Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. İdman.com.az saytının məlumatına görə, ölkəmizin turnirdə yeganə təmsilçisi olan “Neftçi”nin qarşısında növbəti mərhələ adlamaq vəzifəsini yerinə yetirmək durur. Çempionumuzun evdə 3:0 hesabı ilə qalib gəldiyini nəzərə alsaq, Zestafoni şəhərində eyniadlı komanda ilə cavab matçında buna nail olmaq şansı çoxdur. Hər halda, səfərdə hətta 2 top fərqli məğlubiyyət komandamızı III təsnifat mərhələsinə çıxaracaq. Ancaq təbii ki, “Neftçi” rəqib meydanında da qalib gəlmək, ən azı heç-heçə edib, həm mərhələ adlamağa, həm də ölkəmizin UEFA-da reytinqini yüksəltməyə çalışacaq.
|