Azərbaycan kanoeçilərinin London olimpiadasında rəqibləri müəyyənləşib | |
Azərbaycan kanoeçilərinin 2012-ci il London Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib. Bu növ üzrə digər reqatalardan fərqli olaraq, olimpiadada hər bir finalda 9 yox, 8 idmançı yer alacaq. Əvəzində seçmə və yarımfinal mərhələlərində iştirakçıların sayı az olacaq. Təşkilatçıların əsas məqsədi tamaşaçıların daha çox yürüş izləmələrinə şərait yaratmaqdan ibarətdir. Bu səbəbdən, seçmə və yarımfinal mərhələlərində həm 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin, həm də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə Valentin Demyanenkonun rəqibləri 7 deyil, 5 – 6 ölkəni təmsil edəcək. Əvvəlcə mübarizəyə avqustun 7-də Bezuqlıy – Prokopenko dueti başlayacaq. Onların çıxış edəcəkləri 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə üst-üstə 12 duet 2 bərabər qrupa bölünüb: 1-ci qrup 1. Aleks Haas – Ceyk Donagey (Avstraliya) 2. Maosinq Huanq – Li Kianq (Çin) 3. Yaroslav Radon – Filip Dvoryak (Çexiya) 4. Peter Kretşmer – Kurt Kuşela (Almaniya) 5. Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) 6. Martsin Qrjibovski – Tomaş Kaçor (Polşa) 2-ci qup 1. Nelson Henrikes – Fortunato Pakavira (Anqola) 2. Sergey Torres – Xose Karlos Bulnes (Kuba) 3. Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya) 4. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) 5. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) 6. Erlon Silva – Ronilson Oliveyra (Braziliya) Mübarizəyə Bakı vaxtı ilə saat 13:46-da start veriləcək. Seçmə yürüşlərdə hər qrupda ilk 2 yeri tutanlar birbaşa əsas finala yüksələcəklər. Qalan 10 cütlük yenidən 2 qrupa bölünəcək və həmin gün saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar. Avqustun 10-da isə Demyanenko start xəttinə çıxacaq. Onun çıxış edəcəyi 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə seçmə mərhələnin 25 iştirakçısı 4 qrupa bölünüb: 1-ci qrup 1. Sebastian Marçak (Avstraliya) 2. Naoya Sakamoto (Yaponiya) 3. Ronilson Oliveyra (Braziliya) 4. Valentin Demyanenko (AZƏRBAYCAN) 5. Matyö Qubel (Fransa) 6. Andrey Yezyerski (İrlandiya) 7. Ceyson Makkumbs (Kanada) 2-ci qrup 1. Nelson Henrikes (Anqola) 2. Riçard Cefferis (Böyük Britaniya) 3. Pyotr Kuleta (Polşa) 4. İvan Ştıl (Rusiya) 5. Sebastian Brendel (Almaniya) 6. Xose Kristobal (Meksika) 3-cü qrup 1. Vadim Menkov (Özbəkistan) 2. Li Kianq (Çin) 3. Denis Xaraja (Belarus) 4. Alfonso Benavides (İspaniya) 5. Lyubomir Haqara (Slovakiya) 6. Rudolf Uilyams (Samoa) 4-cü qrup 1. Xaled Huseyn (Tunis) 2. Aleksandr Dyadçuk (Qazaxıstan) 3. Yevgeni Şuklin (Litva) 4. Yuri Çeban (Ukrayna) 5. Attila Vayda (Macarıstan) 6. Ndiatte Queye (Seneqal) Mübarizəyə saat 13:51-də start veriləcək. Seçmə yürüşdə 4 qrup içərisində ən zəif nəticəni göstərmiş kanoeçi çıxışını dayandıracaq. Qalan 24 idmançı hər birində 6-sı olmaqla, yenidən 4 qrupa bölünəcək və həmin gün saat 15:30-dan etibarən yarımfinal yürüşlərinə qatılacaq. Bu mərhələdə isə hər bir qrupda ilk 2 yeri tutanlar əsas finala, qalanları B və C finallarına çıxacaqlar. Final yürüşləri avqustun 11-də saat 13:47-də başlayacaq. |
|
Xəbər 1659 dəfə oxundu. |
|
|