Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
13.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
12.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
16/10 | 21:48 Azərbaycanın U-17 millisi Avropa çempionatının ilkin seçmə mərhələsində Bolqarıstan yığmasına qalib gəlib
16/10 | 20:27 Azərbaycanın ağır atletləri Avropa çempionatında mübarizəni davam etdirirlər
16/10 | 19:11 Nərimanov rayonu üzrə məhəllələrarası minifutbol turnirinə yekun vurulub
16/10 | 18:54 Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olundu
16/10 | 18:16 Azərbaycan triatlonçuları beynəlxalq reytinq cədvəlində irəliləyiblər
16/10 | 17:48 İrena Xubulova: Bu qələbəyə görə valideynlərimə və yaxınlarıma minnətdaram
16/10 | 16:32 “Real” futbol klubu Alaba ilə maraqlanır
16/10 | 15:55 “Qarabağ”-“Atletiko Madrid” matçını fransalı hakimlər briqadası idarə edəcək
16/10 | 15:22 Akrobatlarımız Avropa yaş qrupu yarışlarında iştirak ediblər
16/10 | 14:11 FIFA yeni reytinq cədvəlini açıqlayıb
16/10 | 13:34 Azərbaycanın “Odlar yurdu” komandaları gümüş və bürünc medallar qazanıblar
16/10 | 13:04 “Vardar”–“Real Sosyedad” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
16/10 | 12:30 Ağstafada 36 məktəb komandası poliatlon çoxnövçülüyü üzrə yarışda mübarizə aparıb
16/10 | 12:07 Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının bütün iştirakçıları müəyyənləşib
16/10 | 11:35 Cənub bölgəsi üzrə birincilikdə 7 rayonun cüdoçuları mübarizə aparırlar
16/10 | 11:18 Sərbəst güləşçilərimiz “Qitələrarası Kubok” beynəlxalq turnirində fərqləniblər
16/10 | 10:27 Azərbaycanın gənc ağır atletləri Avropa çempionatının ilk günündə 2 medal qazanıblar
16/10 | 10:01 Qadın həndbolçulardan ibarət “Nur” klubu Avropa Həndbol Federasiyası kubokunda növbəti oyununu keçirib
15/10 | 21:19 “Qarabağ”–“Atletiko Madrid” oyununa 35 min bilet satılıb
15/10 | 18:19 Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan veloyürüş keçirilib
15/10 | 17:54 İsveçrəli tennisçi Rocer Federer 94-cü titulunu qazanıb
15/10 | 11:05 “Nur” komandası “Viborq” kollektivi ilə ilk oyununu keçirib
15/10 | 10:23 Naxçıvanın “Araz” futzal komandası Rumıniya çempionu ilə qarşılaşıb
14/10 | 20:45 Həndbol üzrə ölkə birinciliyində iki oyun keçirilib
14/10 | 19:43 Çimərlik voleybolu üzrə “CEV-EEVZA Satellite” turnirinin qalibləri müəyyənləşib
14/10 | 19:32 Bu gün Avropa Kubokunun qalibləri müəyyənləşəcək
14/10 | 18:41 “Zirə” komandası doğma meydanda “Kəpəz”ə qalib gəlib
14/10 | 17:42 Avstriya yığmasının futbolçusu beynəlxalq karyerasını başa vurub
14/10 | 13:50 Atletlərimizin çıxış cədvəli məlumdur
14/10 | 13:29 İnyesta “Atletiko” ilə oyunda meydana çıxa bilər
14/10 | 12:12 Naxçıvanın “Araz” futzal komandası Rumıniya çempionu ilə qarşılaşacaq
14/10 | 11:01 Atletika üzrə dünya çempionu Ramil Quliyev ilə İstanbulda görüş keçirilib
13/10 | 21:16 “Zirə” klubunun məşqçisi Kiyev “Dinamo”sunun düşərgəsində olub
13/10 | 18:11 Azərbaycanın həndbol hakimləri beynəlxalq oyunlara dəvət alıblar
13/10 | 17:49 Azərbaycan Premyer Liqası: “Qarabağ” komandası “İnter”in qapısından iki cavabsız top keçirib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 7 6 1 0 14-3 19
2 Zirə 8 5 3 0 15-5 18
3 Qəbələ 8 5 1 2 11-8 16
4 Sumqayıt 8 3 1 4 8-11 10
5 İnter 8 2 2 4 7-11 8
6 Neftçi 8 2 1 5 9-9 7
7 Səbail 7 2 0 5 4-12 6
8 Kəpəz 8 1 1 6 5-14 4
Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
Tarix: 29.09.2017 | Saat: 15:00:00 | E-mail | Çapa göndər
Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Yubiley mərasiminin iştirakçıları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi
-Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün biz Milli Olimpiya Komitəsinin 25 illiyini qeyd edirik. Bugünkü mərasimdə Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar iştirak edirlər. Fürsətdən istifadə edərək, bugünkü mərasimdə iştirak etmək üçün ölkəmizə gəlmiş Avropa Olimpiya Komitələrinin nümayəndələrini xüsusi salamlayıram. Azərbaycan Avropa Olimpiya Komitələrinin fəal üzvüdür. Bugünkü mərasimdə Avropa Olimpiya Komitələrinin rəhbərliyinin iştirakı əlbəttə ki, bizi çox sevindirir. Onu da qeyd etməliyəm ki, bu gün Bakıda Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin toplantısı, eyni zamanda, Milli Olimpiya komitələrinin forumu keçirilir.

Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Qeyd etməliyəm ki, bütün müvafiq qurumlar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman daha da inkişaf etsin, idmanın kütləviliyi daha da geniş vüsət alsın və idmançılarımız bizi beynəlxalq yarışlarda tez-tez sevindirsinlər. Bax, bu birgə fəaliyyət nəticəsində və idmana cavabdehlik daşıyan bütün qurumlar arasındakı koordinasiya sayəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atmışdır.

Biz əlbəttə ki, ilk növbədə, idmanla məşğul olmaq üçün şərait yaratmalı idik və bu istiqamətdə dövlət investisiyaları hesabına Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilmişdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bir sözlə, son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir.

Biz əlbəttə ki, idmanda əldə edilmiş nailiyyətlərlə fərəhlənirik. Çünki bizim idmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər. Azərbaycan ilk dəfə olaraq müstəqil dövlət kimi 1996-cı ildə Yay Olimpiya Oyunlarında iştirak etmişdir və o vaxt cəmi 1 medal qazanmışdır. Ondan 20 il sonra Rio Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 18 medal qazanmışlar və medalların sayına görə komanda hesabında Azərbaycan 14-cü yerə layiq görülmüşdür. Bax, bu tərəqqi idmanın inkişafını göstərən ən gözəl amildir. Çünki Olimpiadadan-Olimpiadaya medallarımızın sayı artırdı və 18 medal qazanmaq doğrudan da çox böyük tarixi nailiyyətdir.

Azərbaycan idmançıları, eyni zamanda, Avropa və dünya çempionatlarında böyük uğurlar qazanırlar. Bu il bizim iki idmançımız sərbəst güləş və boks üzrə üçüncü dəfə dünya çempionu olub. Bu da tarixi nailiyyətdir. Bir sözlə, bu gün Azərbaycan o ölkələrdəndir ki, onun çox güclü idman potensialı var. Həm infrastruktur, həm idmançıların hazırlığı, gənc idmançıların hazırlanması - biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Bir daha qeyd etmək istəyirəm ki, bütün müvafiq qurumlar bir nöqtəyə vurur, bir məqsədə qulluq edir və məhz buna görə də biz idmanda bu nailiyyətləri əldə edə bilmişik.

Biz beynəlxalq arenada - Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitələri çərçivəsində də fəal iştirak edirik. Bizim beynəlxalq federasiyalarla da çox yaxşı əlaqələrimiz var. Təsadüfi deyil ki, Azərbaycanda demək olar ildə bir neçə dəfə mötəbər beynəlxalq yarış keçirilir. Bu günlərdə Bakı şəhərində qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçirilir. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib. Biz buna öyrəşmişik və bu da əlbəttə ki, həm ölkəmizin potensialını göstərir, həm də beynəlxalq federasiyaların bizə olan inamını əks etdirir. Bu idman tədbirləri arasında mötəbər yarışları bu gün xüsusilə qeyd etmək istərdim. Bakıda iki dəfə Formula-1 yarışı keçirilmişdir. Bu, tamaşaçı auditoriyasına görə Yay Olimpiya Oyunlarından sonra yəqin ki, ikinci idman yarışıdır. Bu yarışların auditoriyası 500 milyon insandır. Bakıda iki dəfə keçirilmiş “Formula-1” yarışı artıq “Formula-1” yarışları arasında özünəlayiq yer tuta bilib. Çünki bu, şəhər yarışıdır və tamaşaçılar üçün, televiziya ilə bu yarışı izləyənlər üçün həm yarış daha maraqlı keçir, eyni zamanda, şəhərimizin gözəlliyi yarım milyard insana təqdim olunur.

Azərbaycanda dünya, Avropa çempionatları keçirilir. Əlbəttə ki, mən 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunlarını xüsusi qeyd etməliyəm. Bu qərarı qəbul edən Avropa Olimpiya Komitələrinin rəhbərlərinə və üzvlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. O vaxt bu qərarın qəbul edilməsi bizə imkan verdi ki, bu Oyunları keçirək, öz imkanlarımızı göstərək və beləliklə, Avropa Oyunlarına start verək. Bilirsiniz ki, hazırlıq üçün bizim cəmi 2 il yarım vaxtımız var idi və deyə bilərəm ki, bu Oyunlar qısa müddət ərzində Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bakıda bu Oyunlarda 50 ölkə, 5 mindən çox idmançı, nümayəndə heyətlərinin minlərlə üzvü, qonaqlar iştirak ediblər. Onu da qeyd etməliyəm ki, Azərbaycan bu Oyunlarda çox yaxşı nəticələr göstərmişdir, komanda hesabında idmançılarımız ikinci yerə layiq görülmüşlər. Bu Oyunlar bizim hamımızın xatirindədir, bu, gözəl bir idman və dostluq bayramı idi. O günlərdə yaşanan ab-hava əminəm ki, bundan sonra da bizim yaddaşımızdan silinməyəcək. Bu gözəl təcrübəni əldə edərək, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirib. Bu Oyunlarda 54 ölkə, 3 mindən bir qədər çox idmançı iştirak etmişdir. Bu Oyunlarda da Azərbaycan idmançıları öz güclərini göstərərək bu dəfə komanda hesabında, 54 ölkə arasında birinci yeri tuta bilmişlər. Bu Oyunlar da çox böyük müvəffəqiyyətlə keçdi. Həm Avropa Oyunlarında, həm də İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş idmançılar və qonaqlar əminəm ki, öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar.

Bu Oyunların keçirilməsi həm ölkəmizin potensialını, həm bizim siyasətimizi, həm də imkanlarımızı göstərir. Çünki bu Oyunlar sadəcə olaraq idman yarışları deyil. İdman dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amildir. Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir.

Siz bilirsiniz ki, Azərbaycan bu istiqamətdə dünya miqyasında çox böyük işlər görür. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi özünü təsdiqləyib. Biz keçən ili Azərbaycanda “Multikulturalizm İli” elan etmişdik. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu iki təşəbbüs arasında sıx bağlılıq var. Yəni, biz, bu təşəbbüslə göstəririk və bildiririk ki, dünyada bütün məsələlər qarşılıqlı anlaşma, əməkdaşlıq şəraitində öz həllini tapmalıdır. Məhz Azərbaycan 2008-ci ildə “Bakı prosesi”nə start verdi. Bu gün “Bakı prosesi” BMT tərəfindən dəstəklənən çox geniş bir hərəkatdır. Məhz 2008-ci ildə Azərbaycan Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdi. Beləliklə, birinci dəfə hər iki təşkilat bir yerdə toplantı keçirmişdir. “Bakı prosesi” o gündən bu günə qədər çox böyük məsafə qət etmişdir və bu gün beynəlxalq aləmdə çox yüksək qiymətləndirilir.

Yəni, idman ictimai həyatın önəmli amili kimi, əlbəttə, bundan sonra da öz rolunu oynayacaq. Azərbaycan idman yarışlarını keçirərkən, əlbəttə, eyni zamanda, bu məqsədi də güdür ki, idmançılar arasında, xalqlar arasında, ölkələr arasında münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulsun.

Bugünkü mərasim mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mən iyirmi ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyət göstərirəm. 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu etimadı mənə göstərib. Hesab edirəm ki, mən bu şərəfli missiyanı bu günə qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə Prezidenti seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim. İdmançıların bütün yarışları demək olar ki, diqqət mərkəzindədir. Mən o yarışları imkan daxilində izləyirəm. İdmançıların qayğıları, problemləri ilə daim maraqlanıram. Mənim həyatımın iyirmi ili artıq Olimpiya Hərəkatına, idmana həsr edilib.

Onu da qeyd etməliyəm ki, Azərbaycanda dövlət və ictimai təşkilatlar idmançıların məişət problemlərinin həllində də fəal iştirak edirlər. Hər il ilin yekunlarına görə, iyirmidən çox görkəmli idmançıya dövlət tərəfindən mənzillər, digər mükafatlar, təqaüdlər verilir. Yəni, biz daim çalışırıq ki, idmançılarımızı dəstəkləyək. Çünki bu gün idman Azərbaycanda, bizim cəmiyyətimizdə çox önəmli ictimai amilə çevrilib.

İdmançı olmaq çox şərəfli peşədir. İdmançılara cəmiyyətdə hörmət böyükdür. Onu da qeyd etməliyəm ki, bizim idmançılarımız həm idman yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar. İdmançılar, onların uğurları, onlara dövlət tərəfindən verilən qiymət və dəstək əlbəttə ki, uşaqları da idman bölmələrinə cəlb edir. Çünki uşaqlar da görürlər ki, əgər sən idmanda böyük uğur qazanarsansa, onda həm xalq, həm dövlət səni yüksək qiymətləndirəcək.

Beləliklə, bu gün Azərbaycanda yeniyetmə, uşaq idmanı da uğurla inkişaf edir. Qeyd etdiyim kimi, bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait var. Bizim çempionlarımızın uğurlu çıxışları, onların qələbələri gəncləri də, uşaqları da əlbəttə ki, idmana cəlb edir. Hər dəfə bizim idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qaldıranda hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu qələbələrə, bu qələbə sevincini xalqımıza bəxş etdiklərinə görə Azərbaycan idmançılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Çıxışımın sonunda bir məsələyə də toxunmaq istərdim. Bu gün biz Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik. Bəziləri elə hesab edirlər ki, elə də olmalıdır. Biz gərək keçmişə də baxaq, müqayisə də edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında 14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir.

Bizim həmişə güclü idmançılarımız olub. Sovet vaxtında da Azərbaycan nümayəndələri xalqımızı SSRİ yığma komandalarında ləyaqətlə təmsil ediblər. Ancaq əlbəttə ki, indiki nailiyyətlərlə o vaxtkı nailiyyətlər müqayisəedilməz dərəcədə fərqlənir.

Bu gün biz müstəqil dövlət kimi medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, nəyin hesabına mümkün olub? Əlbəttə, görülən işlər, apardığımız siyasət hesabına - bu barədə mən artıq öz fikirlərimi bildirdim. Mən görülən işlərin bir hissəsini qeyd etdim. Amma əsas səbəb və bunun əsas qaynağı bizim müstəqilliyimizdir. Biz 26 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o cümlədən idman sahəsində də bu uğurlara imza atıb.

Bir neçə gün bundan əvvəl dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinin indeksini açıqlayıb. Azərbaycan il ərzində iki pillə irəli gedərək 37-ci yerdən 35-ci yerdə qərarlaşıb. Bu da MDB məkanında birinci yerdir. Yəni, 140-a yaxın ölkənin iqtisadiyyatları təhlil edilib. Onların arasında Azərbaycan - gənc müstəqil dövlət 35-ci yerdədir. Bu, nəyin hesabına mümkün olub? Düşünülmüş siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Bunun təməlində bizim müstəqilliyimiz dayanır. Müstəqilliyimiz ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Bu gün medallar qazanan, idman şöhrətimizi dünyada artıran idmançılarımızın böyük əksəriyyəti müstəqillik dövründə doğulub, onların hamısı müstəqillik dövründə formalaşıb.

Azərbaycan bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcək. Bizim gələcəkdə idman uğurlarımız daha da çox olacaq. Bütün idmançıları əldə edilmiş qələbələr münasibətilə təbrik edirəm və yeni qələbələr, uğurlar arzulayıram. Sağ olun.

x x x

Avropa Olimpiya Komitələrinin icraçı prezidenti Janez KOÇİJANÇİÇ çıxış edərək dedi:

-Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev. Hörmətli dostum, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva.

Avropa Olimpiya Komitələrinin rəsmiləri, hörmətli dostumuz gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvləri, hörmətli milli federasiya üzvləri.

Mən böyük şərəf hissi ilə Azərbaycan Milli Olimpiya Komitəsinin 25-ci ildönümü ilə əlaqədar təşkil olunmuş bu mərasimdə qarşınızda çıxış edirəm. 25 illik tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqının idman sahəsində əldə etdiyi nailiyyətlər fantastikdir. Siz Avropa Oyunlarında böyük sayda medallar qazandınız. İslam Həmrəyliyi Oyunlarında isə qazandığınız medalların sayı ondan da çox oldu. Cənab Prezident burada qeyd etdi ki, Olimpiya Oyunlarında 18 medal qazanılıb. Bu, bir daha onu göstərir ki, Siz qarşınıza qoyduğunuz ümumi məqsədə nail olmusunuz. Məhz bunu idmanı milli səviyyədə inkişaf etdirməklə, cəmiyyət daxilində idmanın daha da kütləviləşdirilməsi üçün çalışaraq Siz bir növ yeni bir səhifəni açmısınız. Sizi bu münasibətlə səmimi qəlbdən təbrik edirəm, 25 iliniz mübarək olsun! Siz çox gözəl iş aparmısınız.

İkinci məqam. Siz Bakıda birinci Avropa Oyunlarını keçirdiniz. Əslində, Sizin Avropa idman hərəkatına, Avropada Olimpiya Hərəkatına nə qədər böyük töhfə verdiyinizi yaxşı anlayırıq, biz bunu görürük. Biz növbəti Oyunları Minsk şəhərində keçirəcəyik. Lakin Azərbaycan bu ilkə imza atdı və birinci Oyunları keçirdi, ev sahibi oldu. Bu, ümumiyyətlə, Olimpiya Oyunlarının gələcəyinə verdiyiniz töhfə oldu. Çox sağ olun. Bu, yüksək dəyərləndirilən bir nailiyyət idi.

Üçüncü məqam. Mən bunu iftixar hissi ilə burada bildirirəm. Mən burada bu Mərkəzdə çıxış edirəm. Bu Mərkəz Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin, Sizin atanızın adını daşıyır. O, Azərbaycanın keçmişinin və indiki dövrünün təcəssümüdür. Təbii ki, xalqınız üçün bir çox nailiyyətlər həmin dövrdə əldə edilmişdir. Məsələn, bizim ölkədə bu cür tədbirlər əslində qısa olur, bir neçə gün çəkir. Lakin bu cür tədbirlərin keçirilməsi, müxtəlif beynəlxalq yarışların təşkil olunması sizdə silsilə halı alıb. Biz bilirik ki, yaxın vaxtlarda Siz, həmçinin gənclər arasında idman festivalı keçirəcəksiniz, digər tədbirlərə ev sahibliyi edəcəksiniz. Biz böyük məmnuniyyətlə yenidən Azərbaycana gələcəyik. Sizi bir daha təbrik edirik. Azərbaycan xalqı öz idman nailiyyətlərindən fərəhlənə bilər.

x x x

İcraçı prezident Janez Koçijançiç Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim etdi.

x x x

Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius VİZER çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti.

Avropa Olimpiya Komitələrinin icraçı prezidenti cənab Janez Koçijançiç, cənab Patrik Hikki, hörmətli qonaqlar, xanımlar və cənablar.

Mən Prezidenti və birinci xanımı, bütün Azərbaycan xalqını Azərbaycan Milli Olimpiya Komitəsinin 25-ci ildönümü, o cümlədən idman sahəsində və bütün digər sahələrdə qazandığınız uğurlara, həmçinin iqtisadi nailiyyətlərinizə görə təbrik etmək istəyirəm. Siz təhsildə, elmdə, ölkənizin gələcəyi ilə bağlı olan bir çox sahələrdə böyük nailiyyətlər əldə etmisiniz. Azərbaycan ilk Avropa Oyunlarını 2015-ci ildə keçirdi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları burada təşkil olundu. Bir çox Avropa və dünya çempionatları da ölkənizdə keçirilib. Bu cür tədbirləri keçirərək Siz bu sahəyə böyük sərmayələr qoyursunuz, o cümlədən idmanı inkişaf etdirirsiniz, ölkənizin mədəni irsini daha da geniş coğrafiyada təbliğ edirsiniz. Mən sizin hamınıza beynəlxalq idman hərəkatına, Beynəlxalq Olimpiya Hərəkatına verdiyiniz töhfəyə görə təşəkkürümü bildirirəm. Sizin səyləriniz sayəsində bir çox yeni idmançılar formalaşır. Gələn il növbəti dünya çempionatımız keçiriləcək və sizin hamınızı böyük məmnuniyyətlə həmin çempionata dəvət edirəm.

Belə bir nüfuzlu tədbirdə iştirak etmək mənim üçün şərəf oldu. Cənab Prezident, mən beynəlxalq cüdo ailəsi adından şərəf hissi ilə Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Sizə təqdim etmək istəyirəm. Çox sağ olun.

x x x

Marius Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

x x x

Mükafatlara görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Əziz dostlar, mən bu mükafatlara görə prezident Koçijançiçə, prezident Vizerə təşəkkürümü bildirmək istəyirəm. Mən bunu idmanın və Olimpiya Hərəkatının inkişafındakı nailiyyətlərimizə verilən qiymət kimi dəyərləndirirəm. Avropa Oyunlarına hazırlıq zamanı bizə göstərdikləri böyük dəstəyə görə bir daha bu səhər görüşdüyüm bütün qonaqlarımıza, Olimpiya ailəsinin üzvlərinə minnətdarlığımı bildirmək istərdim. Birincisi, bu Oyunların bizdə keçirilməsinə imkan verən qərara görə, ikincisi də hazırlıqlar zamanı komandaların, Azərbaycan və Avropa komandalarının birlikdə necə sıx şəkildə işlədiyini bilirəm. Mən Avropada idmanın inkişafına verdiyi böyük töhfələrə görə cənab Patrik Hikkiyə şəxsən minnətdarlığımı bildirmək istərdim. Avropa Oyunlarının keçirilməsinə başlamaq onun təşəbbüsü idi. Patrik, təşəkkür edirəm. Bu səhər mən, həmçinin dostumuz Spiros Kapralosla görüşdüm. O, buraya “Dostluq” ordeni ilə gəlib. Bu orden ona mənim tərəfimdən Avropa Oyunlarının təşkilinə böyük töhfələrinə görə verilib. Təşəkkür edirəm. Mən Azərbaycanda cüdonun inkişafına verdiyi davamlı dəstəyə görə dostumuz, Cüdo Federasiyanın prezidenti Marius Vizerə təşəkkürümü bildirmək istərdim. Biz əldə etdiyimiz nəticələrlə fəxr edə bilərik. Biz dünya çempionatında çox yaxşı nəticələr göstərdik. Əlbəttə ki, növbəti dünya çempionatı tezliklə Bakıda keçiriləcək. Biz idmanın bu növünü daha da kütləviləşdirəcəyik. Həmçinin Avropa Olimpiya ailəsindəki dostlarımıza minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bizim qəlbimizdə sizin öz yeriniz var. Təşəkkür edirəm.

x x x

Mərasim konsert proqramı ilə davam etdi.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 24 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.10.2017 Bakıda “Olimpiya Gündəliyi-2020”yə dair seminar-konfrans işə başlayıb
03.10.2017 Avropa Milli Olimpiya Akademiyalarının seminar-konfransı keçirildi
29.09.2017 Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu işə başlayıb
18.09.2017 MOİK-in güləşçiləri hərbçilərin 32-ci dünya çempionatında iştirak üçün Litvaya yola düşüblər
30.06.2017 Dənizkənarı Milli Parkda Beynəlxalq Olimpiya Günü qeyd olunub
04.06.2017 “Olimpiya hərəkatı” proqramı çərçivəsində respublika birinciliyinin final mərhələsi başlayıb
02.06.2017 “Olimpiya hərəkatı” proqramının rayon mərhələsi sona çatıb
17.05.2017 Milli Olimpiya Komitəsində qalib idmançılarla növbəti görüş
05.05.2017 Azərbaycan ilə Ukrayna Milli Olimpiya komitələri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
20.04.2017 Milli Olimpiya Komitəsi baş katibinin müavini Respublika Velotrekində yaradılan şəraitlə tanış olub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Ümidli başlanğıcın məsuliyyətsiz sonluğu
Leyla Qurbanova
leyla-6565@mail.ru
Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Ölkənin gənc vətəndaşı - gələcəyin təməl daşı
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru