Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
13.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
12.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
21/11 | 18:35 Futbol üzrə Azərbaycan birinci divizionunda vurulan qol Portuqaliya mətbuatında
21/11 | 16:19 “Çelsi” komandası “Qarabağ” ilə oyundan əvvəl sonuncu məşqinə çıxıb
21/11 | 15:34 Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna start veriləcək
21/11 | 14:18 Qurban Qurbanov: Sabah rəqib komandaya qarşı layiqli oyun göstərməyə çalışacağıq
21/11 | 13:12 Azərbaycan pəhləvanları “Day of children” beynəlxalq turnirində mübarizə aparacaqlar
21/11 | 12:13 Güllə atıcılığı üzrə Bərdə rayon birinciliyinin qalibləri məlum olub
21/11 | 11:35 Səmti müəyyən etmə idman növü üzrə kubok yarışlarının qalibləri müəyyənləşib
21/11 | 10:33 Moskvada futbol üzrə “RAGB-ın superkuboku” turniri keçirilib
21/11 | 10:04 Daxili İşlər Nazirliyinin əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb
21/11 | 09:36 İdman dırmanması üzrə Şəki turnirinə yekun vurulub
20/11 | 17:28 Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib
20/11 | 16:42 “Qarabağ”-“Çelsi” oyununun tamaşaçıları ekspress xətt avtobusları ilə daşınacaq
20/11 | 13:22 Sərbəst güləş üzrə “Alans” beynəlxalq turniri keçirilib
20/11 | 12:39 Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start veriləcək
20/11 | 11:48 “Qabala Open” beynəlxalq turniri başa çatıb
20/11 | 10:56 Bakının “Azəryol” həndbol klubu “Çağırış Kuboku” uğrunda yarışların növbəti mərhələsinə yüksəlib
20/11 | 10:33 Azərbaycan millisi Gürcüstan yığmasına minimal hesabla qalib gəlib
19/11 | 21:19 Azərbaycanın taekvondo üzrə milli komandası Çində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
19/11 | 20:34 Azərbaycan Premyer Liqası: "Qəbələ" səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəlib
19/11 | 19:00 Azərbaycan idmançısı gimnastika üzrə tamblinq yarışlarının qalibi olub
19/11 | 17:53 Çin 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməyi planlaşdırmır
19/11 | 15:28 Türkiyədə 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edə bilər
19/11 | 13:44 “Çelsi” klubu İngiltərə Premyer Liqasında XII turun oyununda səfərdə “Vest Bromviç”ə qalib gəlib
19/11 | 11:30 “Azəryol” komandasının qadın həndbolçuları “Çağırış Kuboku”nda ilk oyunda qələbə qazanıb
19/11 | 10:22 Birgə gimnastika yarışlarında qaliblər müəyyənləşib
18/11 | 20:39 Azərbaycan Ağır Atletika Federasiyası Astanada anti-dopinq konfransında təmsil olunub
18/11 | 19:42 Azərbaycan Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir
18/11 | 15:53 Kris Koulman Uels yığmasının baş məşqçisi postundan ayrılıb
18/11 | 14:03 Cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub
18/11 | 11:48 Astaralı idmançılar Dünya kuboku yarışında 1 qızıl və 1 gümüş medal qazanıblar
18/11 | 10:33 Kişi və qadın idman gimnastikası üzrə açıq Azərbaycan çempionatı və Bakı birinciliyinin qalibləri müəyyənləşib
17/11 | 22:03 Bakının “Avro-2020”yə hazırlığı müzakirə olunub
17/11 | 21:55 Topaz Premyer Liqasının XII turunda “Qarabağ” komandası “Sumqayıt” 2:0 hesabı ilə məğlub edib
17/11 | 21:02 Daxili işlər orqanlarının əməkdaşları arasında keçirilən cüdo birinciliyi başa çatıb
17/11 | 20:58 FHN-in əməkdaşları arasında keçirilən sərbəst güləş çempionatının qalibləri mükafatlandırılıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 9 1 1 19-4 28
2 Zirə 12 8 3 1 20-8 27
3 Qəbələ 12 8 1 3 19-13 25
4 Sumqayıt 12 5 1 6 14-17 16
5 Neftçi 12 4 1 7 14-14 13
6 Səbail 11 4 0 7 9-18 12
7 Keşlə 12 2 2 8 8-18 8
8 Kəpəz 12 2 1 9 9-20 7
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
Tarix: 24.12.2016 | Saat: 10:43:00 | E-mail | Çapa göndər
Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Əziz idmançılar.

Hörmətli xanımlar və cənablar.

Biz hər ilin sonunda ənənəvi olaraq idmançılarla görüşürük. Bu ənənə artıq 20 ilə yaxındır ki, davam edir. Hər il idmançılarımızı mükafatlandırırıq, onları təbrik edirik və əlbəttə ki, biz bu il də bu ənənəyə sadiqik.

Artıq 20 ilə yaxındır ki, mən Milli Olimpiya Komitəsinin prezidenti kimi bu görüşləri keçirirəm. Fürsətdən istifadə edərək bu il də yenidən məni Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçən Milli Olimpiya Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, bundan sonra da idmanın, Olimpiya hərəkatının uğurlu inkişafı daim diqqət mərkəzində olacaq.

Son 19 il ərzində görülən işlər göz qabağındadır. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu, müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənmişdir ki, böyük nəticə qazanılır, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq.

Bu il bizim idmançılarımız beynəlxalq yarışlarda yüzlərlə medal qazanmışlar. Yəni, bütün beynəlxalq yarışlarda Azərbaycan bayrağı dalğalanır. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələr arasında keçirilən bütün beynəlxalq idman tədbirlərində Azərbaycan ləyaqətlə təmsil olunur. Son illər ərzində çox güclü idmançılar nəsli yetişib. Gənclərimiz - müstəqillik dövründə doğulan, yetişən idmançılar bu gün şöhrətimizi yüksəklərə qaldırırlar. 2016-cı il ölkəmizin idman tarixində xüsusi yer tutacaq. İlk növbədə, ona görə ki, biz bu il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq. Bu Oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin gücünü göstərir. Çünki ancaq inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir və gözəl idman nəticələri vardır. Əgər yüksək yerləri tutan ölkələrin siyahısına baxsaq görərik ki, onların mütləq əksəriyyəti zəngin və inkişaf etmiş ölkələrdir. O ölkələrdir ki, onlarda dövlətçilik ənənələri çox böyükdür. Bizim isə cəmi 25 yaşımız var. Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və idmançılarımızın qələbəsi bu bayram günlərinə gözəl bir hədiyyə olmuşdur.

Onu da qeyd etməliyəm və bunu Azərbaycan idman ictimaiyyəti bilir, istəyirəm ki, bütün vətəndaşlar da bir daha bunu eşitsinlər, biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdəyik. Bu parlaq qələbə münasibətilə mən bir daha bütün idmançılarımızı, məşqçiləri, bütün idman ictimaiyyətini təbrik etmək istəyirəm. Rioda qazandığımız böyük qələbə, eyni zamanda, onu göstərir ki, ötən il Bakıda keçirilmiş Avropa Oyunlarında əldə etdiyimiz uğurlar təsadüfi deyildi. Biz o Oyunlarda da çox böyük nəticə göstərmişik, 56 medal qazanmışıq və komanda hesabında 2-ci yerə layiq görülmüşük. Rio Olimpiya Oyunlarının bir göstəricisini də diqqətinizə çatdırmaq istəyirəm. Biz bu Oyunlarda 56 idmançı ilə təmsil olunmuşuq və 18 medal qazanmışıq. Bu göstəriciyə görə biz iştirak etmiş bütün ölkələr arasında birinci yerdəyik.

Ötən il Bakıda keçirilmiş Avropa Oyunları bir daha idmanımızın inkişaf səviyyəsini göstərdi. Bir daha göstərdi ki, biz güclü dövlətik. Bu Oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq doğrudan da böyük qələbədir, böyük qəhrəmanlıqdır. Siz də yaxşı xatırlayırsınız, təbii ki, mən də. Bu Oyunlar ərəfəsində, Oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniya da çalışırdı ki, bu Oyunlara ləkə vursun, bizim imkanlarımızı aşağılasın və idmançılarımızın qələbəsini təhrif etsin ki, Azərbaycan bu Oyunların keçirilməsi ilə məşğul olan ölkədir, ev sahibliyi edir, ona görə də yüksək nəticələrdir. Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bax, bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir. Biz həm keçən il yüksək idman nəticələri göstərdik, eyni zamanda, bu Oyunların keçirilməsi də bütün beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Mən bir çox Yay Olimpiya Oyunlarında olmuşam. Müqayisə edə bilərəm və bunu söyləyərkən bir daha demək istəyirəm ki, bizim təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir çox parametrlər üzrə bu Oyunlar Yay Olimpiya Oyunları üçün də nümunə ola bilər. Bilirəm ki, indi bizim təcrübəmizi öyrənirlər.

Bax, idman nəticələrimiz bundan ibarətdir. Biz həm beynəlxalq yarışlarda, dünya çempionatlarında, Olimpiya Oyunlarında böyük qələbələr qazanırıq, həm də istənilən böyükmiqyaslı beynəlxalq yarışı da təşkil edə bilirik. Onu da bir daha xatırlatmaq istəyirəm ki, Avropa Oyunlarının hazırlanması üçün bizim cəmi iki il vaxtımız var idi. İllərlə, bəlkə də 7-8 il ərzində görülən işləri biz iki il ərzində görə bildik. Bu Oyunlarla bağlı Bakının ən müasir idman infrastrukturu yaradıldı və əsaslı şəkildə təmir edildi. Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik.

Avropa Oyunları əlbəttə ki, ölkəmizin təbliğinə də müsbət xidmət göstərmişdir və biz bundan sonra da Bakıda beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi addımlar atmışıq.

Bu il ilk dəfə olaraq Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir. Çünki bu gün Azərbaycan dünyada həm qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizlik təmin olunan ölkə kimi tanınır. Bax, bütün bu amillərin sintezi Azərbaycanı xarici turistlər üçün çox cəlbedici ölkəyə çevirib. Əgər biz gözəl iqlimimizi, gözəl mətbəximizi, tarixi abidələrimizi, 9 iqlim qurşağını əlavə etsək, bir daha görərik ki, biz doğrudan da xoşbəxt insanlarıq, belə gözəl ölkədə yaşayırıq və belə gözəl ölkəni daha da gözəlləşdiririk.

Ona görə Formula-1 yarışının əhəmiyyəti bundan sonra da illərlə özünü göstərəcək. Turizmdən gələn gəlir ölkə iqtisadiyyatını gücləndirir, yeni iş yerlərinin açılmasına xidmət göstərir və iqtisadi şaxələndirməni təmin edir.

Biz gələn il İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da çox rəmzi məna daşıyır. Bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa, həm İslam oyunları keçirilir. Bu, bizim niyyətimizi göstərir. Çünki idman yarışları, o cümlədən Avropa Oyunları sadəcə olaraq idman tədbiri deyildi, bu, bir dostluq bayramı, həmrəylik təzahürü idi.

Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir və il ərzində bir çox mötəbər tədbir keçirilmişdir. İslam Oyunlarının, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha multikulturalizm ideyalarını təbliğ və tərənnüm edir. Əminəm ki, biz İslam Oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik, bizim təcrübəmiz var və Oyunların başlamasına təqribən 6 ay vaxt qalır. Demək olar ki, bütün əsas hazırlıq işləri görülübdür. Əlbəttə ki, bu Oyunlara sərf olunan xərclər çox aşağı səviyyədədir. Çünki bizim bütün infrastrukturumuz var, təşkilatçılıq qabiliyyətimiz yüksək səviyyədədir. Əminəm ki, bu yarışlarda iştirak edəcək idmançılar Bakıdan ən xoş təəssüratlarla ayrılacaqlar.

Bu yaxınlarda Bakıda Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir və bu da Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə ikinci mötəbər tədbirdir. Biz artıq dünyada bir idman mərkəzi kimi tanınırıq. Eyni zamanda, bəzi hallarda hansısa səbəblər üzündən əgər bir ölkədə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər, - bu yaxınlarda belə bir hal olub, - və biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik. Yəni, bu, beynəlxalq idman qurumları, beynəlxalq federasiyalar üçün də artıq bir real faktdır, bunu bilirlər. Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər və biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik. Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib. Əksinə, bütün bu illər ərzində bəzi antiazərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmamışdır. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərir. Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir.

Əlbəttə, bu uğurların əsasında idmançılarımızın peşəkarlığı, fədakarlığı, məşqçilərin peşəkarlığı dayanır. Eyni zamanda, dövlət siyasəti aparılır. İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Bölgələrdə 40-dan çox müasir Olimpiya İdman Kompleksi yaradılıbdır. Gələn il Abşeron və Ağcabədi rayonlarında iki Olimpiya İdman Kompleksi açılmalıdır. Bir neçə idman kompleksinin tikintisi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın. İndi əksər şəhərlərimizdə bu imkanlar var, harada ki, yoxdur, orada da olacaq.

Biz idmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq. Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər. Onlar Vətəni təbliğ edirlər. Onlar bizim səfirlərimizdir. Onlar Azərbaycan bayrağı altında çıxış edirlər. Ona görə onlarda vətənpərvərlik ruhu çox yüksəkdir, fiziki güc də var və bütün bölmələrdə uşaqların, yeniyetmələrin idmanla məşğul olması üçün tədbirlər görülür. Biz coğrafiyanı genişləndiririk və çalışmalıyıq ki, idmanla məşğul olmaq vərdişi kütləvi xarakter alsın.

Bu il artıq başa çatır. Bir daha qeyd etmək istəyirəm ki, bu il ərzində bizim çoxlu idman qələbələrimiz olubdur. Əminəm ki, idmançılar bizi gələn il də qələbələrlə sevindirəcəklər. Mən bütün Azərbaycan idmançılarını, idman mütəxəssislərini qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm və Sizə yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Tarverdi Allahverdiyevə, Çingiz Eyvazova, Seymur Əhədova, Vaqif Feyzullayevə, Oleq Krapivinə, Firudin Qurbanova, Həmid Məmmədyarova və Bəhruz Salehliyə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim etdi.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Abas Əzimova və Qəhrəman Məmmədyarova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olundu.

Dövlətimizin başçısı İlham Əliyev Olimpiya çempionu Radik İsayevə və Rio Olimpiadasında yarışların idarə olunmasında göstərdiyi yüksək peşəkarlığa görə beynəlxalq dərəcəli hakim Hicran Şərifova Milli Olimpiya Komitəsinin “Olimpiya” ordenlərini təqdim etdi.

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nurlan Aslanov, Bəxtiyar Abbasov, Ayaz Məmmədov, Vasif İsmayılov, Şəmsi Bayramov, Ramal Aslanov, Adil Əliyev, Zaur Axundov, Nəriman Quliyev və Emin Hacıyev Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif edildilər.

Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzuladı.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 661 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.11.2017 Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib
14.11.2017 Əməkdar Məşqçi Hacıbaba Əsgərovun anadan olmasının 100 illik yubileyi qeyd edilib
30.10.2017 Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələrinin Assosiasiyasının 22-ci Baş Assambleyasında iştirak edəcək
24.10.2017 MOK-un vitse-prezidenti İsraildə Avropa Ədalətli Oyunlar Hərəkatının 23-cü konqresində iştirak edir
03.10.2017 Bakıda “Olimpiya Gündəliyi-2020”yə dair seminar-konfrans işə başlayıb
03.10.2017 Avropa Milli Olimpiya Akademiyalarının seminar-konfransı keçirildi
29.09.2017 Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu işə başlayıb
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
18.09.2017 MOİK-in güləşçiləri hərbçilərin 32-ci dünya çempionatında iştirak üçün Litvaya yola düşüblər
30.06.2017 Dənizkənarı Milli Parkda Beynəlxalq Olimpiya Günü qeyd olunub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Tarixi qələbəni yenə hakim oğurladı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Ölkənin gənc vətəndaşı - gələcəyin təməl daşı
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru