Niderland millisinin baş məşqçisi Lui van Qal yığmanın sabiq çalışdırıcısı Dik Advokatın rekordunu təkrarlayıb.
Bu, onun komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Belçikanı məğlub etməsi (1:0) nəticəsində qeydə alınıb. Yetmiş bir yaşlı mütəxəssis Niderland millisi ilə 37-ci qələbəsini qazanıb. Beləliklə, o, 1992-1994-cü, 2002-2004-cü və 2017-ci illərdə yığmanı çalışdıran Dik Advokatın rekordunu təkrarlayıb.
Qeyd edək ki, Van Qal 2021-ci ildən Niderland millisinə baş məşqçilik edir. O, 2000-2001-ci və 2012-2014-cü illərdə də bu komandanı çalışdırıb.
|