Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir.
Azərbaycan millisi turnirə qələbə ilə başlayıb. Millimiz Pakistan yığmasını 2:0 hesabı ilə məğlub edib.
Futvolleyçilərimiz növbəti oyununu Hollandiya komandasına qarşı keçirəcəklər.
Turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya yığmaları birincilik uğrunda mübarizə aparırlar.
|