədərək şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib
07/08 | 16:23 “Qarabağ”ın sabiq qapıçısı Super Liqa klubu ilə anlaşıb
07/08 | 15:53 XXXII Ümumdünya Yay Universiadasının loqotipi və talismanı seçilib
07/08 | 14:34 MBA: “Miluoki Baks” Şərq konfransında liderliyini möhkəmləndirib
07/08 | 14:00 Dördqat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib
07/08 | 13:40 “Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
07/08 | 13:22 İtaliyada qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
07/08 | 12:43 “Qarabağ” klubu “Sabah” ilə yoxlama oyununda gücünü sınayacaq
07/08 | 12:34 Futbol klublarımız Qəbələdəki hazırlığı başa vurublar
07/08 | 12:21 UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulub
07/08 | 11:32 “Sumqayıt” yeni məşqçi ilə razılaşdı
07/08 | 10:12 Caner Erkin “Beşiktaş”dan ayrılıb
07/08 | 09:54 Balkan yarımarafonu üzrə çempionat Zaqrebdə keçiriləcək
06/08 | 23:21 “İdman ili”nin qəhrəmanları
06/08 | 21:32 Finlandiyalı sürücüsü Valtteri Bottas “Mercedes” komandası ilə yeni müqavilə imzalayıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
AIPS-dən sağlam və ədalətli idmana çağırış
Tarix: 16.02.2016 | Saat: 13:36:00 | E-mail | Çapa göndər
Qabil Mehdiyev | qabil-so@mail.ru

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 79-cu konqresi Dohada keçirildi


İndiyədək idman yarışları və ya media ilə bağlı tədbirlərdə iştirakla əlaqədar bir çox ölkələrdə olmuşam. Lakin bu günə qədər, 22 ərəb dövlətindən heç birinə səfər etməmişdim. Ötən həftə Qətərdə keçirilən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 79-cu konqresində iştirak etmək üçün 4 gün bu ölkədə oldum. Xatırladım ki, 160 ölkədən milli assosiasiyalar və 10 mindən çöx üzvü birləşdirən bu qurumun 77-ci konqresi 2014-cü ilin aprelində Bakıda keçirilmişdi.

Tibilisi-Bakı-Doha marşrutu üzrə hərəkət edən "hava gəmisi" paytaxtımızdan 30 dəqiqə yubanma ilə, axşam saat 22.40-da cənuba doğru istiqamət götürdü. Təyyarəmiz Dohada Hamad Beynəlxalq hava limanına gecə saat 00.20-də çatdı. Təyyarədən enəndə maraqlı bir situasiya yarandı. Əlində "Mr Qabil Mehdiyev" yazılmış plakat tutan xanıma yaxınlaşıb, özümü təqdim etdim. Mənimlə ingilis dilində bir-iki kəlmə danışdıqdan sonra VİP zalına çatanda dedi ki, özü də azərbaycanlıdır, ailəsi Bakıda, "Vorovski"də yaşayır". Macarıstanda ali təhsil almış həmyerlimiz bir ilə yaxındır ki, Doha hava limanında çaılışır. Öz dilimizdə 5-10 dəqiqəlik söhbətdən sonra, təşkilatçıların nümayəndəsi məni tədbirin təşkil olunacağı və qalacağım mehmanxanaya yola saldı.

AIPS konqresi qaydalarına əsasən, tədbirin ilk günü əvvəlcə, AIPS komissiyalarının və qitə qurumlarının öz iclasları keçirilir. AIPS Avropa iclası zamanı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov təşkilatın baş katibi Çarlz Kamenzuliyə "Sportsmen" jurnalının təsis etdiyi "Zəfər" yüksək idman nailiyyətləri mükafatının xüsusi nominasiyasını təqdim etdi.

Konqresin açılış mərasimində Qətər dövlətinin baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl-Tani və ölkənin bir sıra nazirləri iştirak edirdilər. Qətər Olimpiya Komitəsinin baş katibi Tani Əl-Kuvari çıxış edərək qonaqları salamladı və ölkəsinin idmanla bağlı gələcək planlarından danışdı. Bildirdi ki, qarşıdakı illərdə Qətər dünya müqyaslı də mühüm idman tədbirlərinə ev sahibliyi edəcək.

Açılış mərasiminin gözlənilməz qonağı isə, Macarıstan sərhəddində macar jurnalistin badalaq vurmasından sonra bütün dünyanın diqqətini cəlb etmiş suriyalı qaçqın Üsəma Əbdül Möhsün və azyaşlı oğlu Zayd idi. Xatırladaq ki, konqresə fəxri qonaq qismində dəvət olunmuş suriyalı qaçqın hazırda İspaniyanın "Xetafe" futbol klubunda məşqçi kimi çalışır. Balaca Zeyd isə məhz həmin kadrlardan sonra Madrid "Real" ulduzlarını canlı görmək arzusunu reallaşdırıb.

Qətər Yaxın Şərqdə dövlət səviyyəsində, ölkə miqyasında keçirilən bayramlar arasında Milli İdman Gününü qeyd edən ilk dövlətdir. Hər il fevralın 9-u Qətərdə idman günü kimi qeyd olunur. Konqres iştirakçıları həmin gün bu ölkənin bəzi idman mərkəzləri ilə tanış oldular. Ertəsi gün isə, futbol üzrə dünya çempionatının keçiriləcəyi stadionların tikinti meydanlarına baxış təşkil olundu. Qeyd edək ki, 2019-cu ildə atletika, 2022-ci ildə futbol üzrə dünya çempionatlarını təşkil edəcək Qətər 2028-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün də mübarizə aparacaq.

Fevralın 7-dən 10-dək davam edən konqresdə dünya idmanı və beynəlxalq idman mediası barədə məsələlər müzakirə olundu, təqdimatlar və məruzələr dinlənildi. Beynəlxalq futbol qurumu FİFA-nın kommunikasiyalar və ictimaiyyətlə əlaqələr direktoru vəzifəsini icra edən Nikolas Meynqot öz çıxışında təşkilatın işində nəzərdə tutulan şəffaflıq və yeniliklərdən danışdı. Konqres zamanı Beynəlxalq gimnastika federasiyasının prezidenti Bruno Qrandi, eləcə də, dünya tələbə idmanı federasiyasının, dünya atletika, sambo federasiyalarının rəhbər şəxsləri çıxış etdilər. Həmçinin, Bakıda keçirilən Birinci Avropa Oyunları zamanı AIPS-in gənc reportyorlar proqramının uğurlu təşkili barədə məlumat verildi.

AIPS 79-cu konqresi sonuncu gün deklarasiya qəbul etdi. Bu sənəddə dünya idmanında korrupsiyaya, rüşvətə qarşı mübarizə və ədalətli oyun qaydaları öz əksini tapdı. Qeyd olundu ki, öz etik dəyərləri ilə mədəni, iqtisadi və sosial sahələrin inkişafına töhfə verən idmanda danışılmış oyunlar, korrupsiya və rüşvətə yol verilməməlidir. Bu hallarla mübarizədə idman jurnalistləri həmişə qətiyyətli olacaqlar.

80-ci konqresin gələn ilin may ayında Koreyada təşkilinə qərar verildi. 2018-ci il baş məclisinə isə Türkiyənin namizədliyi irəli sürüldü. Kosovo və Şri Lanka yeni üzv qəbul edildilər, Ruandanın isə təşkilata üzvlüyü bərpa olundu.

Qabil MEHDİYEV


Xəbər 3580 dəfə oxundu



 
Müəllifin son yazıları

20.04.2017 Mənim “İdman” sevgim
03.02.2015 Ermənilər Uruqvayı da biabır etməyi bacardılar
19.02.2014 Baku - The capital of AIPS’s 77th congress and 90th anniversary
13.08.2012 10 olimpiya medalı: “İdman ili”nə əsl hədiyyə
15.05.2012 İdman iliniz mübarək!
06.12.2011 Paris Disneylendinin “ağır günlər”i
15.06.2011 Jurnalistin qeyd dəftərçəsi bağlandı…


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru