Azərbaycan millisi Bakıda futvolley üzrə açıq beynəlxalq turnirdə ilk qələbəsini qazanıb
Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir.

Azərbaycan millisi turnirə qələbə ilə başlayıb. Millimiz Pakistan yığmasını 2:0 hesabı ilə məğlub edib.

Futvolleyçilərimiz növbəti oyununu Hollandiya komandasına qarşı keçirəcəklər.

Turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya yığmaları birincilik uğrunda mübarizə aparırlar.

Xəbər 828 dəfə oxundu.