Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
20/08 | 10:07 Türkiyə Superliqası: "Fənərbağça" yeni mövsümə öz meydanında böyükhesablı qələbə ilə başlayıb
20/08 | 09:53 Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub
19/08 | 22:24 Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti müəyyənləşib
19/08 | 21:13 Astaralı idmançılar İmişlidə keçirilən kikboksinq üzrə açıq rayon birinciliyində iki qızıl medal qazanıblar
19/08 | 20:25 Azərbaycanlı hakim Eldar Zülfüqarov dünya çempionatının oyunlarına təyinat alıb
19/08 | 19:03 Qadın güləşçilərimiz dünya çempionatına Türkiyədə hazırlaşırlar
19/08 | 18:02 Xorvatiya yığmasının Azərbaycan millisi ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb
19/08 | 17:23 Masallıda mini-futbol üzrə rayon turnirinə start verilib
19/08 | 16:45 Şahmatçımız dünya birinciliyində gümüş medal qazanıb
19/08 | 15:53 “Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19/08 | 15:00 Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq
19/08 | 14:52 Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib
19/08 | 14:10 Astaralı boksçular İranda keçirilən beynəlxalq turnirdə 1 qızıl və 3 gümüş medal qazanıblar
19/08 | 14:09 Binqədidə “Gənclik Günü” layihəsi həyata keçirilib
19/08 | 14:00 Sinkfild kuboku: heç-heçələr seriyası davam edir
19/08 | 13:32 “Baku Оpen 2019” beynəlxalq şahmat festivalı keçiriləcək
19/08 | 13:17 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19/08 | 12:45 “Sabah” futbol klubu yeni mövsüm üçün formalarını təqdim edib
19/08 | 11:43 Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19/08 | 11:00 “Qarabağ”ın səfər qələbəsini qeydə almış isveçrəli baş hakim “Linfild”lə oyunu idarə edəcək
19/08 | 10:05 Azərbaycanın futbol üzrə millisinin üzvü Çexiya liqasındakı oyunda fərqlənib
19/08 | 09:53 Azərbaycan Premyer Liqası: “Səbail” “Zirə”ni məğlub edib
18/08 | 22:33 Ülvi Qənizadə dünya çempionatının gümüş medalını qazanıb
18/08 | 20:47 Güləşçimiz dünya çempionatının bürünc medalını qazanıb
18/08 | 18:05 Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə mübarizə aparacaq
18/08 | 14:13 “Linfild”-“Qarabağ” oyununun hakimləri müəyyənləşib
18/08 | 10:46 Rafael Ağayev: Qarşıdakı yarışlarda yalnız qızıl medal uğrunda mübarizə aparacağam
17/08 | 23:43 Azərbaycan Premyer Liqası: “Qəbələ” komandası öz meydanında “Sumqayıt”a məğlub olub
17/08 | 21:01 Zaur Əliyev dünya çempionatında gümüş medala sahib olub
17/08 | 20:45 “Judo Club 2012”nin gənc üzvləri Azərbaycan birinciliyində uğurla çıxış ediblər
17/08 | 19:46 Güləşçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
17/08 | 16:04 Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar
17/08 | 14:16 Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17/08 | 13:12 “Roma” klubu hücumçu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb
17/08 | 11:00 İtaliyanın "Roma" klubu türkiyəli futbolçunu heyətinə qatıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Sumqayıt 1 1 0 0 2-0 3
2 Qarabağ 1 1 0 0 1-0 3
3 Səbail 1 1 0 0 1-0 3
4 Neftçi 0 0 0 0 0 0
5 Sabah 0 0 0 0 0 0
6 Zirə 1 0 0 1 0-1 0
7 Keşlə 1 0 0 1 0-1 0
8 Qəbələ 1 0 0 1 0-2 0
Şəmkir şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Tarix: 01.11.2006 | Saat: 16:22:00 | E-mail | Çapa göndər
- Əziz şəmkirlilər!
- Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı Şəmkir Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Bu gün təməlini qoyduğumuz kompleksin tikintisinə başlanır. Əminəm ki, qısa müddət ərzində çox gözəl, möhtəşəm idman qurğusu tikiləcəkdir. Burada ən yüksək dünya standartları tətbiq olunacaqdır. Bundan həm idmançılar, eyni zamanda, Şəmkir şəhərinin sakinləri də faydalanacaqlar. Burada ən böyük idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, mehmanxana, digər müxtəlif idman infrastrukturu olacaqdır. Kompleks həm idmanın inkişafına, həm də, Şəmkir rayonunun hərtərəfli inkişafına öz töhfəsini verəcəkdir. Eyni zamanda, bu kompleksin xarici görünüşü də çox gözəldir, müasirdir. Mənim də göstərişim bundan ibarətdir ki, yeni tikilən bütün binalar, müəssisələr, obyektlər ən yüksək dünya səviyyəsinə cavab versin və xarici görünüşü də gözəl, müasir olsun.
Şəmkir rayonu da müasirləşir, gözəlləşir. Burada çoxlu abadlıq, quruculuq işləri görülür. Mən Şəmkir rayonunda dəfələrlə olmuşam və bu dəyişiklikləri də görürəm. Axırıncı dəfə iki il bundan əvvəl olmuşdum. O vaxtdan bu günə kimi çox böyük işlər görülübdür. Həm rayonun abadlaşması sürətlə gedir, eyni zamanda, çox önəmli obyektlər tikilir. Yeni müəssisələr, fabriklər yaranır, iş yerləri açılır, bununla bərabər, sosial infrastruktur da yeniləşir. Çoxlu məktəblər tikilir. Bu, çox vacibdir. Bilirsiniz ki, Azərbaycanda məktəb tikintisi çox geniş vüsət almışdır. Azərbaycanın hər bir rayonunda məktəb tikilir. Bu, bizim dövlət proqramımızdır. Qarşıya vəzifə qoyulmuşdur ki, Azərbaycanda yararsız vəziyyətdə olan bütün məktəblər 2008-ci ilə qədər ya əsaslı şəkildə təmir olunmalıdır, yaxud da yeni məktəblər tikilməlidir. Hər iki proqram uğurla icra edilir. Üç il ərzində 700-dən çox məktəbin tikilməsi bunun əyani göstəricisidir.
Bir sözlə, burada hərtərəfli inkişaf üçün bütün amillər var. Yeni iş yerləri açılır, şəhər abadlaşır, gözəlləşir, yeni yollar salınır, fabriklər açılır və sosial obyektlər də tikilir. Mən əminəm ki, Şəmkirdə bu idman kompleksinin tikilməsinin şəhər infrastrukturunun inkişafına çox böyük təsiri olacaqdır. Çünki burada beynəlxalq tədbirlər, respublika əhəmiyyətli çempionatlar keçiriləcək, buraya gələn qonaqlar gözəl mehmanxanada qalacaqlar. Bu, özlüyündə turizmin inkişafına və bütövlükdə Şəmkir rayonunun daha da inkişafına kömək edəcəkdir.
Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Demək olar ki, Azərbaycanın bütün sahələri inkişafdadır. Bu inkişafın təməlində 1993-cü ildə Azərbaycanda başlanmış Heydər Əliyev siyasəti durur. Bu gün biz Heydər Əliyev muzeyinin açılışını etdik. Orada nümayiş etdirilən şəkillər bir daha göstərir ki, Şəmkir rayonuna ulu öndərin xüsusi münasibəti var idi. Heydər Əliyev həm 1970-ci illərdə, həm də artıq müstəqil Azərbaycanın Prezidenti kimi dəfələrlə Şəmkir rayonunda olmuş, buradakı problemlərlə məşğul olmuş, öz göstərişlərini vermişdir. Rayonun inkişafında onun çox böyük əməyi var idi. Bu gün bu siyasət davam etdirilir. Mən Şəmkir rayonuna böyük diqqət göstərir, bu rayonun inkişafına çox böyük əhəmiyyət verirəm. Şəmkir Azərbaycanda çox strateji əhəmiyyətə malik rayondur, çox böyük sənaye, kənd təsərrüfatı, intellektual potensialı var. Şəmkirlilər bütün dövrlərdə Azərbaycanın inkişafına öz töhfələrini vermişlər. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə böyük töhfə vermişlər. Mən çox istəyirəm ki, rayon daha da sürətlə inkişaf etsin. Biz bu gün bunu görürük. Rayonun inkişafına dair xüsusi sərəncam da imzalanmış, əlavə vəsait də ayrılmışdır və yenə ayrılacaqdır.
Bilirsiniz ki, rayonların inkişafı son üç ildə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Çünki Azərbaycanın hərtərəfli inkişafı məhz hər bir rayonun inkişafından başlayır. Azərbaycanda güclü iqtisadi potensial yaranır. Əlbəttə ki, sənaye və iqtisadi potensial baxımından hər bir ölkənin əsas şəhəri, yəni paytaxtı daha da çox fərqlənir. O cümlədən Azərbaycanda da belədir. Bu, lazımdır. Bakı şəhəri də inkişaf etməli, onun potensialı da güclənməlidir. Amma mən tam əminəm ki, ölkəmizin uğurlu inkişafı üçün, ilk növbədə, regionlar inkişaf etməlidir. Bunun bir neçə səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, rayonlarda, kəndlərdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşmalıdır. Kəndlə, rayonla böyük şəhərlər arasında fərq azalmalıdır. İnkişaf etmiş ölkələrdə bu fərq çox azdır və bəzi hallarda rəmzi xarakter daşıyır. Bu, özlüyündə ölkənin ümumi inkişafını göstərir. O ölkələrdə rayonlarla paytaxt arasında fərq böyükdür, həmin ölkələr o qədər də inkişaf etmiş ölkə sayıla bilməz. Əlbəttə ki, Azərbaycan indi özünü inkişaf etmiş ölkə kimi təqdim edə bilməz. Bunun üçün hələ çoxlu işlər görmək lazımdır. Ancaq biz bu yolda uğurla irəliləyirik. Rayonlarda, bölgələrdə müasir infrastrukturun yaranması, ən müasir sənaye müəssisələrinin, məktəblərin, xəstəxanaların tikintisi - bütün bunlar o fərqi azaldır.
Yeni yollar salınır. Məsələn, siz yaxşı bilirsiniz ki, Şəmkir-Qazax avtomobil yolu yenidən tikilmişdir. Bu yol Bakı-Qazax yolunun bir hissəsidir. O yol da uğurla tikilir və yəqin ki, gələn ilin sonuna qədər istismara veriləcəkdir. Beləliklə, Bakıdan Şəmkirə, Qazaxa və Gürcüstan sərhədinə çox rahat, ən yüksək səviyyəyə cavab verən avtomobil yolu ilə gəlmək mümkün olacaqdır. Bütün bunlar regionları inkişaf etdirir.
Digər tərəfdən, regionların inkişaf etdirilməsi ona görə önəmlidir ki, bu, böyük şəhərlərə miqrasiya meyillərini azaldır. Bütün böyük şəhərlərdə bu proseslər var. İnsanlar çalışırlar daha çox paytaxtlarda iş tapsınlar. Çünki orada həm şərait daha yaxşıdır, həm də iş tapmaq üçün daha böyük imkanlar var. Bu proseslər başqa ölkələrdə də gedir. Böyük şəhərlərə miqrasiya prosesi həm onların infrastrukturuna əlavə yükdür, eyni zamanda, regionlardan insan axınına gətirib çıxarır. Buna biz imkan verə bilmərik. Amma necə? Ancaq və ancaq rayonlarda yüksək şəraitin yaradılması ilə. Yollar çəkilməlidir və çəkilir. Şəmkir rayonunda da geniş yol tikintisi aparılır. Mən əlavə vəsait ayıracağam ki, kənd yollarına da asfalt döşənsin və insanlar kəndlərə də rahat gedə bilsinlər.
Bir müddət bundan əvvəl büdcədənkənar əlavə vəsait ayrılmışdı və ondan səmərəli istifadə olundu. Məktəb tikintisi, xəstəxanaların, idman qurğularının tikintisi, iş yerlərinin açılması davam edir. Mənə məlumat verilib ki, Şəmkirdə böyük quşçuluq fabriki yaradılıb, bu gün gedib baxacağam. Çox müsbət haldır, çox müsbət göstəricidir. Bir tərəfdən, insanlar işlə təmin edilir, işsizlik aradan qaldırılır, insanlar daha da yaxşı maaş alırlar. Digər tərəfdən də, Azərbaycanda yerli istehsal yaranır. Azərbaycan artıq bir sıra məhsullarla özünü təmin edən ölkədir. Çalışmalıyıq ki, gələcəkdə öz tələbatımızı maksimum dərəcədə Azərbaycanda istehsal olunan məhsullarla təmin edək və biz buna doğru gedirik. Ona görə də 2004-cü ilin fevral ayında regionların sosial-iqtisadi inkişafı dövlət proqramının qəbul olunması və uğurla icra edilməsi Azərbaycanın inkişafına çox böyük təkan vermişdir.
Biz indi işin, demək olar ki, ilkin mərhələsindəyik. İndi diqqətimizi Azərbaycan üçün ən böyük əhəmiyyət kəsb edən məsələlərə yönəltmişik. Yollar, elektrik stansiyaları tikilir, Azərbaycanda yeni elektrik stansiyalarının tikilməsi ilə biz nəinki öz tələbatımızı yüz faiz ödəyəcəyik, həm də gələcəkdə elektrik enerjisini ixrac edəcəyik. Qaz xətləri çəkilir, rayonlar qazlaşdırılır. Azərbaycanda qaz hasilatı artdıqca, bu iş daha da genişlənəcəkdir. İnsanları narahat edən digər problemlər də həll ediləcəkdir. Bir daha məktəb tikintisinə qayıtmaq istəyirəm. Azərbaycanda 4500 məktəb var. Təkcə üç il ərzində çox yüksək səviyyədə 700-dən artıq məktəb tikilib və hər bir məktəbdə kompüter sinfi yaradılır. Uşaqlar yaxşı təhsil, bilik almalıdırlar.
Bizim iqtisadi imkanımız artır və bu bizi çox sevindirir. Bu onu göstərir ki, dövlət siyasəti düzgün istiqamətdə gedir. Son üç ildə büdcə gəlirlərimiz 4 dəfə artıbdır. Bu, bizim imkanlarımızı artırır. Ancaq eyni zamanda, ölkənin uğurlu inkişafı üçün ilk növbədə, insanlar bilikli, savadlı olmalıdırlar. Mən bu məsələyə çox böyük diqqət göstərirəm. Həm təhsil infrastrukturu yaxşılaşmalı, yəni məktəb tikintisi təmin olunmalı, eyni zamanda, təhsilin keyfiyyəti yaxşılaşmalıdır. Gənc nəsil gərək dünyada gedən bütün proseslərdən xəbərdar olsun, bunu izləsin. Dünyada gedən proseslər, yeni texnologiyalar, yeni ixtiralar, elm sahəsində yeni nailiyyətlər - bizim uşaqlarımız bunu bilməli və çox savadlı, bilikli olmalıdırlar. Azərbaycanın uzunmüddətli inkişafını onlar təmin edəcəkdir.
Bizim təbii sərvətlərimiz var. Bu, bizim böyük xoşbəxtliyimizdir. Eyni zamanda, bizim böyük xoşbəxtliyimiz ondadır ki, bu təbii sərvətlərdən səmərəli istifadə edirik. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla icra edilən neft strategiyamız böyük tarixi nəticələrə gətirib çıxardı. Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi və bundan sonra uzun illər, onilliklər ərzində təbii sərvətlər, neft və qaz sərvətlərimiz Azərbaycanın iqtisadi inkişafını təmin edəcəkdir. Amma vaxt gələcək və onlar qurtaracaqdır. Çünki bunlar tükənən sərvətlərdir. Ondan sonra Azərbaycan necə yaşayacaq? 50 ildən, 70 ildən sonra ölkənin inkişafı nəyin hesabına olacaq? Biz indidən bu barədə düşünürük. Bizim siyasətimiz həm qısamüddətli, həm də uzunmüddətli məsələlərə yönəldilibdir. Qısamüddətli məsələlər öz həllini tapır. Bizim iqtisadi islahatlarımız, büdcə gəlirlərinin artımı, Neft Fondunun uğurlu fəaliyyəti, neft sahəsində görülən işlər, iqtisadi islahatlar, sahibkarlığın inkişafı, Dövlət İnvestisiya Şirkətinin yaranması, kreditlərin verilməsi, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaradılması, - onun vasitəsilə kəndlilərə texnika və gübrə verilir, - bütün bunlar qısamüddətli proqramlardır. O cümlədən, elektrik stansiyalarının, qaz xətlərinin tikintisi - bunlar qısa müddət ərzində, 4-5 il ərzində ölkənin bütün əsas tələbatlarını ödəyəcəkdir.
Ancaq biz gərək gələcəyə baxaq. Gərək baxaq ki, 10 ildən, 20 ildən sonra nə olacaq, indidən bunu planlaşdıraq. İndidən bütün uzunmüddətli strategiyamızı müəyyən edək ki, ölkə məqsədyönlü şəkildə inkişaf etsin. Bu gün biz bu məsələlər üzərində işləyirik, bu barədə fikirləşirik. Ölkənin geniş inkişaf konsepsiyası hazırlanır və demək olar ki, onun ilkin konturları görünməkdədir.
Azərbaycan artıq güclü dövlətdir. Regionda söz sahibidir, aparıcı dövlətdir. Bunu təkcə biz yox, regionla məşğul olan bütün təşkilatlar, böyük ölkələrin mötəbər dairələri də təsdiq edir ki, Azərbaycan bölgədə lider dövlətdir. Bölgədə heç bir məsələ bizim razılığımız olmadan həll oluna bilməz. Bölgədə Azərbaycanın iştirakı olmadan regional əməkdaşlıq çərçivəsində heç bir məsələ həll edilə bilməz. Biz nəinki bütün layihələrin iştirakçılarıyıq, eyni zamanda, bir çox layihələrin təşəbbüskarıyıq. Yəni bizim gücümüz, siyasi çəkimiz artır. Əlbəttə, bundan istifadə edib ölkəni daha da inamla, daha da sürətlə inkişaf etdirmək olar.
Xarici siyasətimiz açıqdır, proqnozlaşdırılandır və Azərbaycan xalqının iradəsinə əsaslanır, onun maraqlarının tam şəkildə müdafiə olunmasına yönəldilibdir. Daxili siyasətimiz də açıqdır və aydındır. Bu da ondan ibarətdir ki, insanlar daha da yaxşı yaşasınlar. İnsanları narahat edən problemləri aradan qaldıraq. Hər yerdə, hər bir bölgədə, hər sahədə və bütün ölkələrdə problem var. Elə ölkə yoxdur ki, orada problem olmasın. Hətta iqtisadi, siyasi və bütün başqa cəhətlərdən ən inkişaf etmiş ölkələrdə də kifayət qədər problemlər var.
Əsas məsələ ondan ibarətdir ki, dövlət bu problemlərə necə münasibət göstərir. Başqa yerlərdə, ölkələrdə bəzi hallarda dövlət bu məsələlərə biganə qalır. O dövlətin və o iqtidarın ömrü uzun ola bilməz. O ölkələrdə ki, dövlət insanların və ölkənin problemlərini özü üçün prioritet kimi görür, orada uzunmüddətli inkişaf da olur.
Azərbaycanda uğurlar çoxdur. Müstəqilliyin əldə edilməsindən, demək olar, 2-3 il sonra Azərbaycan inkişaf dövrünə başlamışdır. Bütün bunlar var və biz haqlı olaraq qürur hissi keçiririk ki, ölkəmiz artıq çox böyük beynəlxalq nüfuza malikdir və ölkə daxilində çox gözəl ab-hava, ictimai-syasi mühit var. Amma bizim əsas məqsədimiz mövcud olan problemlərə münasibət göstərmək, onları qısa müddətdə, tezliklə aradan qaldırmaqdır. Bunu etmək üçün mən bölgələrdə tez-tez oluram, özüm gözümlə görürəm, vəziyyətlə tanış oluram. Sizə deyim ki, hər bir səfərdən özüm üçün çox önəmli nəticələr çıxarıram. Bəzi hallarda mənə məlum olmayan məsələləri öyrənirəm. Öyrənirəm ki, insanları narahat edən nədir, hansı problem var, onu necə həll etmək olar. Bəzi hallarda elə problem var ki, onu həll etmək üçün heç böyük vəsait də lazım deyildir. Sadəcə, diqqət lazımdır və insanlar biganə olmamalıdırlar. Elə problem də var ki, böyük vəsait tələb edir və əlbəttə, biz də bunu etməliyik.
İndi Azərbaycan bütün layihələrin həyata keçirilməsində sərbəstdir, müstəqildir, heç kimdən asılı deyildir. Öz siyasətini özü aparır və bütün layihələri həyata keçirə bilər. Əgər biz o çətin, ağır şəraitdə, xüsusilə 1990-cı illərin ortalarında hökm sürən və bölgədə çətin şəraitdə Heydər Əliyevin siyasəti, cəsarəti, müdrikliyi nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərini reallaşdırıb istismara verə bilmişiksə, bundan sonra istənilən məsələni həll edə bilərik.
Ondan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi başlanmışdır və bu ilin sonuna qədər istismara veriləcəkdir. İndi Türkiyə və Gürcüstanla bərabər biz Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə diqqət göstəririk. Azərbaycan artıq bəyan edib ki, öz maliyyə imkanlarını ortaya qoyur və tikintiyə lazım olan vəsaitin yarısını öz üzərinə götürür. Biz bunu da edəcəyik. Belə olan halda, o qədər böyük vəsait tələb etməyən məsələlərin həlli bizim üçün elə bir böyük problem yaratmır. Sadəcə olaraq, biz bilməliyik ki, harada qüsurlar, çatışmazlıqlar var, harada işlər yaxşı qurulmur. Yerlərdə də işlər yaxşı qurulmalıdır. Ölkə üçün vacib qərarlar, əlbəttə ki, mərkəzdə qəbul olunur.Amma yerlərdə də təşəbbüs olmalıdır.
Mən çox şadam ki, indi bölgələrdə quruculuq işləri çox sürətlə gedir. Rayonlarda gedən işlər də məni sevindirir. Yenə də deyirəm, tez-tez rayonlarda oluram, görürəm və müqayisə etmək üçün imkanlarım var. Hər bir gəlişimdə yenilik görürəm, yeni bir müəssisə, yaxud park, yeni küçə, yaxud da gözəl sosial infrastruktur obyektləri görürəm. Bu, inkişafdır və Azərbaycanda var və istəyirik ki, daha da sürətlə getsin. İnsanları narahat edən problemlər tezliklə aradan qalxsın və hər bir vətəndaş işlə təmin olunsun, hər bir vətəndaşın yaxşı ev şəraiti olsun, yaxşı maaş alsın, uşaqları yaxşı məktəbə getsin. Budur, bizim vəzifəmiz və prezident kimi mən öz əsas vəzifəmi bunda görürəm, Azərbaycan xalqına xidmət etməkdə görürəm. Azərbaycan xalqı üçün nə etmək lazımdırsa, onu edirəm və bundan sonra edəcəyəm.
Olimpiya İdman Kompleksi bu işlərin içərisində, bəlkə də, çox balaca bir layihədir. Amma bir daha demək istəyirəm ki, çox böyük önəm daşıyır. Mən arzu edirəm ki, bu idman kompleksi tezliklə, özü də ən yüksək dünya standartları səviyyəsində tikilsin və mən də bir daha Şəmkirə gəlim və biz sizinlə bərabər bunun açılışını qeyd edək.
Əziz dostlar, mən sizi bir daha ürəkdən salamlayıram. Sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Sağ olun.

1 noyabr 2006-cı il
Xəbər 1594 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
24.12.2015 Azərbaycan Prezidenti: Bizim idman uğurlarımız ildən-ilə artır
24.12.2015 Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.09.2015 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub
23.12.2014 Prezident İlham Əliyev idmançıları mükafatlandırdı
03.07.2012 Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdə İlham Əliyevin nitqi
01.01.2012 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
05.05.2011 İmişli Olimpiya İdman Kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru