İrina Jukova: «Yanlış qərardan doğan məğlubiyyət, gələcəkdə «Azərreyl»in əleyhinə işləyəcək»
«Rabitə»nin aparıcı üzvü İrina Jukova dünən Super Liqanın VII turunda «Azərreyl» ilə keçirilmiş matçla bağlı fikrini bildirib. İdman.com.az saytına açıqlamasında təcrübəli voleybolçu deyib ki, o, rəqibin 2 əsas oyunçusuz meydana çıxmasını heç cür anlaya bilməyib:

«Nə söyləmək olar?! «Azerreyl»in Polina Rəhimova və libero Valeriya Korotenkosuz mübarizəyə qoşulmasına haqq qazandıra bilmirəm. Onlar Çempionlar Liqası öncəsi taktikanı gizlətsələr belə, yanlış qərardan doğan məğlubiyyət-psixoloji qorxu, fikrimcə, bizə qarşı gələcək görüşlərdə onların əleyhinə işləyəcək».

Qeyd edək ki, “Rabitə”, yarışın digər favoriti “dəmiryolçular” üzərində 3:0-lıq qələbə sayəsində, turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

KAMRAN

Xəbər 953 dəfə oxundu.