Paralimpiyaçılar arasında pauerliftinq üzrə IV Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Sumqayıt Paralimpiya İdman Kompleksində paralimpiyaçılar arasında pauerliftinq idman növü üzrə IV Azərbaycan çempionatı keçirilib.

Çempionatda Bakı, Gəncə, Sumqayıt, İsmayıllı, Neftçala, Naxçıvan və Xaçmazdan 6 çəki dərəcəsində 50-dək idmançı qüvvəsini sınayıb.

Qadınlar arasında Bikəxanım Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin mübarizəsində Pərvin Məmmədov (49-59 kq), Azər Rəzm (65-72 kq), Nurlan Babacanov (80-88 kq), Elşən Hüseynov (97-107 kq) və Nemət Məmmədov (107 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Xəbər 1196 dəfə oxundu.