Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
23/01 | 22:33 Futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar təşkil olunub
23/01 | 21:11 İddiaçılar turnirində Teymur Rəcəbovun məsləhətçisi Sergey Karyakin olacaq
23/01 | 19:48 Qrossmeyster Teymur Rəcəbov Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini ilə görüşüb
23/01 | 18:20 Qılıncoynadanımız Qətərdə Qran-Pri yarışında iştirak edəcək
23/01 | 17:38 Azərbaycanlı hakim “Allianz”-“Mladost Ribola” oyununu idarə edəcək
23/01 | 16:45 Yeniyetmələr arasında 2020-ci ilin Qış Olimpiya Oyunları bağlı elan edilib
23/01 | 15:41 “Land of Fire” komandası İsveçrədə qar polosu üzrə dünya kuboku turnirində iştirak edəcək
23/01 | 15:22 “Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23/01 | 15:10 Qadın həndbolçular arasında Azərbaycan kuboku yarışları davam edir
23/01 | 15:00 “Nizami e-Sports Arena”da futbol üzrə PES2020 yarışları təşkil olunacaq
23/01 | 14:12 Muay-tay üzrə XII Azərbaycan çempionatı keçiriləcək
23/01 | 13:04 Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkü atılıb
23/01 | 12:30 Şahmatçılarımız “Masters” turnirinin üçüncü turunda mübarizə aparacaqlar
23/01 | 11:16 Təl-Əviv Qran-Prisində Azərbaycanın doqquz cüdoçusu mübarizəyə başlayır
23/01 | 10:40 “Qarabağ” klubu Antalyada Qazaxıstanın “Jetisu” komandasını məğlub edib
23/01 | 10:16 Muxtar respublikanın Yüngül Atletika Federasiyasının idmançıları müxtəlif səviyyəli yarışlarda 10 medal qazanıblar
23/01 | 10:01 Şahmatçılarımızdan “Masters” turnirində iki qələbə, bir məğlubiyyət
23/01 | 09:58 Lisenziya xarakterli boks yarışları Nankində keçiriləcək
23/01 | 09:52 Veyk-an Zeedə şahmatçılarımız “sülh”ə razılaşıblar
22/01 | 22:59 Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
22/01 | 21:45 Beynəlxalq Olimpiya Komitəsi: İqlim dəyişikliyi idmançılar üçün təhlükə yaradır
22/01 | 20:11 Təl-Əviv Qran-Prisində mübarizə aparacaq cüdoçularımızın ilk rəqibləri bəlli olub
22/01 | 19:41 Sambo üzrə açıq paytaxt birinciliyinin qalibləri müəyyənləşib
22/01 | 19:18 “Qəbələ”-“Etar” oyununda hesab açılmayıb
22/01 | 19:02 Azərbaycanın U-19 komandası “Alanyaspor”u məğlub edib
22/01 | 18:42 “Azərreyl” komandası Azərbaycan Yüksək Liqasında ilk qələbəsini qazanıb
22/01 | 18:03 İsveçrədə futbol üzrə FIFA e-klub dünya çempionatının qrup mərhələsinin püşkü atılıb
22/01 | 17:57 Atletika üzrə Azərbaycan çempionatında 100-ə yaxın idmançı iştirak edəcək
22/01 | 17:24 “Səbail” klubu iranlı futbolçunu heyətinə qatıb
22/01 | 16:50 Karate üzrə 11-ci beynəlxalq “Baku Open” turniri keçiriləcək
22/01 | 16:10 “Qəbələ”nin Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib
22/01 | 15:57 “Neftçi” klubu ispaniyalı mütəxəssislə müqavilə imzalayıb
22/01 | 15:16 Azərbaycanın üç komandası Antalyada növbəti yoxlama oyunları keçirəcəklər
22/01 | 14:55 Cüdoçularımız Təl-Əvivdə Qran-Pri turnirində güclərini sınayacaqlar
22/01 | 14:18 “Qarabağ”ın futbolçusu U-19 millimizə dəvət olunub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Neftçi 14 7 4 3 22-11 25
3 Keşlə 14 6 5 3 18-12 23
4 Sumqayıt 14 5 3 6 18-20 18
5 Zirə 14 4 5 5 18-22 17
6 Sabah 14 3 4 7 14-18 13
7 Qəbələ 14 3 4 7 14-24 13
8 Səbail 14 3 3 8 10-24 12
“London Olimpiadasında daha çox idmançı ilə təmsil olunacağıq”
Tarix: 17.05.2011 | Saat: 00:34:00 | E-mail | Çapa göndər
London Yay Olimpiya Oyunlarının başlanmasına 1 il 3 ay vaxt qalıb. Milli komandalarımız artıq xeyli müddətdir bu mötəbər yarışın hazırlığına start veriblər. Həmişə olduğu kimi, yenə hədəf böyükdür: əvvəlki "dördilliklər"lə müqayisədə, daha geniş tərkibli idmançı ilə təmsil olunmaq, medal sayını və əyarını artırmaq.
Vaxtaşırı təşkil edilən təlim-məşq toplanışları, idmançıların ustalıqlarının artırılması, eləcə də beynəlxalq arenalarda qazanılan böyük qələbələr onu deməyə əsas verir ki, "Dumanlı Albion"a daha iddialı yollanacağıq. Elə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də belə düşünür. Bizimlə söhbətdə o, indiki vəziyyətə öz nöqteyi-nəzəri ilə qiymət verib:
- London olimpiadasında qarşıya daha yaxşı çıxış etmək məqsədi qoyulub. Sizcə, bunu gerçəkləşdirmək mümkün olacaqmı?
- Azərbaycan idmanı günü-gündən inkişaf edir: kütləvilik artır, maddi-texniki baza yaxşılaşdırılır, paytaxtımız beynəlxalq yarışların keçirilmə mərkəzinə çevrilib. Belə olan halda, niyə də tərəqqi olmasın? Məqsədyönlü addımlar onu ehtimal etməyə əsas verir ki, London oyunlarında daha uğurla mübarizə aparacağıq.
- İndiki vəziyyətə görə, lisenziya qazanılması davamiyyətini necə dəyərləndirirsiniz?
- Əsas lisenziya yarışları bu ilin mayından başlanıb. Artıq bəzi növlərdə idmançılar vəsiqə uğrunda mübarizəyə qoşulublar. Stend və güllə atıcılarımız, cüdoçularımız xal ehtiyatlarını artırdırmağa çalışırlar. Təbii ki, indidən proqnoz vermək çətindir. Bununla belə, gerçək vəziyyət budur ki, cüdoda bəzi çəkilərdə indidən kifayət qədər xal yığılıb və bu, London olimpiadasında iştirak etməyə imkan verir. Boksçuların, güləşçilərin və bədii gimnastların əsas yarışları hələ qabaqdadır. Fikrimcə, olimpiya heyətinin tən yarısını son adlarını çəkdiyim idman növlərində çıxış edən idmançılar təşkil edəcəklər.
- Pekin olimpiadasında 44 idmançı ilə təmsil olunmuşduq. Sizcə, Londonda bu həddi təxminən nə qədər aşmaq mümkün olacaq?
- Buna tam əminəm ki, o həddi keçməyə, keçəcəyik. Cari ildə paytaxtımızda cüdo, boks və taekvondo idman növlərində olimpiadaya vəsiqə verəcək yarışlar keçiriləcək. Bu, əlavə üstünlükdür. Əgər Pekində 2 boksçu ilə təmsil olunmuşduqsa, Londonda sayın 3 dəfə artacağını düşünürəm. Təcrübəli atıcılarımız Zemfira Meftəhəddinova və İradə Aşumovadan başqa, bu növdə çıxış edən digər idmançılarımız da lisenziya qazana bilərlər. Cüdoçularımızın da sayının çox olacağına inanıram. İndiki duruma görə, ağırlıqqaldırmada vəziyyət o qədər də ürəkaçan deyil. Buna baxmayaraq, onların da vəziyyəti xeyirlərinə dəyişmələrinə zamanları var. Mənim ehtimalıma görə, London olimpiadasına 50 idmançı ilə yollanacağıq.Özü də bunu yalnız fərdi növlərə şamil edirəm. Komanda yarışında vəsiqə əldə etsək, heyət daha böyük olacaq.
- Çingiz müəllim, Londonda hansı yeni idman növlərində təmsil olunmaq ehtimalımız var?
- Zənnimcə, ənənə pozulmayacaq. London olimpiadasında boks, atletika, güləş, bədii gimnastika, ağırlıqqaldırma, üzgüçülük, atıcılıq, taekvondo, atçılıq və qılıncoynatma növlərində idmançılarımız yer alacaqlar. Bu dəfə həmin siyahıya avarçəkənlərimizi də əlavə etmək istəyirəm. Sözü gedən idman növü son zamanlar ölkədə inkişaf edib. Kanoeçilərimizin dünya və Avropa çempionatlarından Vətənə medalla dönmələri bizə Londona ümidlə baxmağa əsas verir.
- Kollektiv idman növündən söz açdınız. Sizcə, bu olimpiadada, nəhayət, top komanda növündə təmsil oluna biləcəyikmi?
- Qadın voleybolu və otüstü hokkeyin vəziyyəti yaxşıdır. Məncə, Londonda bu 2 idman növünün birində təmsil olunacağıq. Keçən olimpiadada hədəfin bir addımlığında dayandıq. Bu dəfə isə tilsimi qırmalıyıq.
Söhbətləşdi:
Kamran HACI
Xəbər 1430 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.01.2016 Azad Rəhimov: “2015-ci ildə Azərbaycan idman tarixinin ən parlaq səhifəsi yazıldı” - MÜSAHİBƏ
22.12.2015 Pərviz Bağırov: “Hər bir idmançı sona qədər “qızıl”ı düşünməlidir”
20.11.2015 “Lisenziyanı Braziliyada qızıl medalla əvəzləmək istəyirəm” - MÜSAHİBƏ
05.11.2015 İlahə Qasımova: “Uşaqlıqda paqonlu qız olmaq istəmişəm” - MÜSAHİBƏ
17.09.2012 “Qalibin kimliyini qabaqcadan nə Platini, nə də başqa kimsə bilir”
13.12.2011 Raqif Abbasov: Bu il paytaxt idmançıları üçün məhsuldar olub
01.12.2011 Murad Fərzəliyev: "Qazanılan etimadı qoruyub saxlamalıyıq”
14.10.2011 Raqif Abbasov: “Ümumilikdə götürdükdə, nəticələr qənaətbəxşdir”
14.10.2011 Əjdər Cəfərov: «Ötən aylar ərzində güləşçilərimiz böyük nailiyyətlər əldə ediblər»
25.06.2011 Dmitri Marşin: “Bu hələ başlanğıcdır”


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru