“İnter”in yeni sahibi Erik Tohir, deyəsən, yaxın gələcəkdə dünya futbolunda yeni səs-küy yaratmaq istəyir. Belə ki, İtaliya mətbuatına inansaq, indoneziyalı biznesmen Andres İnyestanı Milan klubuna gətirmək istəyir. Düzdü, bunu etmək o qədər də asan olmayacaq. Çünki bugünlərdə ispaniyalı futbolçu “Barselona” ilə yeni müqavilə imzalayacağını bildirib. Amma kim bilir, Erik Tohirin fantastik təklif irəli sürəcəyi təqdirdə Kataloniya klubunun cavabı nə olacaq?
|