Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Toğrul Əsgərov: “Həmişə demişəm ki, güləşçi olmasaydım, mütləq futbolçu olacaqdım”
Tarix: 24.11.2015 | Saat: 07:25:00 | E-mail | Çapa göndər
Olimpiya çempionu Toğrul Əsgərovun “Kəpəz” azarkeşi olması heç kimə sirr deyil. Güləşçi doğma şəhərinin komandasına könül verənlərdəndir. Bu səbəbdən Bakı-2015-in qalibini tez-tez “sarı-göylər”in oyununda tribunada görmək olar. Əsgərov Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”la səfər matçında da VİP lojada yerini tutmuşdu. Oyuna həvəslə baxan Əsgərov görüşdən sonra Gəncə klubunun saytının suallarını cavablandırıb.

– Bu gün doğma komandamızı belə görüb çox sevinirəm. “Kəpəz”in yenidən Premyer Liqaya qayıtması bütün azarkeşlər kimi, mənim də hədsiz sevincimə səbəb olub. Komandamız əvvəlki əzəmətini geri qaytarmaq üçün can atır. Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevin rəhbərliyi altında “Kəpəz” üçün böyük işlər görülür. Buna görə Elmir müəllimə bir azarkeş kimi təşəkkürümü bildirirəm. Bir gəncəli, “Kəpəz” azarkeşi olaraq sevimli klubumuzu daim zirvələrdə görmək istəyirəm. İnşallah, komandamız ümidlərimizi doğruldub, avrokuboklarda mübarizə aparmaq şansı qazanar.

– Toğrul, “Kəpəz”in birinci diviziondakı oyunlarında da səni görürdük. İndi isə Premyer Liqa matçlarını izləyirsən. Hisslərin fərqlidir?
– Təbii ki, Gəncə klubunun yüksək liqaya çıxması və burada mübarizə aparması hamımızı sevindirir. Aşağı liqada oynayanda gözləyirdik ki, komandamız elitaya vəsiqə qazansın. İndi arzularımız həyata keçib. Bu gün “Kəpəz”in qələbələrinin şahidiyik. Arzu edirik ki, uğurlarımız davamlı olsun. Görünür ki, komandanın perspektivi var. Baş məşqçi Şahin Diniyev döyüşkən, əzmkar komanda yaradıb. Futbolun inkişafı naminə canla-başla işlər görülür. Hamı uğur qazanmaq üçün birlikdə çalışır. Futbolçular da sağ olsunlar, azarkeşləri sevindirmək üçün oynayırlar. Hamısına minnətdaram. Elə “Kəpəz”i çılğın dəstəkləyən fanatlara da təşəkkür edirəm. İsti-soyuq demədən oyunlara gəlirlər. Bu, futbolun, “Kəpəz”in Gəncədə necə sevilməsinin təzahüdür.

– Bundan sonra yəqin ki, “Kəpəz”in oyunlarında səni daha tez-tez görəcəyik.
– Ağır və sıx məşq proqramları, yarışlar heç də həmişə oyunlara baxmaq imkanı yaratmır. Mən də idmançıyam, boş vaxtlarım az olur. İmkan olan kimi “Kəpəz”in iştirakı ilə keçirilən bütün görüşlərə gələcəyəm. İstər Bakıda, istərsə də Gəncədə olsun.

– Gəncəli uşaqların əsas arzusu “Kəpəz”də oynamaq olub…
– Elə mənim də. Həmişə demişəm ki, güləşçi olmasaydım, mütləq futbolçu olacaqdım. Çünki futbolu çox sevirəm.

– Necə düşünürsən, güləşdə olduğu kimi futbolda da uğurlar qazanıb, tanınmış oyunçu ola bilərdin?
– (gülür) Hər şey qismətdən asılıdır, bilmək olmaz. Kimin taleyinə nə yazılıbsa, o da olacaq. Yəqin ki, mənim taleyimə güləşmək yazılıb, yolum budur. Əgər futbolçu olsaydım belə düşünürəm ki, tanınmış ola bilərdim. Güləşdə canımı qoyduğum, xarakter göstərdiyim kimi futbolda da eyni şeyləri edərdim.

– Təkcə futbola baxmaqla yox, oynamaqla da aran yaxşıdır.
– Düzdür, hər həftə yığışıb uşaqlarla futbol oynayırıq. Bakıda və ya Gəncədə olmağımdan asılı olmayaraq tez-tez futbol oynamağı sevirəm. İmkan tapan kimi uşaqlara qoşulub oynayıram. İnanın ki, dayanmadan 3-4 saat oynaya bilərəm. Güləş üzrə yığma komandamızda hamı necə oynadığımı yaxşı bilir. Futbolun adı gələn kimi birinci mənim adımı çəkirlər, oynamağa çağırırlar. Yəqin ki, oynamağı bacarıram ki, dəvət edirlər.

– Sən həm də ölkəmizin dövlət nümayəndələrindən ibarət futbol komandasının üzvüsən.
– Bəli, bir dəfə Azərbaycan və Rusiya dövlət nümayəndələri arasında keçirilən yoldaşlıq matçında mən də iştirak etmişəm. Gələn il isə belə qarşılaşma Rusiyada keçiriləcək.
Xəbər 651 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
14.02.2024 Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında ikinci yeri tutub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru