Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
24/04 | 16:12 İspaniya yığmasının Bakıda cüdo üzrə keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb
24/04 | 15:44 Atletlərimiz Azərbaycan çempionatında üç medal qazanıblar
24/04 | 14:48 “Bakı Şəhər Halqası”: Sem Smitin Bakı konserti ləğv olunub
24/04 | 13:50 Kunq-fu üzrə Azərbaycan çempionatında 500-dən artıq idmançı birincilik uğrunda mübarizə aparacaq
24/04 | 12:49 Döyüş növləri üzrə Avropa çempionatında ölkəmizi 12 idmançı təmsil edir
24/04 | 11:36 "GRENKE Chess Classic 2019": Arkadi Naydiç dünya çempionuna qarşı mübarizə aparacaq
24/04 | 10:03 Gürcüstan Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 13 cüdoçu ilə təmsil olunacaq
24/04 | 09:50 “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışının zona birinciliyinin qalibləri məlum olub
23/04 | 16:49 Qadın həndbolçuların Azərbaycan çempionatı: “Azəryol” çempionluğunu rəsmiləşdirib
23/04 | 16:30 Formula 1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə tam təchiz olunub
23/04 | 15:48 Azərbaycan yelkənçiləri Sloveniyada keçirilən yarışlarda yüksək bacarıq nümayiş etdiriblər
23/04 | 14:21 Sumqayıt Dövlət Universitetinin komandası güllə atıcılığı üzrə şəhər çempionatının qalibi olub
23/04 | 14:01 Masallı taekvondoçuları açıq Bakı birinciliyində 1 qızıl və 1 bürünc medal qazanıblar
23/04 | 13:30 Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək
23/04 | 13:07 SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23/04 | 12:47 “Şahin” Hərbi idman oyunlarının zona birinciliyində qalib olmuş Sabirkənd kənd tam orta məktəbin komandası ilə görüş keçirilib
23/04 | 12:45 Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatı davam edir
23/04 | 11:38 Astaralı idmançı Bakıda keçirilən beynəlxalq peşəkar döyüş turnirinin qalibi olub
23/04 | 11:18 "GRENKE Chess Classic 2019": Bu gün dördüncü turun oyunları keçiriləcək
23/04 | 10:03 Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatıb
23/04 | 09:49 Bakıda futvolley üzrə Dünya Turunun mərhələ yarışı keçiriləcək
22/04 | 17:32 Formula 1 Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib
22/04 | 16:11 Qadınlar arasında şahmat üzrə Avropa çempionatının sonuncu turunun oyunları keçirilir
22/04 | 15:35 Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22/04 | 14:47 Əlcəzair yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə 14 cüdoçu ilə qatılacaq
22/04 | 14:21 Boksçularımız beynəlxalq turnirdə iki medal qazanıblar
22/04 | 13:55 İsmayıllıda “Qızlar futzal kuboku” turniri keçirilib
22/04 | 13:21 Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 26 komanda mübarizə aparır
22/04 | 12:17 Taekvondo üzrə açıq Bakı birinciliyində 550 idmançı iştirak edir
22/04 | 12:05 İdman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib
22/04 | 11:30 Naxçıvanda sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib
22/04 | 11:00 Savatçılarımız Tbilisidəki beynəlxalq turnirdə medallar qazanıb
22/04 | 10:21 Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
22/04 | 10:05 Futbol üzrə payız/yaz birinciliyinin növbəti turunun oyunları keçirilib
22/04 | 09:55 Astarada yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 25 17 6 2 55-19 57
2 Neftçi 25 16 7 2 45-19 55
3 Səbail 25 11 5 9 31-28 38
4 Qəbələ 25 9 9 7 29-27 36
5 Sabah 25 7 5 13 19-36 26
6 Zirə 25 6 7 12 24-36 25
7 Sumqayıt 25 5 5 15 19-40 20
8 Keşlə 25 5 4 16 23-40 19
“Qalibin kimliyini qabaqcadan nə Platini, nə də başqa kimsə bilir”
Tarix: 17.09.2012 | Saat: 13:41:00 | E-mail | Çapa göndər
«UEFA Best Player in Europe» mükafatının azərbaycanlı jüri üzvü Rasim Mövsümov:: “Səsvermədə iştirak edənlərə təzyiq və ya «tapşırma»dan söhbət belə gedə bilməz”



«Barselona» və İspaniya yığmasının yarımmüdafiəçisi Andres İnyestanın Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusu seçilməsi qalmaqala səbəb oldu. Belə ki, özünün «UEFA Best Player in Europe» adlanan mükafata sahib çıxacağını gözləyən «Real»ın və Portuqaliya yığmasının lideri Kriştianu Ronaldo UEFA-nın keçirdiyi sorğunun nəticələrindən narazılığını gizlətmədi.

Monakoda baş tutan səsvermədə Azərbaycanı 2000-ci ildən həmçinin «FIFA Ballon d’Or» («Qızıl top») və 2012-ci ildən «Golden Foot» («Qızıl ayaq») mükafatlarının münsiflər heyətinin üzvü olan Rasim Mövsümov təmsil edib. O, UEFA-nın tədbiri barədə ətraflı məlumat verdi:

- «UEFA Best Player in Europe» 2011-ci ildə Avropa Futbol İttifaqının prezidenti Mişel Platininin təşəbbüsü ilə təsis olunub və «İlin ən yaxşı klub futbolçusu» mükafatını əvəz edib. Xatırladım ki, ötən il də qitənin ali futbol qurumunun Monakodakı tədbirində Azərbaycanı mən təmsil etmişəm. O vaxt Messi 39, Xavi 11, Ronaldo isə 3 səs qazanmışdı.
Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən sorğuya gəlincə, səsvermədə UEFA-nın üzvü olan 53 ölkənin hərəsindən bir media nümayəndəsi iştirak edib. Sorğunun ilkin mərhələsində hamıdan çox xal toplayan İnyesta, Messi və Ronaldo UEFA-nın mükafatı uğrunda mübarizəni davam etdiriblər. Xatırladım ki, İnyesta bu il İspaniya yığması ilə Avropa çempionu olub və qitə birinciliyinin ən yaxşı futbolçusu seçilib. Messi 2011/12 mövsümündə La Liqada 50 qol vuraraq Avropanın «Qızıl buts» mükafatını qazanıb və ardıcıl 4-cü dəfə Çempionlar Liqasının bombardiri olub. Ronaldo isə İspaniya çempionluğunu (46 qolla) və Avropa birinciliyinin bürünc mükafatını qazanıb.
Səsvermənin həlledici mərhələsi Monakodakı «Grimaldi Forum» sarayında Çempionlar Liqası qrup yarışının püşkatmasından sonra keçirildi. İspaniyalı İnyesta rəqiblərini cəmi 2 səs qabaqlayaraq Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusu seçildi: o, 19, Messi və Ronaldo isə hərəyə 17 səs qazandılar. Qeyd edim ki, mən Monakoda Ronaldoya səs verdim.

- İnyestanın «ən yaxşı» seçilməsi gözlənilməz olmadı ki?

- Sözün doğrusu, mənim üçün gözlənilməz oldu. Çünki səsvermədən əvvəl Türkiyə, Ukrayna, Gürcüstan, İsveçrə və Danimarka təmsilçilərinin fikirləri ilə maraqlandım, onlar da «Kriştianu Ronaldo» dedilər. Onlardan başqa, İspaniyanın «Marca» nəşrinin nümayəndəsinin, həmçinin Portuqaliya təmsilçisinin də ona səs verəcəyi şübhə doğurmurdu. Bu üzdən Ronaldonun qalib olacağına əmin idim. Təbii ki, Platini Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusu kimi İnyestanın adını çəkəndə təəccübləndim. Elə Ronaldo özü də bunu gözləmirdi və pərt olduğunu hiss etmək çətin deyildi.

- Yəqin ki, bu səbəbdən mətbuatda Ronaldonun UEFA nümayəndələrini növbəti dəfə «ən yaxşı» seçilmədiyi halda təltifetmə mərasimlərinə qatılmayacağı ilə hədələməsi barədə xəbərlər yayılıb.

- Əslində Ronaldonu da başa düşmək olar. O, 2007, 2009 və 2011-ci illərdə «Dünyanın ən yaxşı futbolçusu»/«FİFA-nın Qızıl topu», həmçinin 2011 və 2012-ci illərdə «UEFA Best Player in Europe» mükafatları uğrunda sorğularda ilk üçlüyə daxil olsa da, qalib adını qazana bilməyib. Amma işin maraqlı tərəfi odur ki, UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun ikinci mərhələsində KİV nümayəndələri xüsusi elektron sistemlə canlı səsvermə yolu ilə 3 namizəddən birini seçirlər. Yəni qalibin kimliyini qabaqcadan nə Mişel Platini, nə də başqa kimsə bilir. Səsvermədə iştirak edənlərə təzyiq və ya «tapşırma»dan söhbət belə gedə bilməz. Bu üzdən Ronaldonun məsələsinin necə həll olunacağı hamıya maraqlıdır. Amma UEFA da onun tədbirinə qatılmayanları cəza ilə hədələyə bilər.

- Sözügedən tədbirin ertəsi gün Monakoda həmçinin Avropa Liqasının qrup mərhələsinin püşkatması keçirilib. H qrupunda "İnter" (İtaliya), "Rubin" (Rusiya) və "Partizan" (Serbiya) komandaları ilə mübarizə aparacaq Azərbaycan təmsilçisi «Neftçi»nin rəqibləri barədə nə deyə bilərsiniz?

- Bu mövsüm “İnter” qeyri-sabit oyunu ilə diqqət çəkir. Avropa Liqasının seçmə mərhələsi və A seriyası çərçivəsində səfərdə keçirdiyi dörd oyunun hamısında qalib gələn Milan təmsilçisi amma evdə Xorvatiya “Hayduk”una (0:2) və “Roma”ya uduzub (1:3), Rumıniyanın “Vasluy” klubu ilə isə heç-heçə edib (2:2). Bununla belə, heyətində Uesli Sneyder, Dieqo Milito, Antonio Kassano kimi futbolçular olan “İnter”in Avropa Liqasında qrup mərhələsini adlayacağı şübhə doğurmur.
Bu mövsüm “Rubin” də qeyri-sabit oynayır. Kazan təmsilçisi Sankt-Peterburqda Rusiya çempionu “Zenit”ə qalib gələ (2:1), amma sonra öz meydanında “Terek”ə uduza bilər (1:2). Amma unutmayaq ki, “Rubin” üç il əvvəl “Barselona”nı onun meydanında məğlub etmiş (2:1) bir komandadır. Son illər qitə turnirlərində böyük təcrübə toplamış Kurban Berdıyev və komandasının da yoluna davam edəcəyi daha real görünür.
“Partizan”a gəlincə, Serbiya çempionatında işləri pis getməsə də, Belqrad təmsilçisinin əsl gücünü Avropa kuboklarındakı çıxışına görə müəyyənləşdirmək mümkündür. Hər iki görüşdə Kiprin AEL klubuna uduzaraq (0:1, 0:1) Çempionlar Liqasından uzaqlaşdırılan “partizanlar” çətinliklə Norveçin “Tromsö” komandasını keçərək (2:3, 1:0) Avropa Liqasının qrup mərhələsinə düşə biliblər. Özü də “Partizan” aparıcı oyunçuları – hücumameylli yarımmüdafiəçi Stefan Baboviç (“Saraqosa”) və hücumçu Lamine Diarranı (“Antalyaspor”) itirməklə də zəifləyib. Bu faktlara əsasən, “Neftçi”nin Serbiya klubu ilə görüşlərdə uğurlu nəticəyə imza atacağına ümid etməyə dəyər.

- Azərbaycan yığması da Dünya çempionatı-2014-ün seçmə turnirinə başladı…

- Komandamız İsraillə oyunda azarkeşlərini ümidləndirsə də, sonra Portuqaliya ilə qarşılaşmada məyus etdi. Amma ruslar və portuqaliyalılar istisna olmaqla digər rəqiblərin də çox zəif olmalarını qeyd etmək lazımdır. İstər İsrail olsun, istər Şimali İrlandiya, istərsə də Lüksemburq. Ona görə də Azərbaycan yığmasının belə bir qrupda 3-cü yeri tutmayacağı təqdirdə bunu uğursuzluq saymaq olar.
Xəbər 1267 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.01.2016 Azad Rəhimov: “2015-ci ildə Azərbaycan idman tarixinin ən parlaq səhifəsi yazıldı” - MÜSAHİBƏ
22.12.2015 Pərviz Bağırov: “Hər bir idmançı sona qədər “qızıl”ı düşünməlidir”
20.11.2015 “Lisenziyanı Braziliyada qızıl medalla əvəzləmək istəyirəm” - MÜSAHİBƏ
05.11.2015 İlahə Qasımova: “Uşaqlıqda paqonlu qız olmaq istəmişəm” - MÜSAHİBƏ
13.12.2011 Raqif Abbasov: Bu il paytaxt idmançıları üçün məhsuldar olub
01.12.2011 Murad Fərzəliyev: "Qazanılan etimadı qoruyub saxlamalıyıq”
14.10.2011 Raqif Abbasov: “Ümumilikdə götürdükdə, nəticələr qənaətbəxşdir”
14.10.2011 Əjdər Cəfərov: «Ötən aylar ərzində güləşçilərimiz böyük nailiyyətlər əldə ediblər»
25.06.2011 Dmitri Marşin: “Bu hələ başlanğıcdır”
17.05.2011 “London Olimpiadasında daha çox idmançı ilə təmsil olunacağıq”


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
"Tokio-2020": Yəhər və sükan arxasında
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru