Noyabrın 26-da Ankarada uşu üzrə beynəlxalq İpək Yolu açıq Avrasiya turnirinə start verilib.
Turnirdə ölkəmizi yeniyetmə, gənclər, böyüklər və qadınlardan ibarət 6 nəfərlik komanda təmsil edir.
Qeyd edək ki, beynəlxalq yarışda ölkəmizlə yanaşı, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 600-ə yaxın idmançı qüvvəsini sınayır.
|