Mançester Yunaytedin baş məşqçisi Lui Van Qaal qış transfer pəncərəsi zamanı müdafiəçi almayacaqlarını bildirib. Halbuki hazırda komandanın bir neçə müdafiəçisi zədəlidir.
«Zədələr olduqda bunun bir çıxış yolu var. O da onların sağalmalarını gözləməkdir.Müdafiəçi almağa ehtiyac yoxdur. Bu ampluada çoxlu futbolçularımız var», — deyə Van Qaal ESPN-ə bildirib.
Qeyd edək ki, Sautgemptonla son oyunda (2:1) Mançester Yunaytedin müdafiəçiləri Smollinq və Makneyr zədələniblər. Həmçinin , Lyuk Şou , Fil Cons , Bleket , Deyni Blind və Rafael zədəlidirlər.
|