Qadın voleybolçulardan ibarət “Bakı” klubu dünən “Çelenc Cup” turnirində növbəti görüşünə çıxıb. İdman.com.az saytının məlumatına görə, paytaxt komandası II təsnifat mərhələsinin cavab matçında Fransada “Evre”nin qonağı olub. Evdə 3:1 hesabı ilə məğlub etdiyimiz rəqiblə duelin heç də asan keçəcəyi gözlənilməsə də, bu belə olmayıb. Səfərə növbəti mərhələyə yüksəlmək arzusu ilə yollanan “Bakı” istəyinə rahat şəkildə çatıb – 3:0.
“Çelenc Cup”, II təsnifat mərhələsi
Cavab matçı
7 dekabr
23:00. “Evre” (Fransa) - “Bakı” (Azərbaycan) - 0:3 (16:25, 15:25, 20:25)
Hakimlər: Mariya Ute Fisçer (Almaniya), Rikardo Marques Ferreyra (Portuqaliya).
|