Sumqayıt Paralimpiya İdman Kompleksində paralimpiyaçılar arasında pauerliftinq idman növü üzrə IV Azərbaycan çempionatı keçirilib.
Çempionatda Bakı, Gəncə, Sumqayıt, İsmayıllı, Neftçala, Naxçıvan və Xaçmazdan 6 çəki dərəcəsində 50-dək idmançı qüvvəsini sınayıb.
Qadınlar arasında Bikəxanım Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilərin mübarizəsində Pərvin Məmmədov (49-59 kq), Azər Rəzm (65-72 kq), Nurlan Babacanov (80-88 kq), Elşən Hüseynov (97-107 kq) və Nemət Məmmədov (107 kq-dan yuxarı) qızıl medal qazanıblar.
|