Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
13/04 | 16:46 Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
13/04 | 14:15 Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb
13/04 | 12:33 Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
12/04 | 21:12 Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib
12/04 | 16:11 "Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək
12/04 | 15:25 Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
12/04 | 12:51 Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb
12/04 | 09:05 Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür
11/04 | 18:49 Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
Tarix: 12.09.2002 | Saat: 11:12:00 | E-mail | Çapa göndər
- Əziz gəncəlilər!
- Əziz bacılar, qardaşlar!
- Əziz gənclər!
Sizin hamınızı səmimi qəlbdən salamlayıram və yenidən qədim Gəncə torpağında, sizinlə bir yerdə olmağımdan böyük qürur hissi keçirirəm.
Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim tarixini əks etdirən gözəl bir məkandır. Uzun əsrlərdir ki, Gəncə Azərbaycan mədəniyyətinin, şeirinin, ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Gəncə Azərbaycanın elm, tərəqqi mərkəzlərindən biri olmuşdur. Gəncədə Azərbaycanın milli mənliyi, Azərbaycan xalqının azadlığı və müstəqilliyi yolunda böyük qəhrəmanlıq göstərən insanlar yaşamış, yaratmışlar və Azərbaycan xalqını ucaltmışlar.
Gəncə indi Azərbaycanın böyük şəhəri, Bakıdan sonra ikinci sənaye mərkəzi və əhalisinə görə də Bakıdan sonra ən böyük şəhəridir. Gəncənin tarixində Azərbaycan xalqının qəhrəmanlığını, müdrikliyini, böyüklüyünü nümayiş etdirən çox böyük və əziz səhifələr var. Ona görə də Gəncəni Azərbaycanda sevirlər. Gəncəyə xalqımızda böyük hörmət və ehtiram hissi var. Xalqımız Gəncənin tarixi ilə fəxr edir. Ona görə də mən şəxsən hər dəfə Gəncəyə gələndə özümü Azərbaycanın ən doğma, ən gözəl yerində olduğum kimi hiss edirəm, buna çox sevinirəm.
İkinci Dünya müharibəsi dəhşətli bir müharibə idi. Azərbaycandan 600 minə qədər insan müharibəyə səfərbər olundu, onların yarısı geri qayıtmadı. Amma müharibənin ilk illərində Gəncənin yetirməsi, Azərbaycannın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov Azərbaycan xalqına nə qədər böyük sevinc hissi gətirdi. Gənc nəsil bunu tarixdən bilir. Ancaq mən o illərdə Azərbaycanın həyatında iştirak edirdim. Xatirimdədir, bütün Azərbaycan xalqı İsrafil Məmmədovun Sovet İttifaqı Qəhrəmanı adı almasından böyük ruh yüksəkliyi keçirirdi. Mən bu faktı dəqiq xatırlayıram və bildirmək istəyirəm ki, Gəncə öz çoxəsrlik tarixində çox böyük qəhrəmanlar, şücaətli, vətənpərvər insanlar, vətənin yolunda özünü qurban vermiş insanlar yetişdirmişdir. Ona görə bu torpaq - Nizami torpağı müqəddəs torpaqdır. Bu torpağa hamı hörmət və ehtiram etməlidir.
Bu gün biz sizinlə burada Azərbaycan Milli Olimpiya Komitəsi və onun prezidenti İlham Əliyevin təşəbbüsü ilə qısa bir müddətdə ucaldılmış Olimpiya İdman Kompleksinin açılışına toplaşmışıq. Gəncədə vaxtilə şəhərin iqtisadiyyatının inkişafı üçün, xalqın rifah halının yaxşılaşdırılması üçün çox binalar ucaldılıbdır, sənaye müəssisələri, məktəblər, xəstəxanalar, kitabxanalar və əhalinin istifadə etməsi üçün başqa obyektlər yaradılıbdır. Gərək ki biz indi Yeni Gəncənin ərazisindəyik. Düz deyirəmmi? Xatirimdədir, mən 1970-ci illərdə buraya gələndə yeni Gəncə yox idi. Biz burada yeni Gəncənin əsasını, təməl daşını qoyduq. Çünki Gəncə çox böyümüşdü, keçmiş əraziyə yerləşmirdi. Mən çox sevinirəm ki, indi, təxminən 25 il, bəlkə də ondan bir az çox vaxt keçəndən sonra buranı tanımaq olmur. Yeni Gəncə ilə keçmiş Gəncə bir-birinə qovuşubdur. Mən çox məmnunam ki, məhz bu cür gözəl idman kompleksi, burada, yeni Gəncədə ucaldılıbdır. Çünki burada indi əhalinin çox hissəsi yaşayır və bu idman kompleksi də gənclərin istifadə etməsi üçün çox əhəmiyyətlidir.
Milli Olimpiya Komitəsi olimpiya idman komplekslərini böyük proqramla yaradır. İlham Əliyev bu barədə sizə məlumat verdi. Doğrusu, bu bizi, yəni hökuməti, bir prezident kimi məni çox sevindirir. Çünki indi bizim keçmiş illərdə olduğu kimi, bütün sahələrə sərmayə qoymağımıza, vəsait ayırmağımıza imkan yoxdur. İndi biz bazar iqtisadiyyatına keçmişik. Bazar iqtisadiyyatı sahibkarlığın inkişafını təmin etmək, insanlara sərbəstlik vermək və insanlara öz şəxsi mülkiyyətlərini yaratmaq imkanı verir. Eyni zamanda, sahibkarların hər birinin öz şəhəri, öz vətəni, öz torpağı üçün lazım olan yeni-yeni sosial müəssisələr yaratması lazımdır. Bu proses Azərbaycanda gedir. Ancaq bununla yanaşı, Milli Olimpiya Komitəsinin bu təşəbbüsü və belə geniş bir proqramı, təbiidir ki, qısa zamanda Azərbaycanda idmanın, bədən tərbiyəsinin inkişaf etdirilməsi üçün, deməli, Azərbaycanın gənclərinin sağlamlığının təmin edilməsi üçün çox əhəmiyyətli bir işdir.
Bizim gələcəyimiz gənclərdir. Biz bu gün müstəqil Azərbaycanın bütün sahələrində mümkün olan nailiyyətləri əldə etmək üçün çalışmalıyıq. Ancaq bu işləri görərkən, mütləq Azərbaycanın gələcəyi haqqında düşünməliyik və düşünürük. Azərbaycanın gələcəyi isə gənclərə məxsusdur. Gənclər Azərbaycanın gələcəyini inkişaf etdirməli və özlərindən sonra gələn nəsillərə verməlidir.
Bizim məqsədimiz bütün Azərbaycan xalqının sağlamlığını - həm fiziki, həm də mənəvi, əqli sağlamlığını təmin etməkdir. Bu sahədə də böyük proqramlarımız var. Səhiyyənin inkişafı, tibbi yardım göstərilməsi və sair... Ancaq hər bir şəxsin sağlamlığı üçün, hər hansı dava-dərmandan, hər hansı həkimdən, hər hansı bir müalicədən daha əhəmiyyətlisi insanın fiziki sağlamlığı üçün səylər göstərməsidir. Bu işdə də insanların, gənclərin bədən tərbiyəsi ilə, idmanla məşğul olması əsas yer tutur. Siz bilin, bu barədə mənim geniş biliklərim, təcrübəm var. Mən Moskvada işləyərkən, bu işlərlə çox ətraflı məşğul olmuşam və dünya təcrübəsini öyrənmişəm. Bunların əsasında mən deyirəm ki, hər bir şəxsin, hər bir gəncin özünün fiziki sağlamlığı üçün səy qoyması, lazımi rejim yaratması və bədən tərbiyəsi ilə, idmanla məşğul olması onun sağlamlığının təminatıdır və Azərbaycan gəncliyinin fiziki sağlamlığının təminatıdır.
Son illər dünyanı bürüyən xəstəliklər var. Onlar insanlara, bəşəriyyətə faciələr gətirir. Onların qarşısını təkcə tibbi vasitələrlə yox, birinci növbədə, hər bir insanın öz sağlamlığı yolunda çalışması vasitəsilə almaq lazımdır. Burada yenə də mən gənclərə müraciət edirəm. Həmin bu faciələr birinci növbədə dünyada narkotik maddələrin istifadə olunması ilə əlaqədardır. İndi dünyanın, demək olar ki, əksər dövlətlərinin narkotik maddələrin istehsalı, yayılması, onların satışı ilə mübarizə aparmasına baxmayaraq, təəssüflər olsun ki, narkotik maddələr yayılır. Təəssüflər olsun ki, insanlar, xüsusən gənclər bunun təsiri altına düşürlər.
Biz Azərbaycanda bu barədə böyük proqram tərtib etmişik. Lazımi işlər görülür. Amma bu işlərin sırasında, yenə də deyirəm, yalnız və yalnız gənclərin özlərini fiziki cəhətdən möhkəmləndirməsi, bədən tərbiyəsi ilə, idmanla məşğul olması narkotik maddələrin istifadə edilməsindən uzaqlaşmanın ən birinci vasitəsidir və birinci şərtidir. Bunlara görə də biz çalışırıq ki, gənclərimiz üçün, onların sağlamlığını təmin etmək üçün müxtəlif idman kompleksləri yaransın. Bədən tərbiyəsi ilə kütləvi məşğul olmaq üçün imkanlar yaransın. Azərbaycan Milli Olimpiya Komitəsinin bu sahədə gördüyü işlər çox yüksək qiymətə layiqdir. Buna nümunə Gəncə şəhərində ucaldılmış bu gözəl Olimpiya İdman Kompleksidir. Burada İlham Əliyev dedi, bu, dördüncü idman kompleksidir ki, yaranıbdır. Bakıda, Maştağa qəsəbəsində, Naxçıvanda, dördüncüsü isə burada yaradılıbdır. Daha hansı rayonlarda belə komplekslər olacaqsa, o barədə də məlumat verildi. Bu bizə - Azərbaycan hökumətinə, dövlətinə böyük köməkdir. Çünki dövlət buna vəsait ayırmır. Bunu Milli Olimpiya Komitəsi öz vəsaiti hesabına edir və sevindirici haldır ki, çox yüksək keyfiyyətlə, çox yüksək səviyyədə edir. Yaranan Olimpiya idman kompleksləri,- güman edirəm, buradakı da, Abid Şərifov mənə dedi ki, bu, o birilərdən geri qalmır, indi biz ona baxacağıq, - dünya standartları, beynəlxalq standartlar səviyyəsindədir. Demək, bizim gənclərin birinci növbədə öz sağlamlıqlarını möhkəmləndirməsi, sağlam gənc nəsil yetişdirilməsi, Azərbaycan gənclərinin sağlam gələcəyinin hazırlanması üçün imkanlar yaranır. İndi vəzifə bu imkanlardan səmərəli istifadə etməkdir. Bu isə yerli hakimiyyət orqanlarının, sizin, bu kompleksi idarə edənlərin üzərinə düşür. Birinci növbədə, yenə də gənclərin özlərinin üzərinə düşür. Gənclər nə qədər həvəs göstərsələr, bu kompleksin imkanlarından istifadə etməyə çalışsalar, o qədər udmuş olacaqlar.
Təbiidir ki, burada idmanla məşğul olan hər bir adam çempion olmayacaqdır. Bəlkə də o qədər çempion lazım da deyildir. Ancaq burada idmanla məşğul olan hər bir gənc potensial çempiondur. Əgər onun fiziki hazırlığı yüksək səviyyədə olarsa, əgər o, əzmlə çalışarsa, öz fiziki keyfiyyətlərini inkişaf etdirə bilərsə və yüksək mənəviyyatla bu işə yanaşarsa, təbiidir ki, çempion da olacaq və çempionlar da daha çox olacaqdır.
Bəli, son illər Azərbaycan idmançıları indiyə qədər tarixdə görünməmiş nailiyyətlər əldə edirlər. Onların nailiyyətləri birinci növbədə, elə Azərbaycanın özündə keçirilən yarışlarda nümayiş etdirdikləri nailiyyətlərdir. Bundan əlavə, ən əsası odur ki, dünyada keçirilən müxtəlif yarışlarda, olimpiadalarda iştirak edərək, Azərbaycanın adını yüksəldirlər. Bu barədə də Milli Olimpiya Komitəsinin son beş ildəki fəliyyətini yüksək qiymətləndirmək lazımdır.
Mən ümidvaram ki, Milli Olimpiya Komitəsinin Gəncə şəhərinə, Gəncənin gənclərinə bu gözəl hədiyyəsini siz qəbul edəcəksiniz və ondan səmərəli istifadə olunmasını təmin edəcəksiniz. Bu kompleks qısa müddətdə Gəncədə idmançıların, bədən tərbiyəsi ilə məşğul olanların artmasını, kütləvi idmanın, kütləvi bədən tərbiyəsinin inkişafını təmin edəcəkdir.
Əziz dostlar, bu gün sizinlə bu görüşdən istifadə edərək bir necə kəlmə də Gəncənin başqa problemləri haqqında və bizim Azərbaycanda gördüyümüz işlər barədə demək istəyirəm.
Mən 2000-ci ildə Gəncəyə gəlmişdim. Burada sizinlə çox gözəl görüşlər keçirdik. Sonra mən şəhər icra hakimiyyətində konkret məsələləri müzakirə etdim və tapşırıqlar verdim. Məmnunam ki, bu tapşırıqların bir çoxu artıq yerinə yetirilir. Bu gün axşam da mən Gəncənin İcra Hakimiyyətində geniş müşavirə keçirəcəyəm. Azərbaycanın nazirləri - iqtisadi inkişaf naziri, nəqliyyat naziri, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri buradadırlar. Mənim tapşırıqlarımla bağlı olan nazirliklərin rəhbərlərini buraya gətirmişəm. Ona görə yox ki, burada keçirilən təntənəli mərasimdə iştirak etsinlər, məhz ona görə ki, onlar bu gün müşavirədə məlumat verməlidirlər. Təbiidir ki, birinci növbədə Gəncə İcra Hakimiyyətinin başçısı hesabat verməlidir. Ondan sonra da onlar məlumat verməlidirlər ki, 2000-ci ildə verilən tapşırıqlar nə cür yerinə yetirilir, nə kimi nəticələr əldə olunubdur və bundan sonra nə ediləcəkdir.
Mən Bakıda bu məsələlərlə səthi tanış oldum. Deyə bilərəm ki, bir çox sahələrdə xeyli işlər görülübdür. Məsələn, mənə dedilər ki, enerji təchizatı sahəsində çox işlər görülübdür. Yaxud, Gəncənin qazla təminatı sahəsində o vaxtdan sonra çox iş görülübdür. Yaxud da özəlləşdirmə sahəsində... Bəzi müəssisələr ki, indiyə qədər dayanıb, yaxşı işləmir, o müəssisələrin fəaliyyətini təmin etmək sahəsində. Məsələn, alüminium oksidi kombinatı neçə illərdir ki, müxtəlif problemlər yaradırdı. İndi mənə məlumat verirlər ki, Hollandiyanın bir firmasına icarəyə verilibdir və artıq orada işlər normal məcraya düşübdür. Deyirlər ki, orada təxminən 2900 nəfər adam çalışır. Amma bu, hələ azdır. Bundan da çox işlər görülməlidir, mən bu gün bu məsələlərlə məşğul olacağam.
Ancaq bununla yanaşı, mən hesab edirəm ki, Gəncənin rəhbərliyi - həm şəhər rəhbərliyi, həm də Gəncədəki iki rayonun rəhbərləri yerli imkanlardan daha da səmərəli istifadə etməlidirlər. Yerli imkanlar az deyildir. Yenə də deyirəm, biz bazar iqtisadiyyatına keçmişik. Gəncədə də bir çox obyektlər özəlləşdirilibdir, özəl sektor inkişaf edir. Hətta mənə məlumat verdilər ki, sənaye istehsalının böyük bir hissəsi özəl sektorun inkişafı hesabına təmin olunur. Amma bunlar olan halda, hesab edirəm ki, Gəncənin rəhbərliyi, - həm şəhər, həm də rayonların rəhbərləri, - yerli imkanlardan lazımi qədər istifadə etmirlər.
Şəhərin abadlaşdırılmasında, şəhərdə kommunal-təsərrüfat işlərinin görülməsində və başqa işlərdə şəhərin və rayonların rəhbərliyi öz imkanlarından, ayrı-ayrı firmaların imkanlarından istifadə etməklə çox işlər görə bilərlər. Məsələn, bilirsiniz ki, Bakı şəhərində son iki ildə çox böyük dəyişikliklər var. Bu ona görə deyil ki, biz Bakı şəhər İcra Hakimiyyətinə vəsaiti artırmışıq, yox. Vəsait əvvəlki kimidir. Amma şəhər icra hakimiyyəti yerli imkanlardan səmərəli istifadə edir və indi Bakıya gələnlər görürlər ki, şəhərin siması xeyli dəyişibdir. Doğrudur, hələ problemlər çoxdur, məsələlərin çoxu həll olunmayıbdır. Amma görülən işlər artıq göz qabağındadır, öz nəticəsini verir. Bu, təkcə Bakıda deyil. Mən bu yaxınlarda Naxçıvana getmişdim. Orada blokada şəraitində, ağır şəraitdə yaşayırlar. Amma yerli imkanlardan istifadə edərək Muxtar Respublikada, o cümlədən Naxçıvan şəhərində çox böyük abadlıq işləri görüblər. Özəl sektorun inkişafına imkan yaradıblar.
Ümumiyyətlə, Gəncə keçmişdən də özəl sektora meylli bir yerdir. Hələ Sovetlər İttifaqı vaxtında da burada ayrı-ayrı çox bacarıqlı insanlar vardı. Onlar öz şəxsi təşəbbüsləri ilə burada çox işlər görürdülər, həm pul qazanırdılar, həm də xalqa xeyir verirdilər. Amma indi burada özəl sektorun imkanlarından lazımi qədər istifadə olunmur. Bilmirəm niyə? Azərbaycanda sahibkarlığın inkişafı sahəsində çoxlu nöqsanlar var. Bilirsiniz ki, bunların aradan qaldırılması üçün mən sahibkarlarla - həm yerli sahibkarlarla, həm də xarici ölkələrdən gəlib Azərbaycanda iş aparan sahibkarlarla iki böyük görüş keçirdim. Ondan sonra bir neçə konkret tədbir görmüşəm, fərmanlar imzalamışam. Məsələn, mən Sahibkarlığın İnkişafı Proqramını təsdiq etmişəm. Yaxud, lisenziyalaşdırma haqqında yeni fərman vermişəm. Bu fərman lisenziyalaşdırmanı tamamilə sadələşdiribdir. Mənə deyirlər ki, vaxtilə, məsələn, hansısa bir sahibkar lisenziya almaq üçün Gəncədən, yaxud da Qazaxdan Bakıya gəlməli idi. Bu yazıq sahibkar nə cür etsin ki, hələ onun o qədər sərmayəsi də yoxdur... O, lisenziya alıb iş görmək istəyir ki, kapital əldə etsin. Amma Bakıya gəlməlidir, xərc çəkməlidir, oturmalıdır, orada da, təəssüf olsun ki, bizim bəzi nazirliklərdə, idarələrdə bürokratizm çox geniş yayılıbdır. Bir məsələni həll etmək üçün insanları beş-altı gün süründürürlər, incidirlər, bəzi hallarda rüşvət tələb edirlər. Sahibkarlar 240 növ iş görmək üçün gərək lisenziya alaydılar. Mən süründürməçiliyin qarşısını almaq üçün bunları ləğv etdim. İndi cəmi 30 növ üçün lisenziya almaq lazımdır. Qalanları üzrə sahibkar lisenziyasız nə iş istəyirsə, görə bilər.
İkincisi, lisenziya almaq üçün Bakıya getmək lazım deyildir. Yerlərdə lisenziya vermək üçün müvafiq təşkilatlar yaradılacaqdır, onu yerlərdə almaq mümkün olacaqdır. Beləliklə, mən bu fərmanla sahibkarlığın inkişafı üçün imkanları artırıram. İki gün öncə sahibkarlığa himayə haqqında fərman imzaladım. Yəqin ki, o fərmanla tanışsınız, mən istərdim ki, tanış olasınız. Mən sahibkarlar üçün çox faydalı, əhəmiyyətli qərarlar qəbul etmişəm. Onların həyata keçirilməsini təmin edəcəyik. Bizim nəzarətedici, hüquq-mühafizə orqanları, bu cür səlahiyyətləri olan başqa orqanlar, vergi orqanları sahibkarlığın inkişafına şərait yaratmalıdırlar. Sahibkarlığın fəaliyyətinə onların müdaxiləsinin qarşısını almaq üçün mən bu günlərdə ciddi bir fərman imzalayacağam.
Burada da sahibkarlar incidilir, həmin orqanlar burada da, guya bir tərəfdən, nəzarət edirlər, ikinci tərəfdən isə, bu səlahiyyətlərdən istifadə edərək, təəssüf olsun ki, bəzi hallarda rüşvətxorluqla məşğuldurlar, vəzifələrindən sui-istifadə edirlər. Bunları sizə çatdıraraq, mən bildirmək istəyirəm ki, bu gün də, gələcəkdə də bizim yolumuz bazar iqtisadiyyatı yolu, sərbəst iqtisadiyyatdır. İnsanlara təşəbbüs göstərmək, iş görmək, iş yerləri yaratmaq üçün imkan vermək, kömək etmək lazımdır. Bu sahədə əsas işlər böyük şəhərlərdə gedir. Bakıda bu iş, hesab edirəm ki, geniş miqyasda gedir, amma Gəncədə də getməlidir. Gəncə haqqında mənim o qədər təəsüratım yoxdur. İndi bu axşam bu barədə də söhbət edəcəyik.
Bizim ölkəmizdə gedən proseslər haqqında da siz hər şeyi bilirsiniz. Bu il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyinin elan edilməsinin 11-ci ili tamam olacaqdır. Müstəqilliyimizin 11-ci ilini qeyd edəcəyik. Bu 11 il sizin gözünüzün qabağındadır. Biz hansı yollardan, mərhələlərdən keçmişik, hansı çətinliklərin qarşısını almışıq, Azərbaycan xalqını hansı faciələrdən xilas etmişik - bu sizə və hamıya məlumdur, o cümlədən, xüsusilə, gəncəlilərə məlumdur.
Mən keçmişdə, o vaxtlar Azərbaycanın başçısı olarkən, Gəncə şəhərinə çox gəlmişəm. Amma bilirsiniz ki, 1993-cü ilin iyun hadisələri ilə əlaqədar, məni Naxçıvandan Bakıya dəvət etdilər. Bakıda mənimlə danışıq aparırdılar və məni Azərbaycanın rəhbərliyinə cəlb etmək istəyirdilər. Mən çox məsələlərə ehtiyatla yanaşırdım və fikirləşirdim. Ancaq son olaraq bəyan etdim ki, mən gərək Gəncəyə gedəm, orada vəziyyəti öyrənəm, ondan sonra öz fikrimi deyə bilərəm. Xatirimdədir, iyunun 13-də mən buraya gəldim. Mən Gəncəni heç vaxt ağır, faciəli vəziyyətdə görməmişdim. Gəldim, bir gecə burada danışıqlar apardım. Sabahısı gün şəhərə çıxdım, oradan, buradan avtomat atəşləri eşitdim. Haradan atırdılar? Kimlər və nə üçün atırdılar, kimi vurmaq istəyirdilər? Ondan iki-üç saat sonra mən Gəncəni tərk etdim. Təəssüflər olsun ki, Gəncə elə bir gün də görmüşdür, elə bir aylar da, günlər də keçirmişdir. Ancaq güman edirəm, siz bunu qiymətləndirirsiniz ki, biz bunların hamısına son qoyduq. İndi Azərbaycanın hər yerində olduğu kimi, Gəncədə də insanlar rahat yaşayır, cinayətkarlığın qarşısı alınıbdır, həmin özbaşınalıq edən ayrı-ayrı silahlı dəstələr ləğv olunubdur. Rahat yaşayırsınız və rahat işləyirsiniz, imkan dairəsində istirahət edirsiniz.
Biz bütün Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmişik. Bu bizim ən böyük nailiyyətlərimizdən biridir. Biz nəinki sabitliyi təmin etmişik, onu daim qoruyuruq, saxlayırıq və əmin ola bilərsiniz ki, Azərbaycan xalqı öz müstəqil dövlətində həmişə ictimai-siyasi sabitlik şəraitində, rahat yaşayacaq və inkişaf edəcəkdir.
Beləliklə, əziz dostlar, mən qeyd etdim ki, Azərbaycanda bütün sahələrdə islahatlar həyata keçiririk. Demokratik təsisatlar təmin olunubdur. İnsanlara söz azadlığı, mətbuat, vicdan azadlığı verilibdir. Bütün azadlıqlar təmin olunubdur. Bizim bir çox qanunlarımız var. Həyatda olan bütün məsələlər həmin qanunlarla tənzimlənir. Bu islahatlar həm dövlətimizi möhkəmləndirib, həm Azərbaycanda hüquqi-demokratik, dünyəvi dövlət quruculuğu prosesini təmin edibdir, həm də Azərbaycan iqtisadiyyatının inkişaf etməsinə şərait yaradıbdır.
Bizim iqtisadi islahatlar, xüsusən kənd təsərrüfatında, aqrar sektorda çox gözəl nəticələr veribdir. Özəlləşdirmə proqramının yerinə yetirilməsi çox gözəl nəticələr veribdir. İndi Azərbaycanda istehsal olunan məhsulların, demək olar ki, əksəriyyəti aqrar sektorun hesabınadır. Azərbaycan bu ili də yüksək göstəricilərlə başa çatdırır. Ümumi daxili məhsul istehsalı son aylarda təxminən 10 faizə qədər artıbdır. Başqa göstəricilər də yüksəkdir. Ümumi daxili məhsulun 70 faizi özəl sektorun hesabına təmin olunubdur. Ticarət, demək olar ki, tamamilə özəlləşdirilibdir. Kənd təsərrüfatı tam özəlləşdirilibdir, özəl sektorun əlindədir. Bunlar da öz müsbət nəticələrini verir. Yəni demək istəyirəm ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti xalq qarşısında verdiyi sözlərə əməl edir. Biz Azərbaycanın həyatının bütün sahələrində lazım olan tədbirləri görürük. Azərbaycanın iqtisadiyyatını inkişaf etdiririk. Ölkəmizin vətəndaşlarının rifah halının daha da yaxşılaşmasını təmin edirik.
İndi biz gələn ilin büdcəsini hazırlayırıq. Mən təklif etmişəm ki, müəllimlərin maaşının artırılması büdcədə mütləq öz əksini tapsın. Bütün təhsil işçilərinin, səhiyyə işçilərinin maaşının artırılması, mədəniyyət sahəsində çalışanların əmək haqlarının artırılması - bunlar mütləq təmin olunacaqdır.
Biz başqa tədbirlər də görəcəyik. Ancaq bunlar haqqında mən qəti qərar qəbul etmişəm, ona görə də burada onu mən sizə bəyan edirəm.
Biz daim irəliyə gedirik və gedəcəyik. Azərbaycan Respublikası neft strategiyasının həyata keçirilməsində böyük uğurlar əldə edibdir. Bu sizə məlumdur. Yaxın günlərdə - sentyabrın 18-də dünyanın ən böyük layihələrindən olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşasına başlanılmasının təməlini qoyacağıq. Biz - Türkiyənin, Gürcüstanın və Azərbaycanın prezidentləri birlikdə kəmərin təməl daşını qoyacağıq. Beləliklə, biz neft strategiyasında yeni layihənin icrasına başlayırıq. Bunların hamısı Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçündür. Artıq Azərbaycanın Neft Fondunda təxminən 630 milyon dollar vəsait var. Azərbaycanın ümumi valyuta ehtiyatı təxminən 1milyard 100 milyon - 1 milyard 200 milyon dollara çatıbdır. Bunların hamısı xalqımızın gələcəyi, rifah halının yaxşılaşması üçündür. Ancaq bizim neft strategiyamız yaxın illərdə çox böyük gəlirlər gətirəcəkdir. Ümumiyyətlə, iqtisadiyyat sahəsində özəlləşdirmə, xarici investisiyanın Azərbaycana gəlməsi yaxın illərdə ölkəmizə böyük gəlirlər gətirəcəkdir. Xalqımızın rifah halı gündən-günə yaxşılaşacaqdır.
Bunlardan danışarkən, təbiidir ki, mən böyük ürək ağrısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da demək istəyirəm. Bu sahədə bizim apardığımız işlərdən sizin məlumatınız var. Ancaq sizə onu bildirmək istəyirəm ki, 9 ildir Azərbaycanın Prezidenti olaraq, mən bu məsələnin həll edilməsi üçün gecə-gündüz çalışmışam, bu gün də çalışmaqda davam edirəm, gələcəkdə də çalışacağam. Problem çətin problemdir. Təəssüflər olsun ki, Azərbaycanda vaxtilə yaranmış vəziyyət, 1988-1989-cu illərdən başlayaraq 1994-cü ilə qədər yaranmış vəziyyət bizi çox ağır şəraitə gətirib çıxarıbdır. Ermənistan silahlı qüvvələri torpaqlarımızın bir qismini işğal edib və həmin yerlərdən insanlar zorla çıxarılıblar, qaçqın şəraitdə yaşayırlar.
Mən hesab edirəm ki, sülh danışıqları davam etməlidir və biz bunu davam etdirəcəyik. Hələ ki, bu sahədə imkanlar tükənməyibdir. Hesab edirəm ki, ilk növbədə münaqişəni bu yolla biz həll edəcəyik. İşğal edilmiş torpaqlar azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqınlar öz yerlərinə, yurdlarına qayıdacaqlar.
Eyni zamanda, biz həmişə qəti tədbirlər görmək üçün də hazır olmalıyıq. Mütləq hazır olmalıyıq! Çünki biz heç vaxt yol verməyəcəyik ki, Azərbaycan torpaqları işğal altında qalsın. Biz buna heç vaxt yol verməyəcəyik! Nəyin bahasına olursa-olsun, Azərbaycanın işğal altındakı torpaqları azad ediləcəkdir!
- Əziz dostlar!
- Əziz bacılar və qardaşlar!
Mən sizi burada çox saxlamaq istəmirəm. Mənim ürəyimdə çox sözlər var. Sizə daha geniş məlumatlar verə bilərəm. Ancaq hesab edirəm ki, mənim məlumatlarım bu gün üçün yetərlidir. Mən bugünkü görüşdən bir daha məmnun olduğumu bildirmək istəyirəm. Məni bu qədər hərarətlə, mehribanlıqla qarşıladığınıza görə sizə təşəkkür edirəm və bildirmək istəyirəm ki, mənim qəlbim həmişə Gəncə ilədir, gəncəlilərlədir. Azərbaycanın Prezidenti kimi mən Gəncənin problemləri ilə bu gün də məşğul oluram, gələcək illərdə də məşğul olacağam və sizinlə birlikdə Gəncənin inkişafını təmin edəcəyik.
Sizə bir daha təşəkkür edirəm. Sağ olun.

12 sentyabr 2002-ci il
Xəbər 3483 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
11.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru