Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Millətlər Liqası. C divizionu. “C” qrupu |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
7 |
5 |
1 |
1 |
15-7 |
16 |
3 |
İsveçrə |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
4-12 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
27 |
21 |
3 |
3 |
71-23 |
66 |
2 |
Sabah |
27 |
11 |
7 |
9 |
39-32 |
40 |
3 |
Neftçi |
27 |
11 |
7 |
9 |
34-29 |
40 |
4 |
Zirə |
27 |
10 |
9 |
8 |
21-18 |
39 |
5 |
Sumqayıt |
27 |
10 |
9 |
8 |
26-32 |
39 |
6 |
Səbail |
27 |
10 |
7 |
10 |
39-41 |
37 |
7 |
Turan Tovuz |
27 |
9 |
8 |
10 |
41-38 |
35 |
8 |
Araz-Naxçıvan |
27 |
8 |
8 |
11 |
27-36 |
32 |
9 |
Kəpəz |
27 |
7 |
6 |
14 |
29-47 |
27 |
10 |
Qəbələ |
27 |
4 |
4 |
19 |
20-51 |
16 |
|
|
|
Azərbaycan kanoeçilərinin London olimpiadasında rəqibləri müəyyənləşib |
|
Tarix: 06.08.2012 | Saat: 14:25:00 | E-mail | Çapa göndər
|
|
Azərbaycan kanoeçilərinin 2012-ci il London Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib. Bu növ üzrə digər reqatalardan fərqli olaraq, olimpiadada hər bir finalda 9 yox, 8 idmançı yer alacaq. Əvəzində seçmə və yarımfinal mərhələlərində iştirakçıların sayı az olacaq. Təşkilatçıların əsas məqsədi tamaşaçıların daha çox yürüş izləmələrinə şərait yaratmaqdan ibarətdir. Bu səbəbdən, seçmə və yarımfinal mərhələlərində həm 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin, həm də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə Valentin Demyanenkonun rəqibləri 7 deyil, 5 – 6 ölkəni təmsil edəcək.
Əvvəlcə mübarizəyə avqustun 7-də Bezuqlıy – Prokopenko dueti başlayacaq. Onların çıxış edəcəkləri 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə üst-üstə 12 duet 2 bərabər qrupa bölünüb:
1-ci qrup
1. Aleks Haas – Ceyk Donagey (Avstraliya)
2. Maosinq Huanq – Li Kianq (Çin)
3. Yaroslav Radon – Filip Dvoryak (Çexiya)
4. Peter Kretşmer – Kurt Kuşela (Almaniya)
5. Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya)
6. Martsin Qrjibovski – Tomaş Kaçor (Polşa)
2-ci qup
1. Nelson Henrikes – Fortunato Pakavira (Anqola)
2. Sergey Torres – Xose Karlos Bulnes (Kuba)
3. Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya)
4. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN)
5. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus)
6. Erlon Silva – Ronilson Oliveyra (Braziliya)
Mübarizəyə Bakı vaxtı ilə saat 13:46-da start veriləcək. Seçmə yürüşlərdə hər qrupda ilk 2 yeri tutanlar birbaşa əsas finala yüksələcəklər. Qalan 10 cütlük yenidən 2 qrupa bölünəcək və həmin gün saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar.
Avqustun 10-da isə Demyanenko start xəttinə çıxacaq. Onun çıxış edəcəyi 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə seçmə mərhələnin 25 iştirakçısı 4 qrupa bölünüb:
1-ci qrup
1. Sebastian Marçak (Avstraliya)
2. Naoya Sakamoto (Yaponiya)
3. Ronilson Oliveyra (Braziliya)
4. Valentin Demyanenko (AZƏRBAYCAN)
5. Matyö Qubel (Fransa)
6. Andrey Yezyerski (İrlandiya)
7. Ceyson Makkumbs (Kanada)
2-ci qrup
1. Nelson Henrikes (Anqola)
2. Riçard Cefferis (Böyük Britaniya)
3. Pyotr Kuleta (Polşa)
4. İvan Ştıl (Rusiya)
5. Sebastian Brendel (Almaniya)
6. Xose Kristobal (Meksika)
3-cü qrup
1. Vadim Menkov (Özbəkistan)
2. Li Kianq (Çin)
3. Denis Xaraja (Belarus)
4. Alfonso Benavides (İspaniya)
5. Lyubomir Haqara (Slovakiya)
6. Rudolf Uilyams (Samoa)
4-cü qrup
1. Xaled Huseyn (Tunis)
2. Aleksandr Dyadçuk (Qazaxıstan)
3. Yevgeni Şuklin (Litva)
4. Yuri Çeban (Ukrayna)
5. Attila Vayda (Macarıstan)
6. Ndiatte Queye (Seneqal)
Mübarizəyə saat 13:51-də start veriləcək. Seçmə yürüşdə 4 qrup içərisində ən zəif nəticəni göstərmiş kanoeçi çıxışını dayandıracaq. Qalan 24 idmançı hər birində 6-sı olmaqla, yenidən 4 qrupa bölünəcək və həmin gün saat 15:30-dan etibarən yarımfinal yürüşlərinə qatılacaq. Bu mərhələdə isə hər bir qrupda ilk 2 yeri tutanlar əsas finala, qalanları B və C finallarına çıxacaqlar. Final yürüşləri avqustun 11-də saat 13:47-də başlayacaq.
|
|
|
|
Xəbər 1654 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|