İtaliya A Seriyasında 31-ci turun oyunları davam edir.
İkinci oyun günündə daha altı qarşılaşma baş tutub.
Günün ən maraqla gözlənilən qarşılaşmasında lider "Yuventus" səfərdə "Napoli"nin qonağı olub. Oyun meydan sahiblərinin 2:0 üstünlüyü ilə başa çatıb. Bu, cari mövsümdə Turin təmsilçinin ikinci məğlubiyyətidir.
Qeyd edək ki, A seriyada 31-ci tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.
30 mart
İtaliya A Seriyası, 31-ci tur
"Sassuolo" - "Roma" - 0:2
Qollar: Destro, 16 (0:1), Bastro, 90 (0:2)
"Verona" - "Genua" - 3:0
Qollar: Donadel, 35 (1:0), Toni, 88 (2:0), 90 (3:0)
"Torino" - "Kalyari" - 2:1
Qollar: Kaddori, 45 (1:0), Sersi, 71 (2:0), Nene, 78 (2:1)
"Sampdoriya" - "Fiorentina" - 0:0
"Latsio" - "Parma" - 3:2
Qollar: Luliç, 16 (1:0), Biabiani, 26 (1:1), Kloze, 67 (2:1), Çiani, 81 (2:2), Kandreva, 90 (3:2)
"Napoli" - "Yuventus" - 2:0
Qollar: Kaleaxon, 37 (1:0), Mertenz, 81 (2:0)
29 mart
"Bolonya" - "Atalanta" - 0:2
Qollar: De Luka, 22 (0:1), Estigarribia, 26 (0:2)
"Milan" - "Kyevo" - 3:0
Qollar: Balotelli, 4 (1:0), Kaka, 27 (2:0), 54 (3:0)
31 mart
"Udineze" - "Katanya"
"Livorno" - "İnter"
|