Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. İdman.com.az saytının məlumatına görə, ölkəmizin turnirdə yeganə təmsilçisi olan “Neftçi”nin qarşısında növbəti mərhələ adlamaq vəzifəsini yerinə yetirmək durur. Çempionumuzun evdə 3:0 hesabı ilə qalib gəldiyini nəzərə alsaq, Zestafoni şəhərində eyniadlı komanda ilə cavab matçında buna nail olmaq şansı çoxdur. Hər halda, səfərdə hətta 2 top fərqli məğlubiyyət komandamızı III təsnifat mərhələsinə çıxaracaq. Ancaq təbii ki, “Neftçi” rəqib meydanında da qalib gəlmək, ən azı heç-heçə edib, həm mərhələ adlamağa, həm də ölkəmizin UEFA-da reytinqini yüksəltməyə çalışacaq.

Xəbər 948 dəfə oxundu.