Erik Tohir dünya futbolunda yeni səs-küy yaratmaq niyyətindədir
“İnter”in yeni sahibi Erik Tohir, deyəsən, yaxın gələcəkdə dünya futbolunda yeni səs-küy yaratmaq istəyir. Belə ki, İtaliya mətbuatına inansaq, indoneziyalı biznesmen Andres İnyestanı Milan klubuna gətirmək istəyir. Düzdü, bunu etmək o qədər də asan olmayacaq. Çünki bugünlərdə ispaniyalı futbolçu “Barselona” ilə yeni müqavilə imzalayacağını bildirib. Amma kim bilir, Erik Tohirin fantastik təklif irəli sürəcəyi təqdirdə Kataloniya klubunun cavabı nə olacaq?

Xəbər 1038 dəfə oxundu.