Bakıda keçirilən akrobatika gimnstikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında kişi cütlüklər arasında finalçılar bəlli olub.
13-19 yaş kateqoriyasında mübarizə aparan kişi cütlüklərin təsnifat yarışında 6 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Belə ki, medallar uğrunda Rusiya, Qazaxıstan, Portuqaliya, Belçika, Böyük Britaniya və Bolqarıstan komandaları mübarizə aparacaqlar.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
|