Azərbaycan idmançıları Ankarada uşu üzrə açıq Avrasiya turnirində iştirak edirlər
Noyabrın 26-da Ankarada uşu üzrə beynəlxalq İpək Yolu açıq Avrasiya turnirinə start verilib.

Turnirdə ölkəmizi yeniyetmə, gənclər, böyüklər və qadınlardan ibarət 6 nəfərlik komanda təmsil edir.

Qeyd edək ki, beynəlxalq yarışda ölkəmizlə yanaşı, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 600-ə yaxın idmançı qüvvəsini sınayır.

Xəbər 683 dəfə oxundu.