UEFA İcraiyyə Komitəsinin onlayn iclası təxirə salınıb
UEFA İcraiyyə Komitəsinin mayın 27-nə planlaşdırılan onlayn iclası təxirə salınıb.

İclas iyunun 17-də keçiriləcək.

İclasda futbol üzrə “Avro-2020”nin gələn ilə təxirə salınması səbəbindən turnir üçün təklif olunan stadionlarla bağlı problemlər müzakirə olunacaq.

Qeyd edək ki, “Avro-2020”yə Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Xəbər 498 dəfə oxundu.