Qadın həndbolçularımızın İran Super Liqasında çıxış etdikləri «Samenalhojaj» klubu, bu gün növbəti qələbəsini qazanıb. İdman.com.az saytı xəbər verir ki, X turda Səbzivar şəhərinin təmsilçisi səfərdə «Kerman-Zeytun» komandasının qonağı olub.
Gərgin mübarizədə «Samenalhojaj» rəqibinə 26:18 hesabı ilə qalib gəlib. Həmişəki kimi, bütün oyunu çiyinlərində daşıyan əl topu ustalarımız, bu matçda da əsas söz sahibəsi olublar. Milli komandamızın həndbolçusu Səbinə Babayeva əməkdaşımıza bildirib ki, o, digər 2 həmyerlisi - Sultanə Tağıyeva və Valentina Kulikova birgə 15 top vurub.
Qeyd edək ki, 10 qarşılaşmadan maksimum xal toplayan «Samenalhojaj» 20 xalla Super Liqanın şəriksiz lideridir.
KAMRAN
|