Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçiriləcək.
Qitə birinciliyinin beşinci turunda Rauf Məmmədov turnir cədvəlinin lideri Robert Hovanesyan (Ermənistan) ilə üz-üzə gələcək. Nicat Abbasov Luka Nudesavlyeviç (Serbiya), Nicat Məmmədov Tarun Kanyamarala (İrlandiya), Aydın Süleymanlı Ventura Souza (Portuqaliya), Read Səmədov Tor Mari Aronla (İslandiya) mübarizə aparacaqlar.
Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız R.Məmmədov 3,5, N.Məmmədov 3, N.Abasov, A.Süleymanlı 2,5, R.Səmədov 1,5 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
|