Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
16/06 | 15:57 Uşu üzrə Bakı kuboku yarışları başlayıb
16/06 | 14:27 Braziliya ciu-citsusu üzrə Bakı çempionatına start verilib
16/06 | 12:39 Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
16/06 | 11:02 Yeniyetmələr arasında Azərbaycan çempionatına yekun vurulub
16/06 | 10:05 Futvolley üzrə Azərbaycan kuboku yarışı keçiriləcək
15/06 | 17:02 Yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib
15/06 | 16:17 Paralimpiya hərəkatı əlilliyi olan insanlar arasında təbliğ edilir
15/06 | 14:51 Doqquz yaşlı gimnast Mina Abbasova bu dəfə doğma Bakıda qızıl medal qazanıb
15/06 | 13:00 İkiqat paralimpiya çempionu Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransında çıxış edib
15/06 | 12:21 Azərbaycanlı idmançılar Tunisdə keçirilən savat üzrə dünya çempionatında yarımfinala yüksəliblər
15/06 | 11:30 Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız II Avropa Oyunlarına hazırlığı davam etdirir
15/06 | 10:19 Avropa Gənclərinin Yay Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub
14/06 | 16:48 Yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib
14/06 | 16:05 Şahmatçımız növbəti heç-heçəyə imza atıb
14/06 | 15:54 Karateçilərimiz “Qazaxıstan Open” turnirində iştirak edəcəklər
14/06 | 15:26 Karate üzrə seminar və açıq çempionat keçirilib
14/06 | 14:23 Avropa İttifaqı Azərbaycanda uşaq paralimpiyasının inkişafına dəstək verəcək
14/06 | 13:29 FIFA milli komandaların yeni reytinqini açıqlayıb
14/06 | 12:38 İsmayıllıda futbol çempionatının qalibləri mükafatlandırılıblar
14/06 | 11:28 Şağan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı çempionatı keçiriləcək
14/06 | 11:15 Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
14/06 | 10:06 Futbol üzrə Azərbaycan yığmasının Şimali Makedoniya komandası ilə oyunu heç-heçə başa çatıb
14/06 | 09:53 “MicroPlus” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının hesablanması üzrə rəsmi tərəfdaşı seçilib
13/06 | 16:48 “Futbola qoşul” onlayn qeydiyyat proqramı ilə bağlı treninqlər keçiriləcək
13/06 | 16:06 Gimnastika üzrə “Aquatic Cup 2019” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
13/06 | 15:24 UEFA Çempionlar Liqasının yeni mövsümündə dörd ölkə iki klubla təmsil olunacaq
13/06 | 15:09 Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə Bakı kuboku yarışları keçiriləcək
13/06 | 14:22 Bakıda yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
13/06 | 13:17 “Altibox Norway Chess 2019”: Şəhriyar Məmmədyarov Dinq Liren ilə qarşılaşacaq
13/06 | 12:09 “Neftçi” klubu italiyalı hücumçusu Canluka Sansone ilə yollarını ayırıb
13/06 | 11:26 Velosiped üzrə Azərbaycan yığma komandası “Tokio-2020” üçün növbəti lisenziya xalları qazanıb
13/06 | 11:03 Qılıncoynadanlarımız Antalyada Avropa çempionatına hazırlıqlarını davam etdirir
13/06 | 10:50 Alpaqut üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
13/06 | 09:55 Mübariz İbrahimovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə açıq respublika turniri keçirilib
12/06 | 15:12 Peşəkar Tennis Assosiasiyası qadın tennisçilərin yeni reytinq siyahısını açıqlayıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Naxçıvanda kikboksinq üzrə açıq turnir keçirilib
Tarix: 11.06.2019 | Saat: 12:17:00 | E-mail | Çapa göndər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr və kadetlər arasında keçirilən kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq turnirinə yekun vurulub.

Turnirdən öncə Naxçıvan Muxtar Respublika Stadionunda məşqçi-müəllimlər və hakimlər üçün seminar təşkil olunub. Seminarda çıxış edən yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi, WAKO beynəlxalq dərəcəli hakim Elnur Alıyev yeni qaydalar haqqında məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirdə Bakı şəhəri, “Neftçi”, “Teyd”, “Qarabağ”, “Zirvə”, “Alliqator”, “Ağsu”, “Ağcabədi” və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, İran İslam Respublikasının və Rusiya Federasiyasının komandaları da mübarizə aparıb.

Turnirdə 100-ə yaxın idmançı rinqə çıxıb.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra turnir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs ansamblının bir-birindən rəngarəng ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində final görüşlərinə start verilib.

Əvvəlcə rinqə kadetlər (10-13 yaşlılar) çıxıb. Şahin Əfəndiyev (26 kq), Ramal Qəribli (28 kq), Sübhan Məmmədov (32 kq), Kənan Cəfərov (37 kq), Vüqar Məmmədov (42 kq), Əsgər Musayev (47 km) və Zeynalabdin Musayev (+47 kq) öz çəki dərəcələrində bütün rəqiblərini üstələməyi bacarıblar.

13-15 yaşlı yeniyetmələrin mübarizəsində isə Azər Zamanlı (39 km), Nicat Abbasov (42 kq), İsmayıl Yaqubov (47 kq), Əli Qasımov (52 kq), Fərid Məhərrəmov (57 kq), Ərşia Əhmədian (63 kq, İran), Nəriman Nərimanov (69 kq) və Şakir Həmzəyev (+69 kq) hamıdan güclü olublar.

15-17 yaşlı yeniyetmələr arasındakı görüşlər isə daha maraqlı idman mübarizəsi şəraitində keçib. Bu yaş qrupunda Mehran Salehian (57 kq, İran), Kian Rzazadə (60 kq, İran), Aqşin Hacızadə (71 kq), Qədir Məmmədrza (75 kq, İran) və Rza Rəhimpur (91 kq, İran) turnirin qalibi adını qazanıblar.

Qızların mübarizəsində isə Xədicə Mustafayeva (32 kq) rinqdə bütün rəqiblərinə qalib gəlməyi bacarıb.

Komanda hesabında isə bütün çəkilərdə uğurlu nəticə göstərən “Neftçi” komandası “Heydər Əliyev kuboku” turnirinin qalibi olub və kubokla mükafatlandırılıb.

Elnur Alıyev, Könül İsmayılova və Təbriz İmanov Naxçıvanda kikboksinqin inkişafına göstərdikləri dəstəyə görə muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi mükafatla təltif olunublar.
Xəbər 37 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.06.2019 İsmayıllıda futbol çempionatının qalibləri mükafatlandırılıblar
14.06.2019 Şağan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı çempionatı keçiriləcək
14.06.2019 Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
13.06.2019 Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə Bakı kuboku yarışları keçiriləcək
13.06.2019 Alpaqut üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
12.06.2019 Astaralı idmançılar açıq birincilikdə 9 medal qazanıblar
09.06.2019 Naxçıvanlı güləşçi beynəlxalq turnirdə bürünc medal qazanıb
06.06.2019 Taekvondoçularımız Türkiyədə keçirilən beynəlxalq turnirdə iki qızıl medal qazanıblar
04.06.2019 Xocavənd qəsəbəsində “Topaz futbol festivalı 2019” turniri keçirilib
02.06.2019 Balakənin qızlardan ibarət futbol komandası respublika birinciliyində üçüncü yeri tutub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
"Tokio-2020": Əsas medal ümidlərimizin olimpiya yolu
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru