Avropada Çempionlar Liqası və Avropa Liqasından savayı, daha bir turnir keçirilə bilər.
Belə ideyanı Avropa Klublar Assosiasiyası (ECA) irəli sürüb. Bu barədə məlumatı ESA-nın direktoru Mixael Bersxueren verib. O, bildirib ki, yeni yaradılacaq turnirdə ÇL-i və Avroliqanı erkən mərhələdə tərk edən klublar iştirak edə bilərlər:
"Bir neçə mümkün variantlar var. Ancaq hələ ki, bu, ideyadı. İki il ərzində bunu müzakirə etməli, sonra yekun qərar verməliyik. Bu turnirin büdcəsini 2019-cu ildən tez formalaşdırmaq mümkün deyil".
UEFA 1995-2008-ci illərdə İntertoto kubokunu təşkil edirdi.
|