Bakıda keçirilən akrobatika gimnstikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında kişi cütlüklər arasında finalçılar bəlli olub
Bakıda keçirilən akrobatika gimnstikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında kişi cütlüklər arasında finalçılar bəlli olub.

13-19 yaş kateqoriyasında mübarizə aparan kişi cütlüklərin təsnifat yarışında 6 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Belə ki, medallar uğrunda Rusiya, Qazaxıstan, Portuqaliya, Belçika, Böyük Britaniya və Bolqarıstan komandaları mübarizə aparacaqlar.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.

Xəbər 258 dəfə oxundu.