Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qara geyimdə olan əfsanəvi şəxsiyyət
Tarix: 29.01.2015 | Saat: 22:13:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

O gün mən daha rastlaşmayacağım müəllimi itirdimsə, Azərbaycan futbolu şöhrətindən məhrum oldu

Deyirlər, adını eşit... Bilmirəm, atalarımız bəlkə də haqlıdırlar. Elə qəhrəmanlar var ki, onlar haqqında eşitmək daha yaxşıdır. Bəlkə də keçmişlərdə qəhrəmanları, onların obrazını şişirtmək xəstəliyinə görə belə ibarələr yaranıb. Belələri indi də az deyil, idman qəhrəmanlarımız bəlkə də onların başında gəlirlər. Banişevski, Əzimzadə, Ponomaryov, Rıskal, Şabanova, Şubina, Savkina kimi nəhənglərimizlə Sovet dövründəki görüşlərimin erkən xatirələri, müstəqillik illərinin ilk idman qəhrəmanları Zemfira Meftahəddinova, Namiq Abdullayev və Fərid Mansurov kimi qəhrəmanlarla, onlar bu zirvələri fəth etməzdən əvvəl və sonrakı görüşlərimi xatırlayıram. Bu qəhrəmanlarımızla həmişə elə insan kimi də fəxr etmişəm. Əmin olmuşam ki, əsl qəhrəmanları insan kimi qəbul edəndə, onlarla üzləşmək asan olur, sonradan böyük zövqlə, tarixin bir parçası ilə ünsiyyətdə olduğun üçün onları xatırlamaq əsl fəxr, qürur hadisəsinə çevrilir.

Onların sırasında bir unudulmayacaq, dünya futbol tarixində əbədi yer alacaq ad da var. Tofiq Bəhramov.

Onunla ilk dəfə üz-üzə gələndə, «Neftçi»nin adi futbol məşqini izləmək üçün indiki olimpiya komandalarının təlim-məşq bazasına o vaxt, sadəcə, «Neftçi-baza» adlandırdığımız dövrün möcüzəli idman ocağında idim. «Tofiq Bəhramov gəlir» sözünün cazibəsinin həyəcanını duymağa macal tapmadan, gülər üzünün cizgisinə çevrilmiş məsum baxışları, pərvazlanmış sadəliyi gördüm. Elə bil yalnız efirdən gördüyüm, daim mübahisələrimizin təməlində olan bu kişini çoxdan tanıyırdım. Yanımıza çatanda, «Salam, uşaqlar» ifadəsi isə həyəcanı elə doğuşunda yox etdi.
Onu belə tez-tez görərdik. Hətta həmişə «Tofiq müəllim» müraciətini eşidən kimi, ayaq saxlayıb, əvvəlcədən nədən danışacağımızı hiss etsə də, özünü o yerə qoymayıb, heç nədən xəbəri yoxmuş kimi, «Buyurun» deyərək, maraqla və şirinliklə suallarımıza qulaq asardı. Onunla sanki doğmalaşmışdıq deyə, bəlkə də istədiyimiz tərzdə sual verirdik. Əlbəttə, suallar «Neftçi»nin oyunlarından sonra hakimlərin verdiyi qərarlardan olurdu. Həmişə də səbrlə dinləyib, ətraflı cavab verərdi. Danışığında məzə də var idi, sadəlik də, şirinlik də, həmişə də yekunu bu olardı: «Böyüyəndə biləcəksiniz. Həyatda hər şey olur, amma heç nədən qorxmaq, çəkinmək lazım olmaz».

Həmişə də belə olmuşdu. Hərdən düşünürdüm: belə bir adam necə hakim olub, karyerası boyunca qırmızı vərəqə göstərməyib, möhtəşəm oyunları ona həvalə ediblər. Amma kitabları, hərdən, bəzən də öz dilindən eşitdiyim əhvalatlar hər şeyi aydın edirdi. Təsəvvür edirsinizmi: ilk baxışdan iradəli görünməyən tarixin bu ən böyük hakimlərindən biri futbolçu ikən hakimlərlə mübahisə etməkdən çəkinməzmiş. Bəlkə onun iradəsinin göstəricisi elə bu ola bilər. Bəlkə elə taleyin qəribə zarafatı idi ki, sonradan o özü də hakim oldu.

Onun institutda işlədiyini ta ali məktəbə daxil olana qədər bilmirdim. Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda idman dərslərinin bölgüsü üçün kafedranın qapalı arenasında keçirilən mərasimə gecikmişdim. Kafedranın qapısı ağzında köhnə tanışlardan biri ilə qarşılaşdım, «keç içəri, Tofiq müəllimə özünü tanıt səni də futbola yazsın» dedi. Amma qapını açan kimi, onun heç vaxt dəyişməyən simasını – şəkilləri də bəzəyən o məşhur çöhrəsini görən kimi, soruşacağımı da unutdum. Bir- iki kəlmə kəsib otaqdan çıxdım. Ancaq onun rəhbərlik etdiyi kafedranın tələbəsi olmaq idmana heç bir dəxli olmaan tələbəlik illərimin ən xoş xatirələri sırasında oldu. Çünki məşğul olduğum tennis qrupu elə onun qapısının qarşısında məşq edirdi. Beləcə, Tofiq müəllimin hətta tanıdığımdan da xoşrəftar, gülərüz, mülayim xasiyyətini ilyarım boyunca əyani müşahidə etdim.

Bununla belə, kiminsə bundan sui-istifadə etmədiyinin şahidi oldum. Çünki onun sadəliyi, adiliyi ilə yanaşı, davranışında, duruşunda, illərin sınağının əyməyə cəhd etdiyini hiss etdirən qədd-qamətində bir əzəmətlə yanaşı, alicənablıq da var idi.
Amma uşaqlığı, gəncliyi asan keçməmişdi. 1925-ci ildə o vaxt Ağdamın indi indi isə Ağcabədinin ərazi vahidi olan kənddə dünyaya gələn Tofiq Bəhramovun futbol oynayarkən cırılan yeganə ayaqqabısını yamatdırıb anasından - Şuşanın zadəgan əsilli ailəsində dünyaya gəlmiş Səriyə xanımdan gizlətməyə çalışdığı uşaqlıq illərinin (atası Bəhramı Sovet hökuməti gülləmişdi) ağır xatirələri var. 1940-cı ildə ilk addımlarını atdığı “Spartak”ın gənclərdən ibarət komandasından "Neftyannik"ə dəvət alsa da, aldığı zədə və cərrahiyyə əməliyyatından sonra yarımçıq qalan arzuları da olub. Amma çox keçmədi tarixdə heç bir hakimin qazanmayacağı məhəbbəti qazandı.

90-cı illərdə onunla AFFA-nın binasında da bir neçə söhbətimi xatırlayıram. Tofiq müəllim AFFA-da hakimlərlə işləyirdi, baş katib də oldu. Bəlkə o vaxt qəzetçilik sahəsində çalışmadığımdan və söhbətlərimizin mövzusu yalnız Azərbaycan futbolunun gələcəyi ilə bağlı olduğundan səmimi keçərdi. Amma məncə o həmişə səmimi olmuşdu və eşitdiklərimi hər yerdə eşidə bilərdim.

Onun özünün müəllifi olduğu kitabları da var idi. Ancaq deyəcək sözü də çox idi – bunu o azsaylı söhbətlərimizdən də dəqiq bilirdim. O çox şeyi gerçəyə çevirmək istəyirdi.

Onun hakimliklə bağlı planları da var idi. Hə, 1966-nın o möhtəşəm finalını xatırlayacaqsınız. Amma bu oyun onun karyerasının zirvəsi deyildi. O, həmin 1966-cı il iyulun 15-də məşhur «Hillsboro»da keçirilən İspaniya – İsveçrə matçının 31-ci dəqiqəsində isveçrəlilərin vurduğu qolu hesaba almaqla diqqəti çəkmişdi (oyunun hesabı 2:1 ispanların xeyrinə). O, 1951-ci ildən SSRİ çempionatının oyunlarını idarə etmişdi. O, 1964-cü ildən 1966-cı ilin finalına qədər cəmi iki oyunda baş hakim, 6 oyunda yan xətt hakimi olmuşdu. O, həmin vaxt SSRİ-nin beynəlxalq yarışları idarə edən ilk hakimi idi. O, 1966-nın məşhur finalından sonra Böyük Britaniya kraliçasının əlindən "Qızıl fit"lə yanaşı, "Qızıl ilahə"nin surətini alan ilk və yeganə hakimdir. O, 1968-ci il aprelin 24-də «Mançester Yunayted»in Madrid «Real»ı ilə Avropa Çempionlar kubokunun yarımfinal oyununun baş hakimi olmuşdu. O, 1970-ci il dünya kubokunun final mərhələsində də hakimlik edərək, əfsanəvi Cənubi Amerika dueli – Braziliya ilə Uruqvayın yarımfinal oyununu idarə etmişdi. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş 2-ci, Avropa kubokunun final oyununu idarə edən ilk Sovet hakimi idi. O, keçmiş SSRİ-nin Avropa kubok turnirlərinin finalında hakimlik etmiş ilk referisidir (1972-ci ildə UEFA Kubokunda «Vulverhempton» - «Tottenhem», ilk final oyunu). O, 1972-ci ildə "Ayaks" (Niderland) ilə "İntependyente" (Argentina) arasında qitələrarası kubokun finalını idarə edib. Bu illər ərzində o, məharətli idarəetməsi sayəsində oyunun ipini əlindən vermədiyini oyunların heç birində qırmızı vərəqə göstərməməsi ilə də xatırlana bilər. Bunları bəlkə də çoxları bilmir. Çünki 1966 finalının kölgəsində qalan bu böyük və zəngin təcrübə onun «Hakim mərkəzi göstərir» kitabının da özülündə dayanır. Onun çoxsaylı, bəzən məzəli əhvalata, bəzən nisgilli xatirəyə çevrilən xatirələri böyük hakimlik məktəbinin təməl daşları idi. O bunları da həqiqət edəcəkdi. Axı, Eldar Əzimzadə kimi daha bir böyük hakimimiz də var idi.
Lakin ona mane olan səbəblər, sədlər də var idi. Bunları da bilirdim. Artıq müstəqilliyini almış ölkənin bu xəyallarının təməlində quruculuq dayanmalı idisə, fərqli düşünənlər də var idi. Hərçənd Tofiq müəllim bunları müvəqqəti adlandırırdı və tezliklə dəf ediləcəyinə inanırdı.

Amansız ölüm. 1993-cü il martın 26-sı, indiki kimi dəqiq xatırladığım cümə günü, bu xəbəri mənə deyənə, «çaşma» deyə acıqlandığım gün mən, bəlkə də daha institutda daha rastlaşmayacağım bir müəllimi, stadionda, küçədə, AFFA-nın binasında, yığmanın məşqində üz-üzə gəlib fəxrlə salam verə bilməyəcəyim bir xoşxasiyyət insanı itirdimsə, Azərbaycanın hələ yenicə addımlamağa başlayan müstəqil futbolu (sonrakı tarixinin də göstərdiyi kimi) doğuluşunda ən böyük zərbələrdən birini aldı.

Əlbəttə, bu gün onun haqqında fərqli şeylər də yaza bilərdim. Axı, bəşəriyyət tarixində onun qədər məşhurlaşan ikinci hakim yoxdur. Bəli, 1966-cı il iyulun 30-da 97 min tamaşaçının gözü önündə keçirilmiş Dünya kubokunun o məlum finalı – İngiltərə – Almaniya matçının yan xətt hakimi olmuş Tofiq Bəhramovun matçın əlavə vaxtının 11-ci dəqiqəsində verdiyi qərar bundan sonra da unudulmayacaq və mübahisə mövzusu olacaq. Həmin epizod bundan sonra da ən çox izlənilən futbol epizodu olaraq qalacaq. Faktın birin də deyim: 2007-ci ildə ingilislərin keçirdiyi sorğuda məlum olmuşdu ki, Şaron Stounun «Əsas instinkt» filmindəki məşhur kadrdan sonra ən çox izlənilən stop-kadrdır.

Hər şey bir kənara onun futbol aləmində böyük təcrübəsi, nüfuzu var idi. Bilirdim ki, o, bu təcrübəsini bölüşmək, futbola xidmət göstərmək istəyirdi.

Söz yox ki, özünü həqiqətpərəst kimi göstərib etiraz səsini ucaltmaq səfehliyinə qədər «yüksəlmək» istəyənləri çıxsaq, İngiltərədə də onu sayır və tanıyırlar. Tanınmış ingilis yazıçısı Artur Hopkraftın «Futbol adamı» kitabında yazdığı sözlərlə ifadə etsək: «Əgər azərbaycanlılar üçün Tofiq Bəhramov dünya çempionatının final oyununu idarə etmiş yeganə hakimdirsə, ingilslər üçün o, Mətt Basbi, Alf Remzi, Bobbi mur və Bobbi Çarlton kimi bir cərgədə dayanan futbol rəmzlərindən biridir. 5 il əvvəl - 85 illik yubileyi ərəfəsində İngiltərədə üzərində "Qara geyimdə olan əfsanəvi şəxsiyyəti unutmayacağıq" sözləri yazılan köynəklər satışa çıxarılmışdı. London futbol muzeyində isə onun bürünc heykəlciyi qoyulub. 1992-ci ildə Azərbaycana rəsmi səfər edən İngiltərənin baş naziri Marqaret Tetçer Tofiq Bəhramovla şəxsən görüşmək arzusun dilə gətirib və 1966-cı ildə heç nədən və heç kimdən çəkinmədən verdiyi cəsarətli qərara görə ona təşəkkürünü çatdırıb. O, «Bəhramovla görüşmədən Bakını tərk etsəydim, bu səfərim natamam olardı» deyə o, hakimimizin bizim də unutmamalı olduğumuz qiymətini verib.

«İdman» qəzetinin baş redaktoru olmuş Aqşin Kazımzadənin «Mən fəxr edirəm ki, onun həmvətəniyəm» ifadəsini işlətməkdən isə heç kim çəkinməsin.

Yanvarın 29-u Tofiq müəllimin 90 yaşı tamam olur və illər keçsə də, onun adı ildən-ilə çəkilməsi adət halını alacaq. Çünki qəribə təsadüflə məhz dünya kubokunda, məhz İngiltərə ilə Almaniyanın oyununda ingilislərin hətta gözü zəif görənlərin belə qaçırmadığı qolu hesaba almayan Larriondaların da nümunəsi hələ çox olacaq.
O, təkcə qalmaqallı matçın deyil, böyük oyunların da hakimi kimi yaddaşlarda qalmağa, yazdığı kitablar, qoyduğu iz və irslə, məktəblə, sadəcə, xalqının deyil, dünya futbolunun tarixində yaşamağa layiqdir. O, haqqında çəkilmiş «Hakim mərkəzi göstərir» filmindən də çox böyük xatiratlara layiqdir. Amma bütün dünyaya örnək ola biləcək ən böyük nümunəni azərbaycan xalqı dünyaya nümayiş etdirib: bu gün dünyada bir hakimin adını daşıyan yeganə arena, özü də uzun illər ölkənin ən böyük arenası olmuş stadion bir hakimin adını daşıyır və elə həmin yeganə arenada 2004-cü il oktyabrın 14-dən dünyada ilk dəfə hakimə ucaldılmış abidə də var və bu abidə FİFA prezidenti Yozef Blatteri də bir etirafa məcbur edib: “Bakıda olmağıma və böyük idmançının heykəlinin açılışında iştirak etməyimə çox şadam. Hələ indiyə qədər heç bir yerdə hər hansı bir hakimin adını daşıyan stadionun açılışında iştirak etməmişəm”.

Xəbər 1762 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru