«Rabitə»nin aparıcı üzvü İrina Jukova dünən Super Liqanın VII turunda «Azərreyl» ilə keçirilmiş matçla bağlı fikrini bildirib. İdman.com.az saytına açıqlamasında təcrübəli voleybolçu deyib ki, o, rəqibin 2 əsas oyunçusuz meydana çıxmasını heç cür anlaya bilməyib:
«Nə söyləmək olar?! «Azerreyl»in Polina Rəhimova və libero Valeriya Korotenkosuz mübarizəyə qoşulmasına haqq qazandıra bilmirəm. Onlar Çempionlar Liqası öncəsi taktikanı gizlətsələr belə, yanlış qərardan doğan məğlubiyyət-psixoloji qorxu, fikrimcə, bizə qarşı gələcək görüşlərdə onların əleyhinə işləyəcək».
Qeyd edək ki, “Rabitə”, yarışın digər favoriti “dəmiryolçular” üzərində 3:0-lıq qələbə sayəsində, turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
KAMRAN
|