UEFA İcraiyyə Komitəsinin mayın 27-nə planlaşdırılan onlayn iclası təxirə salınıb.
İclas iyunun 17-də keçiriləcək.
İclasda futbol üzrə “Avro-2020”nin gələn ilə təxirə salınması səbəbindən turnir üçün təklif olunan stadionlarla bağlı problemlər müzakirə olunacaq.
Qeyd edək ki, “Avro-2020”yə Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
|