Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
20/11 | 21:33 “Avro 2020” Könüllülər Proqramının universitet təqdimatları yekunlaşıb
20/11 | 20:22 UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20/11 | 19:16 Badminton üzrə respublika çempionatının açılış mərasimi keçirilib
20/11 | 18:55 AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20/11 | 18:02 Budo üzrə paytaxt turnirində 500 idmançı birincilik uğrunda mübarizə aparıb
20/11 | 17:51 Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək
20/11 | 17:34 Azərbaycanın voleybol hakimi “Alba”-“Konegliano” oyununa təyinat alıb
20/11 | 16:51 Futbol üzrə Azərbaycan I Divizionda XI turun oyunları üçün bütün təyinatlar məlum oldu
20/11 | 16:04 Cüdo üzrə açıq paytaxt çempionatı təşkil olunacaq
20/11 | 15:52 Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
20/11 | 15:13 Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar müəyyənləşdi
20/11 | 14:41 Azərbaycanın U-16 komandasının təlim-məşq toplanışına 28 futbolçu dəvət olunub
20/11 | 14:14 FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
20/11 | 13:17 10 yaşlı gimnastımız Mina Abbasova beynəlxalq turnirin ikincisi olub
20/11 | 12:29 Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyinə start verilib
20/11 | 11:32 Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin edilib
20/11 | 11:15 Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatında ikinci tur başa çatıb
20/11 | 10:40 Naxçıvan futzal liqasında 6-cı turun oyunları yekunlaşıb
20/11 | 10:05 Badminton üzrə Respublika Çempionatında 96 idmançı mübarizə aparacaq
20/11 | 09:40 “Avro - 2020” seçmə mərhələsinə yekun vurulub
20/11 | 07:06 Azərbaycan millisi “Avro -2020”nin seçmə mərhələsində sonuncu oyununu başa vurub
19/11 | 23:25 Astarada budo döyüş növləri üzrə keçirilən açıq rayon birinciliyi başa çatıb
19/11 | 21:17 Futbol üzrə Azərbaycan-Ukrayna yoldaşlıq oyunu heç-heçə yekunlaşıb
19/11 | 20:30 San-Paulu meri: “İnterlaqos” hələ 10 il F1-ə ev sahibliyi edəcək
19/11 | 19:50 “Böyük dəbilqə”nin mükafatçısı Osaka turnirində iştirak etməyəcək
19/11 | 19:05 Azərbaycanın U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsini xalsız başa vurub
19/11 | 18:34 Azərbaycan Gimnastika Federasiyası bu il də çox maraqlı və gözoxşayan Yeni il şousu vəd edir
19/11 | 18:14 Karate-Do Akademiyası Milli Dirçəliş Günü münasibətilə turnir keçirib
19/11 | 17:55 Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub
19/11 | 17:40 Şumaxer haqqında sənədli filmin nümayişi təxirə salınıb
19/11 | 16:50 AFFA-nın əməkdaşları “Krasnodar”-“Bazel” oyununa təyinat alıblar
19/11 | 16:20 Şahmat üzrə “King Salman World Cup” dünya çempionatı Moskvada keçiriləcək
19/11 | 15:58 Azərbaycanlı cüdo hakimləri beynəlxalq yarışlarda ədaləti qoruyublar
19/11 | 15:20 Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19/11 | 14:50 FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
Bakı şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
Tarix: 21.10.2000 | Saat: 14:07:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar!
- Hörmətli qonaqlar!
- Hörmətli xanımlar və cənablar!
Sizi - Azərbaycanın bütün idman ictimaiyyətini Milli Olimpiya Komitəsinin qısa bir müddətdə tikib başa çatdırdığı və bu gün istifadəyə verdiyi gözəl Olimpiya kompleksinin açılışı münasibəti ilə ürəkdən təbrik edirəm. Milli Olimpiya Komitəsinə, bütün idmançılarımıza idmanda yeni-yeni uğurlar arzulayıram.
Hörmətli cənab Jak Roqq, xanım Roqq, hörmətli cənab Mario Peskante. Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin ilk dəfə ölkəmizə gəlməyinizin, bir tərəfdən, Azərbaycan Milli Olimpiya Komitəsinin nailiyyətləri ilə bağlı olduğunu düşünürəm, ikinci tərəfdən də, bunu daha çox sizin Azərbaycana, bizim ölkəmizə, xalqımıza, idmanımıza diqqətiniz kimi qəbul edirəm. Sağ olun. Bu il dünyada, o cümlədən müstəqil Azərbaycanda ən sevindirici, ən əlamətdar hadisələrdən biri XXVII Sidney Yay Olimpiya Oyunları oldu. Bütün dünyanın nəzər-diqqəti Sidneyə cəlb edilmişdi. Dünyanın bütün televiziya şirkətləri Olimpiya oyunlarının gedişini yer kürəsinin hər bir guşəsinə canlı yayımlayırdılar. Bəlkə də dünyada heç bir hadisə bütün ölkələrin, yer kürəsinin insanları tərəfindən bu qədər maraq doğurmamışdır. Təbiidir ki, biz də Azərbaycanda oraya göndərdiyimiz nümayəndə heyətinin, idmançıların hər addımını izləyirdik və yarışlarda onların nailiyyətlər, qələbə əldə etməsini səbirsizliklə gözləyirdik. Ona görə gözləyirdik ki, Azərbaycanda idman, Olimpiya Hərəkatı yüksək səviyyəyə çatıbdır. Bizim çox gözəl, güclü və bacarıqlı idmançılarımız vardır. Biz ona görə gözləyirdik ki, yola salarkən onlar Azərbaycan dövlətinə, xalqına söz vermişdilər ki, qələbə qazanacaqlar, qələbə ilə də Vətənə dönəcəklər. Bizim arzularımız, istəklərimiz və Milli Olimpiya Komitəsinin, idmançılarımızın verdiyi söz yerinə yetirilibdir. Azərbaycan idmançıları, müstəqil Azərbaycan ilk dəfə dünya Olimpiya oyunlarında, XXVII Sidney Yay Olimpiya Oyunlarında misli görünməmiş nailiyyətlər əldə etdilər, qələbə qazandılar. İki qızıl medal, bir gümüş medal, bir neçə idmançımızın onuncu yerə qədər müxtəlif yerlər tutması - bunlar, həqiqətən, böyük nailiyyətdir, böyük qələbədir. Bizim idmançılar bununla fəxr edirlər və buna da haqları vardır. Xalqımız bununla fəxr edir və müstəqil Azərbaycan indiyə qədər həmin hadisənin təsiri altında, bayram əhval-ruhiyyəsində yaşayır. Müstəqil Azərbaycan son illər bütün sahələrdə dünya miqyasında özünü layiqincə təmsil etdiyi kimi, bizim idmançılarımız da ölkəmizi layiqincə təmsil etdilər və xalqımıza, millətimizə sevinc gətirdilər. Bu kompleks Azərbaycan Milli Olimpiya Komitəsinin bizim idmançılara yeni bir hədiyyəsidir. Mən XXVII Yay Sidney Olimpiya Oyunlarında uğurlar, medallar qazanmış idmançılarımızı, Milli Olimpiya Komitəmizi bir daha ürəkdən təbrik edirəm və onlara yeni-yeni qələbələr, nailiyyətlər arzu edirəm. Milli Olimpiya Hərəkatı Azərbaycanda yeni yaranmağa başlamışdır. Keçmişdə Azərbaycanda belə hərəkat, belə təşkilat olmamışdır. Milli Olimpiya Hərəkatının və Milli Olimpiya Komitəsinin yaranması Azərbaycanın dövlət müstəqilliyinin, xalqımızın milli azadlığının bəhrəsidir, onun nəticəsidir. Amma dəfələrlə deyildiyi kimi, mən bu gün də bildirmək istəyirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bir çox çətinliklərlə rastlaşmışdı və bu yolu asan keçməmişdi. Bu yol bu gün də asan deyildir. Azərbaycanda Milli Olimpiya Komitəsi 1992-ci ildə yaranmışdı. Ancaq bu gün hamı görür və hamı etiraf etməlidir ki, təəssüflər olsun, o illərdə bütün başqa sahələrdə pozuculuq quruculuqdan daha da üstün olduğuna görə, elə Milli Olimpiya Komitəmiz də bir iş görmürdü və idmanın çox nailiyyətlərini dağıdıbdır, parçalayıbdır. Ona görə də o vaxt Azərbaycan idmançıları Olimpiya Komitəsində olan bütün bu hərc-mərcliyə son qoymağı qərara aldılar. Xalqa məlum olduğu kimi, o vaxt, o illər - xalq cəbhəsi hakimiyyətdə olduğu zaman Olimpiya Komitəsi və onun rəhbərləri Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidov kimi yaramazın əlində oyuncağa çevrilmişdi. Bu böyük komitə ayrı-ayrı mafioz qrupların əlində idi. Bizim idmançılar buna dözürdülər. Çünki o vaxt başqa yolları yox idi. Amma dözüm də gəlib müəyyən dərəcəyə çatdı və idmançılarımız, Olimpiya Komitəsinə daxil olan idman federasiyaları artıq buna dözə bilmədilər, seçki apardılar və Milli Olimpiya Komitəsinin yeni tərkibini, yeni rəhbərliyini seçdilər. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi.
O vaxtdan çox keçməyibdir. Ancaq bu qısa bir zamanda Azərbaycanda Milli Olimpiya Hərəkatı böyük vüsət alıbdır, yüksək nailiyyətlər əldə edibdir. Son illər idmanın müxtəlif növləri üzrə Avropa və dünya yarışlarında Azərbaycan idmançılarının əldə etdiyi nailiyyətlər buna əyani sübutdur. Bunların hamısının da zirvəsini XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının, Milli Olimpiya Komitəsinin əldə etdiyi nailiyyətlər təşkil edir. Azərbaycanda idmana qısa bir zamanda yüz minlərlə gənc cəlb olunubdur. Ancaq bütün gənclər idmana həvəs göstərir, idmanla məşğul olmaq istəyirlər. Bunun üçün maddi-texniki baza lazım idi. Keçmişdə yaranmış maddi-texniki bazanı vaxtilə dağıtdılar. Mən bir dəfə demişəm. Xatirimdədir, 1952-ci ildə burada, bu yaxınlıqda Azərbaycanın mərkəzi stadionu açıldı. Mən o vaxt gənc olarkən, həmin açılışda iştirak etmişdim. Ondan sonrakı illərdə o stadion Azərbaycan xalqına, gənclərinə, futbola xidmət etmişdir. Amma sonra nə oldu? 1990, 1991, 1992-ci illərdə və 1993-cü ildə, hətta 1994-cü ildə də o stadionu bazara döndərdilər, orada kababxanalar açdılar. Stadionu dağıtdılar və elə vəziyyətə gətirdilər ki, mən xatırlayıram, bir dəfə hansısa beynəlxalq yarış keçirilməli idi, beynəlxalq hakimlər gəlib dedilər ki, burada yarış keçirmək olmaz. Yarışı Sumqayıt stadionunda keçirdilər. Bax, biz bu cür keçmişi də görmüşük. Əvvəllər yaranmış idman potensialını, yəni idmanın maddi-texniki potensialını inkişaf etdirmək əvəzinə, onun dağıdılmasını, tarimar edilməsini görmüşük. Ancaq biz bunların qarşısını aldıq və indi həmin stadion bərpa edilibdir. Orada yarışlar gedir, istifadə olunur. Amma hesab edirəm ki, hələ onu tam yüksək səviyyəyə gətirib çıxara bilməmişik. Bizim futbol federasiyamız da hələ günün tələblərinə cavab verə bilmir. İndi isə Milli Olimpiya Komitəsi öz imkanlarından istifadə edərək, dövlətdən heç bir vəsait almayaraq, Azərbaycanın müxtəlif yerlərində Olimpiya Komitəsinin idman komplekslərini tikməyə başlamışdır. Mən indi burada, bu salonda onların bir neçəsinin layihəsi ilə tanış oldum və İlham Əliyev məlumat verdi ki, o yerlərin hamısında tikintilər gedir. Burada qısa bir müddətdə, mənə dedilər, bir il içərisində bu cür müasir, beynəlxalq standartlara uyğun olan belə gözəl kompleks yaradılmışdır.
Biz bura gələrkən, kompleksin birinci zalını gəzdik. Ondan sonra idmançılar üçün yaradılmış şəraitə baxdıq. Burada həm soyuq vaxtda istilik, həm də isti vaxtda sərinlik təmin edən böyük aqreqatlar qurulubdur. Yəni burada ilin 12 ayında idmançılarımız öz məşqlərini keçirə bilərlər, idmanla məşğul ola bilərlər, özlərini hazırlayıb inkişaf etdirə bilərlər. Mən qonşu zalda bizim gənclərimizi, 7-8 yaşında uşaqları gördüm. Onlar güləşirlər, onlar cüdo, karate ilə məşğul olurlar. Onlar ağırlıq qaldırırlar. Onlar öz əzələlərini möhkəmləndirirlər.
Mən bir idmançıya yanaşdım. Əzələsi elədir ki, onu heç iki əlimlə də tuta bilmədim. Görürsünüz, bizdə nə qədər güclü insanlar vardır. Soruşdum, neçə yaşın var? 18 yaşı. Demək, bax, bu adam müstəqil Azərbaycan dövründə böyüyüb, 18 yaşına çatıbdır. Əgər bu adam yaxşı yaşamasa, bunun güzəranı yaxşı olmasa, necə deyərlər, gəlib burada əzələlərini nə qədər tərpətsə də, bu vəziyyətə çatmaz. Demək, gənclərimizə həm yaxşı yaşamaq şəraiti yaratmışıq, həm də onların fiziki cəhətdən möhkəmlənməsi, inkişaf etməsi üçün və böyük idmanda iştirak etməsi üçün şərait yaradılıbdır. Mən bir uşağa yanaşdım ki, neçə yaşın var? Dedi, 8 yaşım var. Güləşir, özü də elə güləşir ki, mən təəccüb edirəm, rəqibini qaldırıb yerə vurur. Nə qədər sevindirici haldır. Bilirsiniz, bir insan kimi, vətəndaş kimi, eyni zamanda Azərbaycan Prezidenti kimi, mənim sevincim heç yerə sığmır. Çünki qısa bir zamanda, görün, biz necə nailiyyətlər əldə etmişik. Ancaq hesab edirəm ki, bu, Milli Olimpiya Komitəsinin işinin hələ başlanğıcıdır. Milli Olimpiya Komitəsi əldə etdiyi təcrübədən və təbiidir ki, ictimaiyyətin bu işlərə verdiyi yüksək qiymətdən ruhlanaraq, bundan sonra öz iş dairəsini genişləndirəcək, maddi-texniki baza yaratmaq sahəsində çox işlər görəcəkdir. Hesab edirəm ki, gələn Olimpiya oyunlarına qədər Azərbaycanda idman daha da yüksələcək, daha da inkişaf edəcəkdir. Avropa Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq burada öz nitqində idmanın insana nə verdiyini, onun nə olduğunu çox gözəl dedi. Mən onun sözləri ilə tamamilə razıyam. Onu da demək lazımdır ki, əgər Avropa ölkələrində, Amerikada, inkişaf etmiş bir neçə başqa ölkələrdə idman çox yüksək səviyyədədirsə, bizim ölkəmizdə, Azərbaycanda, təkcə bizdə deyil, yəni Şərq ölkələrində hələ ki, bu səviyyəyə çatmayıbdır. Amma Azərbaycan gəncinin, Azərbaycan insanının potensial gücü çox böyükdür. Həm fiziki gücü böyükdür, həm də onun mənəvi iradəsi böyükdür. Ona görə də əgər biz hamımız bu işə kömək etsək, idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini mütləq onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik. Azərbaycan gənclər ölkəsidir. Allaha şükürlər olsun ki, bizdə ailələr çoxuşaqlıdır, yeni-yeni uşaqlar dünyaya gəlir, bizim əhalimiz artır. Bir neçə il bundan öncə məlumat verirdik ki, 7 milyon əhalimiz var. İndi son siyahıyaalmada məlum oldu ki, Azərbaycanda 8 milyon əhali var. Kiçik bir ölkədə 8 milyon əhali az deyildir. Təəssüf ki, Ermənistanın təcavüzü nəticəsində bizim torpaqlarımızın bir qismi işğal altındadır və gənclərimizin bir hissəsi çadırlarda yaşayır, ağır şəraitdə yaşayır və idman üçün yaranmış bu imkanlardan lazımi qədər istifadə edə bilmirlər. Ancaq mən bilirəm, o çadırlarda olmuşam, görürəm ki, gənclər hətta ağır şəraitdə yaşasalar da, möhkəm fiziki gücə, iradəyə malikdirlər. Bilirlər ki, onlar öz doğma torpaqlarına qayıdacaqlar, öz evlərinə, yurdlarına qayıdacaqlar. İdmanın, bədən tərbiyəsinin kütləvi olması xalqımızı dünyada mövcud olan bir çox bəlalardan da xilas edəcəkdir. Bu bəlaları bilirsiniz - spirtli içkilərdən istifadə edilməsi, narkotiklərin qəbul olunması, yaxud da başqa mənfi həyat tərzi keçirən gənclər, insanlar. Təəssüflər olsun ki, dünyada bu mənfi proses çox inkişaf edibdir və bir çox ölkələrə sirayət edir. Bizdə də pozucu adamlar, dağıdıcı adamlar vaxtilə gəncləri təhsilə, tərbiyəyə, idmana cəlb etmək əvəzinə, hərəsi öz şəxsi məqsədləri üçün onları o siyasi işə - bu siyasi işə qoşub həm təhsildən, həm mədəniyyətdən, həm də idmandan ayırdılar və çoxları da, təəssüflər olsun ki, həmin mənfi proseslərin təsiri altına düşdü. Biz bunların qarşısını almalıyıq. Bunların qarşısını almaq üçün bizim vəzifəmiz Azərbaycanda təhsili inkişaf etdirməkdir, bütün gəncləri təhsilə cəlb etməkdir. Bunun qarşısını almaq üçün bizim vəzifəmiz insanların rifah halını yaxşılaşdırmaqdır. Bunun qarşısını almaq üçün bizim vəzifəmiz idman hərəkatını genişləndirmək, idmanı kütləvi etmək və bütün insanlara anlatmaqdır ki, bədən tərbiyəsi ilə məşğul olsunlar. Budur, bizim vəzifəmiz. Mən bu gün deyə bilərəm ki, Azərbaycan dövləti bu vəzifələri ardıcıl surətdə həyata keçirir və keçirəcəkdir. Bizim apardığımız iqtisadi, xarici, daxili siyasət, iqtisadi islahatlar, təhsil, səhiyyə sahələrində həyata keçirdiyimiz islahatlar bu vəzifələrin yerinə yetirilməsini təmin edəcəkdir. Ermənistanın təcavüzü ilə əlaqədar, indi Azərbaycan çətin bir dövr yaşayır. 1988-ci ildən Ermənistanın Azərbaycana təcavüzü başlayıbdır. Heç də o qədər daxili gücə malik olmayan Ermənistan müxtəlif obyektiv və subyektiv səbəblərdən Azərbaycan torpaqlarının 20 faizini işğal edib və işğal olunmuş torpaqlarımızdan bir milyon vətəndaşımız didərgin düşüb, çadırlarda yaşayır. Biz neçə ildir ki, bu məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Bunun üçün 1994-cü ilin may ayında biz atəşkəsi təmin etdik. Təsəvvür edin, 1994-cü ildən indiyə qədər biz gənclərimizi o uğursuz müharibədən, şəhidlikdən, qan tökülməsindən xilas etdik. Biz münaqişənin sülh yolu ilə həll edilməsi ilə bu gün də məşğul oluruq, sabah da məşğul olacağıq. Bütün gənclər, Azərbaycan xalqı bilsin ki, hər gün bizim işimizin böyük bir hissəsi məhz Ermənistanın təcavüzünə son qoyulması, işğal olunmuş torpaqların azad edilməsi və bölgədə sülh yaranması, insanların öz yerinə-yurduna qayıtması ilə bağlıdır. Biz bununla məşğul olmuşuq, hər gün məşğul oluruq və bundan sonra da məşğul olacağıq. İndi bizdə bəzi siyasətçilər müxalifətdə olaraq, özlərinə seçkiqabağı xal qazanmaq üçün çıxış edərək deyirlər ki, proqramları var. Biri deyir 10 proqramımız var, o biri deyir 20 proqramımız var, digəri deyir, nə bilim, 30 proqramımız var. Nə proqramınız var, ortaya qoyun. Onların çoxu 1992-ci ildə və 1993-cü ilin əvvələrində hakimiyyətdə idilər, Azərbaycan dövlətində, hökumətində vəzifə tuturdular. Bəs o vaxt bu proqramları niyə yerinə yetirmədilər, Azərbaycanın müstəqilliyini niyə saxlaya bilmədilər, ölkəmizdə niyə vətəndaş müharibəsi başladı, niyə onlar qaçıb dağıldılar? İndi müxalifətdə oturublar, heç bir şey etmirlər, ancaq və ancaq Azərbaycanda ictimai-siyasi vəziyyəti qeyri-normal hala salmağa, öz şəxsi məqsədlərinə nail olmağa çalışırlar. Bu qüvvələr işğal olunmuş torpaqlar haqqında guya öz proqramlarının olduğunu bəyan edərək və qısa bir müddətdə bunu həll edəcəyinə söz verərək, çalışırlar ki, kimsə onlara səs versin. Ancaq, eyni zamanda, onların hərəkətlərinin çoxu Azərbaycanın düşmənlərinə ölkəmizə qarşı sanksiyalar qəbul etməkdə, respublikamızı əzməkdə kömək edir. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının konqresində, başda konqresmen Smit olmaqla ermənipərəst konqresmenlər Azərbaycana qarşı qanunlar qəbul edirlər. Onlar həmişə Azərbaycana qarşı cürbəcür ədalətsiz qanunlar qəbul edirlər. 1992-ci ildə həmin o 907-ci düzəliş konqresmen Smitin təşəbbüsü ilə qəbul olunubdur. İndi Amerika Birləşmiş Ştatlarının dövləti Azərbaycana heç bir kömək edə bilmir, çünki bu qadağandır. Onlar indi də ermənilərə kömək edirlər, Azərbaycanın əleyhinə iş görürlər. Ermənipərəst konqresmenlər o dərəcəyə çatıblar ki, Türkiyə kimi böyük bir dövlət haqqında konqresə qətnamə layihəsi çıxarıblar. Guya 85 il bundan öncə Türkiyə erməni xalqına qarşı soyqırımı edibdir. Bu, yalan, uydurma bir şeydir. Bu olmayıbdır. Bu, tarixdən bizə məlumdur. Əksinə, ermənilər Azərbaycana, türklərə qarşı soyqırımı ediblər. Mən bu prosesləri bilirəm. Türkiyənin ictimaiyyəti, dövləti son bir ayda böyük narahatlıq keçirir. Biz də, Azərbaycan da, Azərbaycanın Prezidenti kimi mən də dost, qardaş Türkiyəyə qarşı bu qədər ədalətsizliyin olduğunu görərək, əlbəttə ki, çox narahat idik. Mən əlaqə saxlayırdım, işin nə yerdə olduğunu öyrənirdim. Ermənipərəst konqresmenlər o qətnamə layihəsini Beynəlxalq Münasibətlər Komitəsindən keçirdilər. Sonra isə konqresin ümumi iclasına çıxardılar. Hökumət tərəfindən neçə dəfə onlara müraciət olundu ki, bunu etməsinlər, Türkiyə Amerika Birləşmiş Ştatlarının etibarlı müttəfiqidir, Türkiyə Şərq aləmində, Qərb ilə Şərqin arasında böyük, güclü bir dövlətdir. Türkiyə NATO-nun üzvüdür. Amerika Birləşmiş Ştatlarının konqresi tərəfindən Türkiyəyə qarşı bu cür ədalətsiz hərəkət, əlbəttə ki, Türkiyədə də, bizdə də, şəxsən məndə də çox narazılıq hissi doğurmuşdu. Ancaq Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klintonun və hökumətin başqa üzvlərinin son iki gündə cəsarətli hərəkəti sayəsində həmin qətnamə layihəsi konqresin gündəliyindən çıxarıldı. Amma ermənipərəst konqresmenlər Amerikada və başqa ölkələrdə bu əməllərindən əl çəkmirlər. Onlar Türkiyədən, Azərbaycandan əl çəkmirlər. Təəssüflər olsun ki, mən indi haqqında söhbət açdığım respublikamızın bəzi müxalifət nümayəndələri bir neçə ay bundan əvvəl gedib bizim düşmənimiz olan konqresmen Smitin qarşısında Türkiyənin, Azərbaycanın əleyhinə, çıxış edirdilər, ölkəmiz haqqında olmazın yalanlar deyirdilər. Keçmiş Prezident Əbülfəz Elçibəy, dörd ildir Azərbaycandan qaçıb Amerikada gizlənən Rəsul Quliyev, İsa Qəmbərov, Nazim İmanov gedib konqresmen Smitin qarşısında uşaq kimi oturublar, ona yaltaqlanıblar, Azərbaycanda demokratiyanın olmamasını ona sübut etməyə çalışıblar. Ona sübut etmək lazım deyildir. Azərbaycanda demokratiya nə qədər yüksək olsa da, həmin Smit buna razı olmayacaqdır. Çünki o, Azərbaycanın düşmənidir. Amma bunlar həmin o düşmənlərə kömək edirlər. Demək, onlar həmin düşmənlərin Türkiyəyə qarşı bu cür hərəkətlərinə kömək edirlər. Mən qardaş Türkiyənin, türk xalqının Azərbaycan xalqı ilə, ölkəmizlə qardaşlığını böyük məmnuniyyət hissi ilə bu gün bir daha təsdiq edirəm. Türk xalqına qarşı edilən hər bir təcavüz, yaxud hər bir ədalətsizlik, Azərbaycana qarşı edilən ədalətsizlikdir. Azərbaycana qarşı edilən hər bir ədalətsizlik, Türkiyəyə qarşı edilən ədalətsizlikdir. Təsadüfi deyildir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan Türkiyə Azərbaycanla bir yerdədir. Türkiyə Ermənistanı təcavüzkar sayıb, onunla heç bir əlaqə qurmayıb, erməni işğalçıları Azərbaycan torpaqlarından çıxmayınca, Ermənistanla sərhədlərini açmır. Mən həmin o ermənipərəst konqresmenlərə və başqa qüvvələrə Azərbaycan xalqının etirazını bu gün bir daha bildirirəm, qardaş Türkiyə ilə bizim əbədi dostluğumuzu bəyan edirəm və özlərini siyasətçi adlandıran bəzi adamlara demək istəyirəm ki, bizim dostumuzun, düşmənimizin kim olduğunu bilsinlər, gedib düşmənimizin qarşısında yaltaqlıq etməsinlər.
Əziz dostlar!
Əziz idmançılar!
Mən bu gün sizinlə çox böyük sevinc hissi ilə görüşdüm. Ümumiyyətlə, gənclərlə görüşmək hər bir insana ruh verir, hər bir insanı sevindirir, məni isə xüsusi olaraq sevindirir. Bu cür gözəl bir kompleksin yaranması, təbiidir ki, Azərbaycanda quruculuq, yaradıcılıq işlərinin nümunəsidir. Biz bu quruculuq işlərini aparmışıq, aparırıq və gələcəkdə daha da sürətlə aparacağıq. Mən sizi bir daha təbrik edirəm. Azərbaycan idmanına yeni-yeni uğurlar arzulayıram. Azərbaycan Milli Olimpiya Komitəsinə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

21 oktyabr 2000-ci il
Xəbər 1625 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
12.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru