Lui van Qal Niderland yığmasının sabiq çalışdırıcısı Dik Advokatın rekordunu təkrarlayıb
Niderland millisinin baş məşqçisi Lui van Qal yığmanın sabiq çalışdırıcısı Dik Advokatın rekordunu təkrarlayıb.

Bu, onun komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Belçikanı məğlub etməsi (1:0) nəticəsində qeydə alınıb. Yetmiş bir yaşlı mütəxəssis Niderland millisi ilə 37-ci qələbəsini qazanıb. Beləliklə, o, 1992-1994-cü, 2002-2004-cü və 2017-ci illərdə yığmanı çalışdıran Dik Advokatın rekordunu təkrarlayıb.

Qeyd edək ki, Van Qal 2021-ci ildən Niderland millisinə baş məşqçilik edir. O, 2000-2001-ci və 2012-2014-cü illərdə də bu komandanı çalışdırıb.

Xəbər 215 dəfə oxundu.