Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Murad Fərzəliyev: "Qazanılan etimadı qoruyub saxlamalıyıq”
Tarix: 01.12.2011 | Saat: 09:31:00 | E-mail | Çapa göndər

Dünyada idman ölkəsi kimi tanınan müstəqil Azərbaycanda idmanın məhz sürətlə inkişaf etməyə başladığı bir dövrdə - 2001-ci ildə ilk sayı işıq üzü görən “Olimpiya dünyası” qəzeti də zamanın tələbindən doğdu. İnsanlar kimi, qəzet və jurnalların taleləri də bir-birinə oxşamır. “Olimpiya dünyası”nın taleyinə ölkəmizdə olimpiya hərəkatının yaranmasında, inkişafında həlledici rol oynayan Milli Olimpiya Komitəsinin tələblərindən irəli gələn vəzifələri həyata keçirmək düşdü. Yarandığı gündən Azərbaycanda olimpiya ideallarının təbliğində, geniş yayılmasında başlıca rol oynayan nəşr tezliklə öz oxucu auditoriyasını qazandı. Artıq qəzetin ilk sayının işıq üzü gördüyü gündən (2001-ci il, 27 noyabr) 10 il keçir.
Qəzetin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevlə görüşüb, idman həyatımızın tarixində mühüm yer tutan və bu sahənin əsl salnaməsinə çevrilmiş mətbu orqanın fəaliyyəti haqqında söhbətləşdik.


- Murad müəllim, əvvəlcə, idmanımızın aynası olan “Olimpiya dünyası” qəzetinin təşəkkül tapması, fəaliyyətinin ilk dövrü barədə məlumat verərdiniz.

- Hər bir mətbu orqanın öz mövqeyini, dəsti-xəttini müəyyənləşdirməsi üçün 10 il kifayət qədər yetərli vaxtdır. Hesab edirəm ki, “Olimpiya dünyası” qəzeti həm idman və olimpiya hərəkatının təbliği, həm də idman mətbuatı olaraq, özünəməxsus dəsti-xəttinin formalaşması baxımından ötən bu müddətdən kifayət qədər səmərəli istifadə edib. Ölkəmizdə idmanın, olimpiya hərəkatının belə yüksək sürətlə inkişaf etməsi, ölkəmizin dünyanın aparıcı idman dövlətlərindən biri kimi tanınması, atletlərimizin olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, müxtəlif səviyyəli digər beynəlxalq yarışlarda uğurlar qazanması Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində mümkün olub. İdmanın sürətli inkişafı idman nəşrlərinin də yaranmasına və tərəqqisinə təkan verdi. Bu baxımdan “Olimpiya dünyası” qəzetinin yaranması ideyası, necə deyərlər, zamanın tələbindən doğdu. Çünki idmanın, olimpizmin təbliğini keyfiyyətcə yeni müstəviyə qaldırmaq, bu sahədə peşəkarlığı artırmaq zərurəti yaranmışdı. Milli Olimpiya Komitəsi 2001-ci ilin noyabr ayının sonunda yeni idman nəşrinin fəaliyyətə başlaması barədə qərar qəbul etdi. Beləliklə, on il öncə “Olimpiya dünyası” qəzetinin ilk sayı çapdan çıxdı.

- Yəqin ki, əsas işlərdən biri ən yaxşı idman yazarlarını bu qəzet ətrafında toplamaq, onlara lazımi istiqamət vermək idi. Maraqlıdır, bu işi necə həyata keçirdiniz?

- Şübhəsiz ki, əsas işlərdən biri idman müxbirlərini “Olimpiya dünyası” adlanan bu yeni nəşrə cəlb etmək, onların peşəkarlığını artırmaq idi. MOK tərəfindən yaradılan lazımi şəraitdən səmərəli istifadə edərək, fəaliyyətə hazır kadrları deyil, idmana, idman jurnalistikasına həvəsi, sevgisi olan müxtəlif ixtisaslı, hətta heç vaxt bu sahədə çalışmamış gəncləri, ali məktəb tələbələrini bu işə cəlb etməklə başladıq. Onlar üçün redaksiyada hər bir şərait yaradıldı, hətta şəxsi problemlərinin də həlli diqqətdən kənarda qalmadı və eyni zamanda peşə fəaliyyətləri, hazırlanan materialların keyfiyyəti ilə bağlı ciddi məsuliyyət tələb edildi. Bilməyənlər öyrənməyə, öyrənənlər isə, öz növbəsində, bilməyənlərə kömək etməyə başladılar.

- Bu gün qəzetin yetirmələri müxtəlif kütləvi informasiya vasitələrində - televiziyalarda, jurnallarda, qəzetlərdə, saytlarda fəaliyyət göstərirlər.

- Bu, əlbəttə, təqdirəlayiq haldır. Zaman keçdikcə, qəzetə cəlb olunan gənclərin sayı artmağa başladı və biz seçim qarşısında qalanda, təbii ki, əsl peşəkarlara üstünlük verdik. Bir faktı da qeyd edim ki, qəzet kollektivinin, demək olar ki, 90 faizi ilk əmək fəaliyyətinə məhz bu redaksiyada başlamış və əmək kitabçasını bu redaksiyadan almışdır. “Olimpiya dünyası” qəzeti 10 ildə idmanın və olimpiya hərəkatının təbliği ilə yanaşı, idman jurnalistlərinin yetişməsi sahəsində də məktəb rolu oynayıb. Bu sahədə fəaliyyətimizi indi də davam etdiririk və zaman göstərdi ki, bu istiqamətdə görülən işlər qəzetin keyfiyətcə yeni mərhələyə qalxmasına böyük təkan verir. 10 il ərzində əldə etdiyimiz uğurların bir səbəbəbini də bu istiqamətdəki fəaliyyətlə əlaqələndirmək olar. “Olimpiya dünyası”nın “şinelindən çıxmış”, indi bəzisi jurnalist, bəzisi isə digər ixtisas sahibi olan bu gənclər başqa sahələrdə deyil, məhz müxtəlif KİV-lərdə fəaliyyət göstərirlər və bu bizi sevindirir. Ona görə ki, çəkilən zəhmət hədər getməyib: onlar idmanın təbliği ilə məşğuldurlar. Ən əsası isə, bu sahədə ilk addımlarını atdıqları, ilk iş yerləri olmuş “Olimpiya dünyası” ilə səmimi və qarşılıqlı yaradıcılıq münasibətlərini davam etdirirlər.

- Ədalət naminə deyək ki, “Olimpiya dünyası” qəzeti olimpiya oyunları ilə yanaşı, müxtəlif səviyyəli beynəlxalq yarışlar barədə də geniş materiallar dərc edir.

- Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, 10 il ərzində qəzetin qazandığı ən böyük uğurlardan biri bu faktorla bağlıdır. Ölkəmizdə idmanın inkişafı, olimpiya hərəkatının genişlənməsi, olimpiya və qeyri-olimpiya idman növləri, beynəlxalq yarışlarla bağlı geniş və ətraflı yazılar qəzetdə ardıcıl dərc olunur və bu bizim birbaşa ümdə vəzifəmizdir.

- Artıq bir neçə ildir ki, rəngli və iri formatda çıxmaqla qəzetiniz ölkədə özünəməxsus mövqeyi olan və müasir tələblərə cavab verən bir nəşrə çevrilib. Maddi-texniki imkanlarınız Sizi qane edirmi?

- Maddi-texniki imkanlarımız kifayət qədər normaldır. Müasir dövr idman nəşrlərinin rəngarəng, zövqlü çıxmasını tələb edir. Çünki idman jurnalistikası da idmanın özü qədər dinamik olan və enerji tələb edən sahədir. Qəzetimizin iri formatda, rəngli çıxması, təbii ki, məsuliyyətimizi daha da artırır. Gözəl bir atalar məsəli var: “Adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar”. Təbii ki, qəzetimizin tərtibatı və rəngli çıxması bizi ruhlandırır, yeni-yeni nailiyyətlər əldə etməyə səsləyir. Ancaq daha vacib məsələ çap olunan yazıların səviyyəsini daim yüksəltməkdir. “Olimpiya dünyası” qəzeti olaraq, həmişə çalışırıq ki, dərin məzmunlu, səviyyəli, analitik təhlillərin peşəkarlıqla aparıldığı, ədalətli, dürüst materiallar dərc edək.

- Qəzet bu ildən “Olimpə doğru” jurnalının nəşrinə başlamaqla, ölkəmizin media ailəsinə, necə deyərlər, daha bir övlad bəxş etdi. Maraqlıdır, bu ideya haradan yarandı?

- İdmanın, olimpiya hərəkatının inkişafı, bu sahəyə dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində idmanın təbliği də yeni müstəviyə qalxıb. İndi ölkəmizdə kifayət qədər idman nəşrləri dərc olunur. Bu, əlbəttə, təqdirəlayiq haldır. Biz də bu qayğıdan ruhlanaraq, MOK vitse-prezidenti Çingiz Hüseynzadəyə müraciət etdik və onun xeyir-duası, lazımi qayğısı sayəsində, idmanın zahirən görünməyən cəhətlərinə diqqəti cəlb etməyi nəzərdə tutan jurnal təsis etdik. İndi qəzet əməkdaşlarının yaradıcı əməyi sayəsində jurnal vaxtaşırı nəşr olunur və geniş oxucu auditoriyası qazanıb. Daha maraqlı, rəngarəng layihələrimiz var ki, onları da bu jurnal vasitəsilə reallaşdırmağa çalışacağıq.

- Yəqin razılaşarsınız ki, bu gün operativlik baxımından internet saytları qəzet və jurnalları qabaqlayır. Bu istiqamətdə planınız varmı?

- Çox maraqlı məsələyə toxundunuz. Bu gün mətbuatın yeni versiya və üsulları yaranır. Məqsədimiz yaxın gələcəkdə yeni idman saytı yaratmaqdır. Çalışacağıq ki, orada ölkə və dünya idmanında baş verən ən son məlumatları əhatə edək və çevik şəkildə oxuculara çatdıraq. Müxtəlif regionlarda, eləcə də Bakı şəhərində bir neçə yerdə eyni vaxtda yarış keçiriləndə belə, əməkdaşlarımız onları arenalarda birbaşa izləmək və operativ informasiya hazırlamaq imkanına malikdirlər. Hesab edirəm ki, bu yaradıcı qüvvənin köməyi ilə açmağı planlaşdırdığımız sayt da, inşallah, tezliklə rəğbət qazanacaq.

- Gələcək planlarınız?

- Zaman baxımından 10 il az müddət deyil. Hər bir kütləvi informasiya vasitəsi bu müddətdə iftixarla özünəməxsus dəyərlərini, simasını, məqsəd və məramını, əldə etdiyi müəyyən uğurlu nəticələri ortaya qoya bilər. Ötən illər ərzində qazandığımız uğurlara, oxuculardan aldığımız çoxsaylı məktublara, redaksiyamıza olan telefon zənglərinə əsaslanaraq deyə bilərik ki, “Olimpiya dünyası” özünəməxsus mövqeyi olan, sayılıb-seçilən, oxucular tərəfindən sevilən nəşrlərdən birinə çevrilib. Ancaq səmimiyyətlə deyirəm ki, bu gün biz 10 illik fəaliyyətimizə çox ehtiyatla, təvazökarlıqla yanaşırıq. Çünki yaxşı bilirik ik, son hökmü oxucular verir. Bu gün qəzetimiz tələbkar oxucuların zövqünü oxşayan, onları maraqlandıran, bir sözlə, oxucuların inandığı, etibar etdiyi, hər sayını səbirsizliklə gözlədiyi mətbuat orqanıdır. Buna görə də qazanılan etimadı qoruyub saxlamalıyıq.

Söhbətləşdi: Leyla QURBANOVA
Xəbər 3951 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.01.2016 Azad Rəhimov: “2015-ci ildə Azərbaycan idman tarixinin ən parlaq səhifəsi yazıldı” - MÜSAHİBƏ
22.12.2015 Pərviz Bağırov: “Hər bir idmançı sona qədər “qızıl”ı düşünməlidir”
20.11.2015 “Lisenziyanı Braziliyada qızıl medalla əvəzləmək istəyirəm” - MÜSAHİBƏ
05.11.2015 İlahə Qasımova: “Uşaqlıqda paqonlu qız olmaq istəmişəm” - MÜSAHİBƏ
17.09.2012 “Qalibin kimliyini qabaqcadan nə Platini, nə də başqa kimsə bilir”
13.12.2011 Raqif Abbasov: Bu il paytaxt idmançıları üçün məhsuldar olub
14.10.2011 Raqif Abbasov: “Ümumilikdə götürdükdə, nəticələr qənaətbəxşdir”
14.10.2011 Əjdər Cəfərov: «Ötən aylar ərzində güləşçilərimiz böyük nailiyyətlər əldə ediblər»
25.06.2011 Dmitri Marşin: “Bu hələ başlanğıcdır”
16.05.2011 “London Olimpiadasında daha çox idmançı ilə təmsil olunacağıq”


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru