Avropa çempionatı: Rauf Məmmədov beşinci turda turnir cədvəlinin lideri ilə qarşılaşacaq
Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçiriləcək.

Qitə birinciliyinin beşinci turunda Rauf Məmmədov turnir cədvəlinin lideri Robert Hovanesyan (Ermənistan) ilə üz-üzə gələcək. Nicat Abbasov Luka Nudesavlyeviç (Serbiya), Nicat Məmmədov Tarun Kanyamarala (İrlandiya), Aydın Süleymanlı Ventura Souza (Portuqaliya), Read Səmədov Tor Mari Aronla (İslandiya) mübarizə aparacaqlar.

Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız R.Məmmədov 3,5, N.Məmmədov 3, N.Abasov, A.Süleymanlı 2,5, R.Səmədov 1,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Xəbər 292 dəfə oxundu.