Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu ötən gün Fransa ikinci liqasında növbəti matçına çıxıb.
"Baku-2015" formalı komanda 20-ci turda öz meydanında "Dijon"la qarşılaşıb.
Fasiləyə 1:2 hesabı ilə məğlub yollanan "Lans" ikinci hissədə bərabərlik qolunu vurmağa müvəffəq olub. Lakin meydan sahibləri qələbə topunu vurmağa nail ola bilməyiblər - 2:2.
18 yanvar
Fransa ikinci liqası, 19-cu tur
"Lans" - "Dijon" - 2:2
Qollar: Kastien, 3 (0:1), Tavares, 6 (0:2), Çavarriya, 25 (1:2), Touzqar, 83 (2:2)
|